Yeni təqvim ilinin başlanması və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə 29 dekabr 2014-cü il tarixdə Xocavənd qəsəbəsi Rayon Mədəniyyət Evində bayram şənliyi keçirilmişdir.
Yeni təqvim ilinin başlanması və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə 29 dekabr 2014-cü il tarixdə Xocavənd qəsəbəsi Rayon Mədəniyyət Evində bayram şənliyi keçirilmişdir. Bayram Şənliyində çıxış edən Rayon İcra Hakimiyyətinin başçı Eyvaz Hüseynov ilk öncə iştirakçıları salamlamış və onlara öz səmimi arzularını bildirmişdir. Həmçinin Eyvaz Hüseynov çıxışında dövlətimizin son 10 ildə əldə etdiyi nailiyyətlərdən danışmış və bütün bu uğurların Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsində mümkün olduğunu bir daha vurğulamışdır.Tədbirdə çıxış edən Ağsaqqallar, şəhid ailələri və ziyalılar Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni təqvim ilinin başlanması münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək onlara yeni ildə işlərində yeni-yeni uğurlar diləmişlər. Bayram şənliyində Rayon İcra Hakimiyyəti adından şəhid ailələrinə bayram sovqatı verilmişdir. Tədbirdə iştirak edən Kuropatkin kənd uşaq baçasının uşaqlarına da Rayon İcra Hakimiyyəti və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xocavənd rayon komitəsi tərəfindən bayram hədiyyələri paylanmışdır.