Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.

02 mart 2023 | 16:18

    Gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.

   02 mart 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar gənc fermerlərlə görüş keçirilmişdir. Prezident cənab İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.36-cı bəndinin tələblərinə əsasən keçirilən belə silsilə görüşlərin məqsədi sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması, ehtiyaclarının öyrənilməsidir.
    Görüşdə çıxış edən  RİHB-nın müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri Azər Süleymanov  dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə sahibkarlara ətraflı məlumatlar verib, onları həmin xidmətlərdən yararlanmağa çağırıb. Sonra sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb, sahibkarların fikirləri dinlənilib, sualları cavablandırılıb, müraciətləri qeydə alınıb, tövsiyələr verilib və məlumatlandırıcı bukletlər paylanıb.

Keçidlər