Şriftin ölçüsü :

Saytın rəngi :

 “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

29 mart 2023 | 15:12
   “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.
  29 mart 2023-cü il tarixdə Xocavənd qəsəbəsi Mədəniyyət evində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi mövzusunda konfrans keçirilib. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov , YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin tarix müəllimi, Əməkdar müəllim Telli Alıyeva, Qaradağlı kənd tam orta məktəbinin müəllimi Xəyalə Əhmədzadə və digər natiqlər ulu öndər Heydər Əliyevin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimizin və müstəqilliyimizin böyük fəlakətdən xilas olmasından, dahi rəhbərin hər zaman milli ideologiyanı və azərbaycançlıq məfkurəsini hər şeydən üstün tutmasından, dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyev azərbaycançılıq məfkurəsinin, azərbaycançılıq ideyasının banisidir. Dahi rəhbərin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edir. Ümummilli Liderimizin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi nəticəsində həmvətənlərimizin birlik və həmrəyliyi daha da möhkəmlənib. Azərbaycançılıq ideologiyası Vətən müharibəsi dövründə də milli birliyimizin təmin olunmasında əsaslı rol oynadı. Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yumruq kimi birləşərək 30 il işğal altında olan torpaqlarımızı azad etdi.
  Tədbirdə sovet hakimiyyəti dövründə respublikanın təhlükəsizlik orqanlarına (Dövlət Təhlükəsizlik Komitəsi) rəhbərlik edən ulu öndərin bilavasitə səyi nəticəsində xalqımıza qarşı erməni təxribatının qarşısının alınması və cinayətkarların cəzalandırılması ilə bağlı hadisələri özündə əks etdirən,ssenari müəllifi və rejissoru Etibar Məmmədov olan“Qalxan və Qılınc” filmi nümayiş olunmuşdur.
Keçidlər