Şriftin ölçüsü :

Saytın rəngi :

Korporativ Sosial Məsuliyyətlə bağlı təkliflər dinlənilib

16 dekabr 2022 | 17:55

  Korporativ Sosial Məsuliyyətlə bağlı təkliflər dinlənilib.

  16 dekabr 2022-ci il tarixdə Tarixində Xocavənd Rayon İcra Hakimiyyətində “Korporativ Sosial Məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada rayonda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri iştirak etmişdir.Dəyirmi masada çıxış edən  başçının müavini Azər Süleymanov  bildirmişdir ki, korporativ sosial məsuliyyət şirkət və quruluşların cəmiyyətə qarşı olan məsuliyyətlərinin məcmuəsidir. Korporativ sosial məsuliyyət ilk olaraq şirkət və ya qurumun yaşadığı cəmiyyətdə vergilərin ödəməsi, ətraf mühitə hörmətlə yanaşması və öz işçilərinin iş şəraitinin düzgün qurmasından başlayır. Daha sonra bu fəaliyyət cəmiyyətin yararına olan hər hansı bir problem və ya paradiqmanı inkişaf etdirmək və ona dəstək olmaqla davam edir. Korporativ sosial məsuliyyət  ictimaiyyətlə əlaqədar aktdır. Bunun digər marketinq fəaliyyətlərindən fərqi və bənzər tərəfləri var. Fərqli tərəfləri ondan ibarətdir ki, şirkət və ya qurum korporativ sosial məsuliyyətə fəaliyyəti zamanı cəmiyyətin hər hansısa bir problemli bir sahəsinə kömək göstərir və bu köməklik qalıcı olur. Digər marketinq aktlarından fərqli olaraq korporativ sosial məsuliyyət zamanı media da öz öhdəliyini yerinə yetirərək bu fəaliyyətləri işıqlandırır. Və beləliklə, şirkətlər də korporativ sosial məsuliyyəti yerinə yetirməyə maraqlı olur.  Tədbirdə Xocavənd rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin bu sahədə gördükləri işlərdən danışılıb. Digər çıxış edənlər də tədbirin əhəmiyyətindən danışıb və maraqlı təkliflər səsləndiriblər. Rayon İcra Hakimiyyəti ilə biznes strukturları arasındakı münasibətlərin şəffaf, qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurulması üçün müxtəlif addımların atılmasının vacibliyi qeyd edilib.

Keçidlər