Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işləri aparılır.
Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işləri aparılır.
01.03.2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı Xocavənd rayon Mədəniyyət evi və Kuropatkin kənd uşaq bağçasında marifləndirici söhbət aparılmışdır. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmləkət İbrahimova çıxışı zamanı qeyd etdiki, Azərbaycan Respublikasında əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına tələbatının daha dolğun və davamlı təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər öz müsbət nəticələrini verməkdədir. Dünyanın hər bir qitəsində qida mənşəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması qeydə alınır. Qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərir, həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə gətirib çıxarır. Bu baxımdan, qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir sahədir. Son illərdə bütün dünyada qida təhlükəsizliyi ilə bağlı yeni çağırışlar meydana gəlməkdədir. Qida və kənd təsərrüfatı məhsulları ticarətinin qloballaşması bu məhsulların daha əlçatan və rəqabətədavamlı olması, ölkəyə xarici valyuta axınının artması kimi faydalar verməklə yanaşı, qida mənşəli xəstəliklərin daha geniş miqyasda başvermə və yayılma ehtimalını da artırır.
Daha sonra Xocavənd Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Nərminə Süleymanova qeyd edərək bildirdi ki, qışa hazırlıq məqsədi ilə əksər insanlar mürəbbə turşu və bir sıra digər konservləşdirilmiş məhsullar hazırlayaraq tədarük görməyə başlayırlar. Günəş altında qurutma, duza və turşuya qoyma, təbii soyuqdan istifadə olunmaqla məhsul konservləşdirilməsi həyata keçirilir.
Konservləşdirilmədən geniş istifadə olunmasına baxmayaraq, bu emal prosesi xüsusi diqqət və nəzarət tələb edir. Emal prosesində edilən hər hansı səhv konservləşdirilən məhsulun istehlak xassələrinə, eləcə də insan sağlamlığında ciddi problemlər yarada bilər. Buna görə də istehsalçılar məhsulların konservləşdirilməsində təhlükəsizlik tədbirlərini bilməli və onlara ciddi əməl etməlidirlər.
İlk növbədə qida maddələrinin itkisinin minimuma endirilməsi və məhsulun dad-tam keyfiyyətinin maksimum qorunub saxlanılması üçün uyğun konservləşdirmə üsulu seçilməlidir. İstifadə olunan əsas və yardımçı xammalın keyfiyyəti qüvvədə olan normativ-texniki sənədlərin tələbinə cavab verməlidir. Konservləşdirmədə istifadə edilən tara və qablaşdırıcı materialların tərkibində insan sağlamlığına zərərli və toksiki maddələr olmamalıdır.