Şriftin ölçüsü :

Saytın rəngi :

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr olunmuş “Tarix yazan şəxsiyyət” adlı intellektual yarışın final mərhələsi keçirilib.

30 mart 2023 | 11:28
   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr olunmuş “Tarix yazan şəxsiyyət” adlı intellektual yarışın final mərhələsi keçirilib.
   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr olunmuş “Tarix yazan şəxsiyyət” adlı intellektual yarış keçirilmişdir. İlk olaraq rayonun ümumtəhsil müəssisələrində məktəbdaxili keçirilən yarışın final mərhəsi 30 mart 2023-cü il tarixdə Qaradağlı kənd tam orta məktəbində baş tutub. Yekun tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov və rayonun ümumtəhsil müəssisələrinin şagirdləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan başçının müavini Əfsanə Quliyeva Ulu öndər Heydər Əliyevin Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi naminə gördüyü işlərdən danışaraq bildirilib ki, təşkil olunan bu cür yarışlar gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının və gənclərin siyasi biliklərinin artırılması məqsədi daşıyır. Yarış 2 turda keçirilib və hər turda Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin həyat və fəaliyyəti, ulu öndərin rəhbərliyi altında ölkədə aparılan dövlət quruculuğu prosesi və islahatları əks etdirən suallar səsləndirilib. Komandalar sualları yazılı şəkildə cavablandırıblar. Yekun nəticələrə əsasən, Salakətin kənd tam orta məktəbinin “052” komandası birinci, Salakətin kənd tam orta məktəbinin “Mübarizlər” komandası ikinci, Qaradağlı kənd tam orta məktəbinin “Ulu öndər” komandası üçüncü yerə layiq görülüb.Qalib komandalara Xocavənd Rayon İcra Hakimiyyətinin diplomları təqdim edilib.
Keçidlər