Şriftin ölçüsü :

Saytın rəngi :

20 fevral 2024-cü il tarixində Şəhid Elmin Mirzəyevin xatirəsi yad edilmişdir.

20 fevral 2024 | 11:43
Şəhid Elmin Mirzəyevin xatirəsi yad edilmişdir.
20 fevral 2024-cü il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini Mirzəyev Elmin Əvəz oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində çıxış edənlər Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Mirzəyev Elmin Əvəz oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını ifadə etmişlər. Mirzəyev Elmin kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğu tədbir iştiraçılarının diqqətinə çatdırılmışdır.
Qeyd edək ki, Şəhid Mirzəyev Elmin Əvəz oğlu 20 fevral 1995-ci ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuş, orta təhsilini Salakətin kənd tam orta məktəbində başa vurmuşdur. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 2015-ci ildən 181 saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətini davam etdirmişdir. Mirzəyev Elmin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində aktiv iştirak etmiş,son döyüşü 2 oktyabr 2020-ci il tarixdə olmuşdur. O, Füzuli istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına Şəhid olmuşdur.
Keçidlər