Şriftin ölçüsü :

Saytın rəngi :

20 noyabr 2024-cü il tarixdə Xocavənd Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin binasında Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması üzrə tədbir təşkil olunmuşdur.

20 noyabr 2024 | 15:16
  20 noyabr 2024-cü il tarixdə Xocavənd Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin binasında Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması üzrə tədbir təşkil olunmuşdur. Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Həsənov çıxışında bildirmişdir ki, Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir. Erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur.
  Erkən nikahın fəsadları haqqında danışan Orxan Həsənov bildirmişdir ki, fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Ekspertlər yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini xüsusi qeyd edirlər. Bundan başqa, tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uşaq ölümünün azalmasına gətirib çıxarar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Keçidlər