Şriftin ölçüsü :

Saytın rəngi :

20 noyabr 2025-ci il tarixdə növbəti səyyar qəbul keçirilmişdir

20 noyabr 2025 | 09:08
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun 500 ailəlik Xocavənd qəsəbəsində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.
Qəbulda rayon sakinlərinin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı həmçinin əməkdaşların əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər barədə məlumatlılığın yüksəldilməsinə həsr olunmuş maarifləndirici tədbirlərin  həyata keçirilməsi istiqamətində görülən işlərdən danışdı. Bu görüşlər zamanı əhaliyə göstərilən sosial xidmətlərin mahiyyəti, onların alınması qaydaları, sosial həssas əhali qruplarına göstərilən dövlət dəstəyi mexanizmləri barədə geniş izahat verilmişdir. Bundan əlavə, görüş çərçivəsində əhali arasında elektrik enerjisindən qənaətlə istifadə mövzusunda da maarifləndirmə aparılmış, enerji resurslarının səmərəli idarə olunması, istifadənin optimallaşdırılması və israfçılığın qarşısının alınması məqsədilə praktiki tövsiyələr təqdim edilmişdir. Tədbirdə iştirakçılar mövzularla bağlı suallarını səsləndirmiş, müvafiq struktur rəhbərləri tərəfindən həmin suallar cavablandırılmışdır. Maarifləndirici fəaliyyətlərin əhalinin məlumatlılığının artırılması və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm rol oynadığı vurğulanmışdır.

Keçidlər