20 oktyabr 20 noyabr Uşaq hüquqları aylığı çəçivəsində Salakətin kənd tam orta məktəbində tədbir keçirilmişdir.
01 noyabr 2023 | 11:17
20 oktyabr 20 noyabr Uşaq hüquqları aylığı çəçivəsində Salakətin kənd tam orta məktəbində tədbir keçirilmişdir.
1 noyabr 2023-cü il tarixində Salakətin kənd tam orta məktəbində 20 oktyabr 20 noyabr Uşaq hüquqları aylığı çəçivəsində tədbir təşkil olunmuşdur. Tədbir zamanı şagirdlərlə uşaq hüquqlarının tarixi və inkişafı barəsində maarifləndirici söhbət aparılmışdır. Salakətin kənd tam orta məktəbin direktoru Rəmziyyə Aslanova çıxışında bildirmişdir ki, uşaq hüquqlarının müdafiə olunması bizim hər birimizin borcudur. Uşaqlar da öz növbəsində hüquq və və vəzifələrini bilməlidi ki, gələcəkdə heç kim onları istismar etməsin. Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Orxan Həsənov çıxışında bildirmişdir ki, öz hüquq və vəzifələrini bilən şagirdlər çalışmaldır, onu ətrafında təblığ etsin, məlumatlılığın artmasında onlar rol sahibi olsun. Yalnız bu zaman sağlam cəmiyyətin inkişafına nail olmaq mümknü olar. Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Asim Rüstəm çıxışında bildirmişdir ki, vətəndaş hüquqlarını bilirsə, onu heç kim istismar edə bilməz. Həyatda uğur qazanmaq, özünü inkişaf etdirmək, özünə yol açmaq hüquqlarını bilməkdən keçir.