Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20 Yanvar-qürur və şərəf tariximiz” mövzusunda dəyirmi masa keçirildi.

20 yanvar 2024 | 09:56
  20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20 Yanvar-qürur və şərəf tariximiz” mövzusunda dəyirmi masa keçirildi.
  Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Xocavənd 500 ailəlik qəsəbədə yerləşən Salakətin kənd tam orta məktəbdə gənclərin iştirakı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20 Yanvar-qürur və şərəf tariximiz” mövzusunda dəyirmi masa keçirildi. Azərbaycan xalqının azadlığı, suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsinin yad olunması, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, müstəqillik uğrunda mübarizə tariximizə nəzər salınması məqsədi ilə keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edildi, müstəqilliyimiz uğrunda mübarizə tariximiz, ölkəmizin yaxın keçmişi ilə bağlı bir sıra məqamlar barədə gənclərin daha ətraflı məlumatlandırılması üçün müxtəlif çıxışlar səslənildi, ayrı-ayrı gənclərin fikirləri dinlənildi. Daha sonra istedadlı şagirdlərin hazırladıqları vətənpərvərlik mövzusunda şeirlərdən ibarət kompozisiya nümayiş olundu, 20 yanvar faciəsinə həsr olunmuş rəsm əsərlərinə baxış keçirildi.
Keçidlər