Şriftin ölçüsü :

Saytın rəngi :

“20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir.

19 yanvar 2023 | 12:41
      “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir.
   18 yanvar 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda rayon gənclərin iştirakı ilə dəyirmi masa təşkil olundu.
   Tədbir müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.
     Tədbiri giriş sözü ilə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva açaraq bu faciənin xalqımızın azadlıq ideyalarını boğmaq, müstəqillik meyillərini qırmaq məqsədi daşıdığını, 20 Yanvar Faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini hətta bundan sonra xalqımızın mübarizə əzmini daha da alovlandığını qeyd etdi. Həmçinin xalqla yanaşı, Ulu Öndər Heydər Əliyevin mərdliyi və siyasi iradəsindən danışan Əfsanə Quliyeva Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər sayəsində ilk siyasi-hüquqi qiyməti verildiyini, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini, ifşaedici və cəsarətli bir bəyanat verdiyindi də öz çıxışında bildirdi.
   Daha sonra dəyirmi masa ətrafında çıxışları davam etdirən Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Şəhid atası Aqil Haqverdiyev, icra hakimiyyətinin əməkdaşı Nərminə Süleymanova 20 Yanvar faciəsinin tarximizə qanlı və şanlı bir səhifə kimi yazıldığını, bu tarixin yeni müstəqillik tariximizin başlangıc nöqtəsi olduğunu, xalqımızın iradəsi, dözümü, birliyi nəticəsində müstəqillik əldə etdiyimizi, Ulu Öndərin siyasi tariximizdə göstərdiyi xidmətlərindən, xalqımıza qarşı həyata keçirilən faciə və soyqrımlara siyasi və hüquq qiymət verilməsində atdığı böyük addımlardan, bu gün Ulu Öndər siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin dəmir yumruq siyasətindən və ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən geniş şəkildə danışdılar.
   Xaricdə təhsil almış Ziya Əkbərli, Asim Rüstəm, Emil Cəfərov 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə xaricdə yaşayan həmyerlilərimiz tərəfindən həyata keçirilən tədbirlərdən, Azərbaycan diasporunun təşkilatlanması, birliyi və aktivləşdirilməsi istiqamətində ciddi işlər görülməsindən danışdılar.Həmçinin bildirildi ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşdirilməsinin əsasını qoydu. Ulu öndərin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi. Bu vahid bir dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan ölkəsinin yaranmasında ən böyük rola malik olan azərbaycançılıq ideologiyası idi.
   Tədbirdə çıxış edən Salakətin kənd tam orta məktəbinin şagirdi Yusif Balakişiyev, Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndəsi Aydan Aslanzadə isə faciənin təbliğində gənclərin rolu , həmçinin vətənpərvər ruhda müasir gənc nəslin yetişməsində Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin müstəsna fəaliyyətləri barədə ətraflı məlumat verdilər.
Keçidlər