Şriftin ölçüsü :

Saytın rəngi :

Ənənəvi sentyabr konfransı keçirilmişdir

12 sentyabr 2012 | 15:00

11 sentyabr 2012-ci il tarixd Xocavənd rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Rayon mədəniyyət evində təşkil olunmuş konfransda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Təhsil nazirliyinin numayəndəsi Respublika Təhsil Problemləri İnstitutunun məsul əməkdaşı Arzuman Qədimov iştirak etmişlər.
Konfransda 2011-2012-ci dərs ilində rayonda görülmüş işlər, əldə edilən uğurlar təhlil edilmiş və qarşıda duran məsələlər müzakirə olunmuşdur. Bildirilmişdir ki, hesabat ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 63 xocavəndli abituriyendən 28 nəfəri tələbə adını qazanmışdır. Abituriyentlərdən 3 nəfəri 500-dən, 3 nəfəri isə 400-dən çox bal toplamışdır. İmtahanlarda yüksək nəticə əldə edən Muğanlı 1 saylı kənd tam orta məktəbin məzunu Eminov Cəsarət Teyyub oğlu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən mükafatlandırılmışdır.
 

Keçidlər