Şriftin ölçüsü :

Saytın rəngi :

"2022-ci il ərzində Axullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr" barədə hesabat yığıncağı keçrildi.

03 fevral 2023 | 10:17
    "2022-ci il ərzində Axullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr" barədə hesabat yığıncağı keçrildi.
     03 fevral 2023-cü il tarixdə Xocavənd qəsəbəsi, Mədəniyyət evinin inzibati binasında "2022-ci il ərzində Axullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr" barədə hesabat yığıncağı keçrildi.
   Hesabat yığıncağında Xocavənd Rayonİcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri- Müslüm Əliqulu oğlu Allahverdiyev, Xocavənd RİHB-sı aparatının Ərazi İdarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi- Hacıyev Fuad Əhməd oğlu , Xocavənd rayon İcra Hakimiyyəti başçısının Sosial İqtisadi, inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Əyyublu Samir Çingiz oğlu iştirak etmişdir.
   2022-ci il ərzində görülən işlər barədə hesabat mərüzəsi ilə çıxış edən Axullu KİƏD üzrə nümayəndə Rəfail Qarayev bildirdi ki, Axullu kəndinin əhalisi hal-hazırda Respublikamızın 20 şəhər və rayonunda məskunlaşmışdır. Ölkəmizdə gedən islahatlar ölkənin bütün əhalisi kimi Axullu kənd sakinlərinin də həyatında yaxşılığa doğru dönüş yaratmışdır. 01 yanvar 2022 – ci il tarixə Axullu kənd əhalisi 257 ailə və 1051nəfərdən ibarət olmuşdur. İl ərzində kənd üzrə əhalinin say tərkibində aşağıdakı dəyişiklik qeydə alınmışdır. Belə ki, 11uşaq yeni doğulmuş, 7 nəfər vəfat etmiş,13 nəfər qeydiyyata düşmüş, 4 nəfər isə qeydiyyatdan çıxmışdır. 01 yanvar 2023-cü il tarixə Axullu kənd əhalisi 264 ailə və 1064 nəfərdən ibarətdir. Axullu kəndi üzrə 694 nəfər aylıq müavinəti ilə təmin olunur. 17 nəfər hərbi xidmətdə olduğuna görə,6 nəfər xarici ölkədə olduğuna görə,212 nəfər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 24 yanvar 2017-ci il tarixli 11 saylı “Məcburi köçkünlərə dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair” təlimata əsasən və 135 nəfər isə məcburi köçkünlük statusu olmadığına görə aylıq müavinəti almırlar. Axullu kənd əhalisindən 9 ailə Yeni Xocavənd qəsəbəsində, Beyləqan rayon ərazisində 23 ailə, 8 ailə Füzuli rayonunda, 2 ailə Biləsuvar rayonu ərazisində tikilmiş Cəbrayil qəsəbəsində, Xəzər rayon ərazisində 12 ailə,Yasamal rayonunda 8 ailə,Nəsimi rayonunda 6 ailə,Xətai rayonunda 18 ailə,Sumqayıt şəhərində 13 ailə,Gəncə şəhərində 1 ailə,67 ailə Xocavənd qəsəbəsində, 320-ailəlik qəsəbədə 18 ailə,Ağcabədi şəhərində 9 ailə,25 ailə Binəqədi rayonunda , Qaradağ rayonunda12 ailə,Abşeron rayonunda isə 14 ailə məskunlaşmışdır. 2022-ci il ərzində bölgələr üzrə vətəndaşların adlı siyahısını, ümumi evlər, ali və orta təhsil alanlar, Şəhid ailələri, əlillər və veteranlar, daxil olan məhkəmə qərarları, əhalinin təvəllüdlər adlı siyahıları haqqında geniş və ayrı-ayrı məlumatlar hazırlanmış, lazimi ünvanlara da göndərilmişdir.
   Rayon hüquq-mühafizə orqanları ilə birlikdə hüquq normalarının pozulması faktının qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi üçün nümayəndəlik müntəzəm olaraq Axullu kənd sakinləri ilə görüşlər təşkil edərək hüquq normalarının pozulması və cinayət xarakterli hadisələrə yol verilməməsi üçün əməli tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsi olaraq Axullu kəndi üzrə 2022-ci il ərzində sakinlər tərəfindən heç bir hüquq pozğunluğuna yol verilməmişdir. 16 oktyabr 2022-ci il tarixdə Xocavənd qəsəbəsində məskunlaşmış Axullu kənd sakinləri və Xocavənd rayon ictimaiyyəti ilə birgə Axullu kəndinin 16 oktyabr 2020-ci il tarixdə işğaldan azad olunması münasibəti ilə tədbir keçirilmişdir.
    İl ərzində Axullu kənd sakinlərindən nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır.Nümayəndəliyə İl ərzində müəyyən sənətlərin alınması üçün sakinlər tərəfindən 1ədəd ərizə daxil olmuşdur. Nümayəndəliyə daxil olmuş həmin ərizələr qısa müddətə öz həllini tapmışdır. Bundan əlavə olaraq il ərzində sakinlərə 234 ədəd arayış verilmişdir.
    2022-ci il ərzində vətəndaşların nümayəndəlikdə qəbulu, onların ərizə və şikayətlərinə baxılması ön planda olmuşdur. İl ərzində 62 nəfər isə ayrı-ayrı məsələlər üzrə rəsmi halda qəbulda olmuşdular. Onlar nümayəndə və müavin tərəfindən qəbul edilərək lazımi köməkliklər almışdılar.
   Axullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 2022 – ci il ərzində həqiqi hərbi xidmətə çağrışla bağlı olaraq 17 nəfər həqiqi hərbi çağrışçı olmuşdur,onlardan 9 nəfəri hərbi xidmətə getmişdir,8 nəfəri isə möhlət hüququ almışdır. Hal-hazıra əhalinin şəxsi və fermer təsərrüfatlarında 1971 baş xırdabuynuzlu və 277 baş iribuynuzlu mal-qara nümayəndəlik tərəfindən qeydə alınmışdır. Əhalinin 2022-ci il ərzində əkin sahəsi 760 ha olmuşdur,bundan 475 ha buğda, 255 ha da isə arpa əkilmişdir.
Keçidlər