“2022-ci il ərzində Kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi.
31 yanvar 2023 | 15:37
31 yanvar 2023-cü il tarixdə “2022-ci il ərzində Kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Asim Rüstəm və İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Cavid Həsənov iştirak etmişdir.
2022-ci il ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Baris Alışov bildirdi ki, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2022-ci il ərzində öz işini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”-yə və Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş “İş planı”na uyğun olaraq həyata keçirmişdir. 2022-ci il ərzində kənd inzibati ərazi dairə nümayəndəliyi Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Resbublikası Milli Məclisinin Qanunlarının, Azərbaycan Respublikası Baş Nazirinin qərar və sərəncamlarının, Mərkəzi İcra orqanlarının və Xocavənd Rayon İcra Hakimiyyəti başçısının qərarlarının yerlərdə icra olunması məqsədilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır. 2022-ci il ərzində Xocavənd rayon İHB yanında Şura tərəfindən ayrı-ayrı məzmunda daxil olmuş qərarlar, sərəncamlar icra edilmiş və icra haqqında məlumatlar Xocavənd rayon İcra Hakimiyyəti başçısı aparatına təqdim edilmişdir. Kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vətəndaşların qəbulu, ərizə, şikayət və təkliflərinə baxılması işi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir. Vətəndaşların problemləri daim diqqət mərkəzində saxlanılır, onların müraciətlərinə baxılması və qəbulu vəziyyəti vaxtaşırı müzakirə edilir və bu işdə səhlənkarlığa, süründürməçiliyə yol verilmir. Rayon hüquq mühafizə orqanları ilə birlikdə hüquq normalarının pozulması faktlarının qarşısının alınması üçün kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi əhali arasında təbliğat xarakterli söhbətlər aparmışdır. Bundan başqa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində sahə inspektorunun iştirakı ilə tədbir keçirilmiş, gənclərə müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniyanın fəsadları ilə mübarizə aparılması istiqamətində və narkomaniyanın bəşəriyyəti narahat edən ən böyük problemlərdən biri olması gənclərə çatdırılmışdır. Yeniyetmə və əsasən də gənclər arasında vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hissinin gücləndirilməsi istiqamətində təbliğat xarakterli söhbətlər aparmışdır. 2020-ci il 27 sentyabrda ikinci Vətən Müharibəsi dövründə Kuropatkin kəndindən olan hərbçilərmiz cəbhədə erməni işğalçılarına qarşı döyüşmüş və göstərdikləri şücaətə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının işğal olunmuş rayonların azad olunmasına görə müvafiq Sərəncamları ilə kənd üzrə hərbiçilərimiz 23 müxtəlif medallarla ilə təltif olunmuşlar. Onlardan 5-ü “Cəsur Döyüşçü”, 3-ü “Xocavəndin azad olunmasına görə” 4-ü “Füzulinin azad olunmasına görə”, 3-ü 1-i “Ağdamın azad olunmasına görə”, 3-ü “Suqovuşanın azad olunmasına görə”, 3-ü “Şuşanın azad olunmasına görə”, və 1-i “İgidliyə Görə” medallarıdır. İl ərzində Kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi mütəmadi olaraq rəsmi dövlət bayramları, 20 Yanvar faciəsinin 32-ci ildönümü, Qaradağlı kəndinin işğalı və Xocavənd rayon şəhidlərinin xatirəsinin yad edilməsinin30-cu ildönümü, Xocalı faciəsinin 31-cu ildönümü, 27 sentyabr şəhidlərin xatirəsinə həsr edilmiş Anım günü, Vətən müharibəsinin ikinci ildönümünün qeyd olunması, Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlərin keçirilməsi kimi ictimai siyasi əhəmiyyət kəsb edən tarixi hadisələrin qeyd olunmasında yaxından iştirak etmişdir. Xocavənd rayon Kuropatkin kənd Feldşer məntəqəsinin müdiri İbrahimova Xalidə qeyd etdi ki, 2022-ci ildə kənd əhalisinə göstərilən tibbi xidmətin yaxşılaşması istiqamətində bir sıra işlər görülmüşdür. Kənd əhalisi respublikamızın müxtəlif şəhər və rayonlarında pərakəndə halda yaşadığına görə sakinlərə yaxşı tibbi xidmət göstərmək mümkün olmur. Buna baxmayaraq biz çalışırıq ki, imkan daxilində ehtiyacı olan kənd sakinləri ilə mütamadi görüşlər keçirək və onlara ilkin yardım göstərək. Əsasən Ağcabədi rayonu ərazisində və digər yerlərdə məskunlaşmış məcburi köçkünlərlə mütəmadi olaraq görüşmüş və xəstə sakinlərə lazımi tibb xidmət göstərilmişdir.
Xocavənd rayon Kuropatkin kənd uşaq bağşasının müdiri N.Cəfərova öz çıxışında qeyd etdi ki, artıq 14 ilə yaxındır ki, bizim uşaq bağçası faliyyətə başlamışdır. 2022-ci ildə 17 nəfər uşağı Salakətin kənd tam orta məktəbin birinci sinifinə yola salmışıq. Məktəbə gedən uşaqlar nümunəvi davranışları ilə yüksək mənimsəmə qabiliyyətləri ilə bütün müəllimlərin sevimlisinə çevrilmişlər. Buda bağçamızın ən böyük uğrudur. Çünki həm savadlı, həm də sağlam uşaq böyütmək bağçamızın ümdə vəzifəsidir.
Təklif etdi ki, Kuropatkin KİƏDÜN-nin 2022-ci ilin yekunlarına dair illik hesabatı qənaətbəxş hesab edilsin.