"2022-ci il ərzində Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi.
27 yanvar 2023 | 16:48
"2022-ci il ərzində Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi.
27 yanvar 2023-cü il tarixdə “2022-ci il ərzində Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Amil Rüstəmov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Gəray Balakişiyev iştirak etmişdir.
2022-ci il ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Möhübbət Adıgözəlov bildirdi ki, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2022-ci il ərzində öz işini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”-yə və Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş “İş planı”na uyğun olaraq həyata keçirmişdir. 2022-ci il ərzində kənd inzibati ərazi dairə nümayəndəliyi Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Resbublikası Milli Məclisinin Qanunlarının, Azərbaycan Respublikası Baş Nazirinin qərar və sərəncamlarının, Mərkəzi İcra orqanlarının və Xocavənd Rayon İcra Hakimiyyəti başçısının qərarlarının yerlərdə icra olunması məqsədilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır.
2022-ci il ərzində Xocavənd rayon İHB yanında Şura tərəfindən ayrı-ayrı məzmunda daxil olmuş qərarlar, sərəncamlar icra edilmiş və icra haqqında məlumatlar Xocavənd rayon İcra Hakimiyyəti başçısı aparatına təqdim edilmişdir. Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vətəndaşların qəbulu, ərizə, şikayət və təkliflərinə baxılması işi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir. Vətəndaşların problemləri daim diqqət mərkəzində saxlanılır, onların müraciətlərinə baxılması və qəbulu vəziyyəti vaxtaşırı müzakirə edilir və bu işdə səhlənkarlığa, süründürməçiliyə yol verilmir
2020-ci il 27 sentyabrda ikinci Vətən Müharibəsi dövründə Xocavənd kəndi üzrə 28 hərbiçimiz cəbhədə erməni işğalçılarına qarşı döyüşmüş və göstərdikləri şücaətə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının işğal olunmuş rayonların azad olunmasına görə müvafiq Sərəncamları ilə kənd üzrə hərbiçilərimiz 32 medal ilə təltif olunmuşlar. Onlardan 4-ü “Cəsur Döyüşçü”, 5-i “Cəbrayılın azad olunmasına görə”, 3-ü “Xocavəndin azad olunmasına görə” 7-sı “Füzulinin azad olunmasına görə”, 3-ü “Qubadlının azad olunmasına görə”, 2-si “Ağdamın azad olunmasına görə”, 1-i “Kəlbəcərin azad olunmasına görə”, 2-si “Suqovuşanın azad olunmasına görə”, 4-ü “Şuşanın azad olunmasına görə”, və 1-i “Hərbi xidmətlərə görə”, medallarıdır.
Xocavənd kənd 1 saylı orta məktəbin direktoru Sevinc Həsənova öz çıxışında qeyd etdi ki, ölkəmizdə təhsilin inkişafına diqqət günü-gündən artır. Bu sahədə aparılıan islahatlar, müəllim heyətinin daha da savadlı olması üçün atılan addımlar cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Təklif etdi ki, Xocavənd KİƏDÜN-nin 2022-ci ilin yekunlarına dair illik hesabatı qənaətbəxş hesab edilsin.
Xocavənd kənd Azəri məhəllə mədəniyyət evinin müdiri İbrahimov Asif qeyd etdi ki, Xocavənd kənd inzibati ərazi üzrə nümayəndəliyi ilə birlikdə iş fəaliyyətimizi davam etdiririk. Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İltifat İbrahimov digər sahələrə qayğı göstərdiyi kimi bizə də öz köməkliyini göstərir, heç bir çətinliyimiz yoxdur. Xahiş etdi ki, mədəniyyət evində olan qızdırıcı radiatorlar köhnəldiyi üçün əgər mümkünsə yenisi ilə əvəzlənsin. Təklif etdi ki, Xocavənd KİƏD Nümayəndəsinin 2022-ci ilin yekunlarına dair illik hesabatı qənaətbəxş hesab edilsin.
Xocavənd kənd xəstəxanasının bölmə müdiri Nərgiz Abdullayeva çıxış edərək göstərdi ki, Xocavənd KİƏDÜ nümayəndəsi əvəzi yoldaşların qeyd etdiyi kimi, bizim işimizə yaxından köməklikedir. Öz növbəmizdə üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Təklif etdi ki, nümayəndəliyin 2022-ci ilin yekunlarına dair illik hesabatı qənaətbəxş hesab edilsin
Xocavənd kənd baytar sahə məntəqəsinin müdiri Məmmədov Eynullah İsrafil oğlu çıxışında göstərdi ki məndən əvvəl çıxış edən yoldaşların fikirləri ilə mən də razıyam. Ağcabədi rayon ərazisində məskunlaşan Xocavənd rayon sakinlərinin heyvanlarına baytarlıq xidməti göstəririk, bütün epizootik tədbirlər vaxtlı vaxtında yerinə yetirilir.
Xocavənd kənd uşaq bağçasının müdiri Rəfiyeva Xatirə öz çıxışında bağçada görülən işlərdən danışaraq qeyd etdi ki, bağçadakı qızıdırıcı radiatorların hamısı köhnədir və yeniləri ilə əvəz edilməlidir. Bu barədə və bağçaya internet xəttinin çəkilməsinə köməklik edilməsini xahiş etdi. Təklif etdi ki, Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2022-ci ilin yekunlarına dair illik hesabatı qənaətbəxş hesab edilsin .
Yığıncaqda qaldırılmış problemlər:
1.Xocavənd kənd Uşaq bağçasında və Azəri məhəllə mədəniyyət evində qızdırıcı radiatorların yeniləri ilə əvəz edilməsi.
2.Hündürmərtəbəli yaşayış massivindəki təşkilatlara internet xəttinin çəkilməsi