Şriftin ölçüsü :

Saytın rəngi :

“2022-ci il ərzində Yeni Xocavənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi.

01 fevral 2023 | 10:21
    01 Fevral 2023-cü il tarixdə “2022-ci il ərzində Yeni Xocavənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi.
   Hesabat yığıncağında Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı aparatının - İnformasiya təminatı və təhlil sektorunun müdiri Tahirov David, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Asim Rüstəm və Mirzəyev Taleh - İctimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi iştirak etmişdir.
   2022-ci il ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Yeni Xocavənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fariz Quliyev bildirdi ki, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Yeni Xocavənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2022-ci il ərzində öz işini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”-yə və Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş “İş planı”na uyğun olaraq həyata keçirmişdir. 2022-ci il ərzində qəsəbə inzibati ərazi dairə nümayəndəliyi Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Resbublikası Milli Məclisinin Qanunlarının, Azərbaycan Respublikası Baş Nazirinin qərar və sərəncamlarının, Mərkəzi İcra orqanlarının və Xocavənd Rayon İcra Hakimiyyəti başçısının qərarlarının yerlərdə icra olunması məqsədilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır. 2022-ci il ərzində Xocavənd rayon İHB yanında Şura tərəfindən ayrı-ayrı məzmunda daxil olmuş qərarlar, sərəncamlar icra edilmiş və icra haqqında məlumatlar Xocavənd rayon İcra Hakimiyyəti başçısı aparatına təqdim edilmişdir. Yeni Xocavənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vətəndaşların qəbulu, ərizə, şikayət və təkliflərinə baxılması işi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir. Vətəndaşların problemləri daim diqqət mərkəzində saxlanılır, onların müraciətlərinə baxılması və qəbulu vəziyyəti vaxtaşırı müzakirə edilir və həmişə diqqətimizdədir. Rayon hüquq mühafizə orqanları ilə birlikdə hüquq normalarının pozulması faktlarının qarşısının alınması üçün qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi əhali arasında təbliğat xarakterli söhbətlər aparmışdır. Bundan başqa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində sahə inspektorunun iştirakı ilə tədbir keçirilmiş, gənclərə müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniyanın fəsadları ilə mübarizə aparılması istiqamətində və narkomaniyanın bəşəriyyəti narahat edən ən böyük problemlərdən biri olması gənclərə çatdırılmışdır. Yeniyetmə və əsasən də gənclər arasında vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hissinin gücləndirilməsi istiqamətində təbliğat xarakterli söhbətlər aparmışdır. 2020-ci il 27 sentyabrda ikinci Vətən Müharibəsi dövründə Yeni Xocavənd qəsəbə sindən olan hərbçilərmiz cəbhədə erməni işğalçılarına qarşı döyüşmüş və göstərdikləri şücaətə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının işğal olunmuş rayonların azad olunmasın görə müvafiq Sərəncamları ilə qəsəbə üzrə hərbiçilərimiz müxtəlif medallarla ilə təltif olunmuşlar. İl ərzində Yeni Xocavənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi mütəmadi olaraq rəsmi dövlət bayramları, 20 Yanvar faciəsinin 32-ci ildönümü, Qaradağlı kəndinin işğalı və Xocavənd rayon şəhidlərinin xatirəsinin yad edilməsinin30-cu ildönümü, Xocalı faciəsinin 31-cu ildönümü, 27 sentyabr şəhidlərin xatirəsinə həsr edilmiş Anım günü, Vətən müharibəsinin ikinci ildönümünün qeyd olunması, Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlərin keçirilməsi kimi ictimai siyasi əhəmiyyət kəsb edən tarixi hadisələrin qeyd olunmasında yaxından iştirak etmişdir. Xocavənd rayon Yeni Xocavənd qəsəbə Əmirallar ASM-in müdiri Bayramova Mənsurə qeyd etdi ki, 2022-ci ildə qəsəbə əhalisinə göstərilən tibbi xidmətin yaxşılaşması istiqamətində bir sıra işlər görülmüşdür.Biz çalışırıq ki, imkan daxilində ehtiyacı olan qəsəbə sakinləri ilə mütamadi görüşlər keçirək və onlara ilkin yardım göstərək. Tuğ kəndində 40 ailənin də daima məntəqəmizin diqqətində olmuşdur. 2022-ci ildə Yeni Xocavənd qəsəbə 4 saylı tam orta məktəbində 5 nəfər ali məktəbə qəbul olmuş.
   Təklif etdi ki, Yeni Xocavənd QİƏDN-nin 2022-ci ilin yekunlarına dair illik hesabatı qənaətbəxş hesab edilsin.
Keçidlər