Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısının “2014-cü il ərzində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr” barədə hesabat iclası keçirilmişdir
Xocavənd rayon İcra hakimiyyəti başçısının “ 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə” dair
H E S A B A T I
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan iqtisadi inkişaf strategiyası və praqmatik islahatlar ənənəsinin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar nəticəsində 2014-cü ildə də ölkədə iqtisadi artım tempi daha da sürətlənmiş, sosial tədbirlərə dövlət dəstəyi gücləndirilmiş, valyuta ehtiyatları artmış, iqtisadiyyata investisiya qoyuluşları yüksəlmiş, dövlət tərəfindən sahibkarlığa maliyyə dəstəyi artırılmış, sosial infrastrukturun yenidən qurulması və nəzərdə tutulmuş proqramların icrası uğurla davam etdirilmişdir. Bütün bunların fonunda hədəflənən nəticələrin əldə olunması, kompleks səciyyəli iqtisadi islahatların həyata keçirilməsi, iqtisadi subyektlərin fəaliyyət mexanizminə əlverişli şəraitin yaradılması kimi tədbirlər milli inkişafın Azərbaycan modelinin yaranmasını şərtləndirmişdir. Ölkədə davamlı olaraq həyata keçirilən genişmiqyaslı islahatlar, məqsədyönlü şəkildə reallaşdırılan və Respublikanın sosial-iqtisadi və ictimai-siyasi inkişafında mühüm rol oynayan “Dövlət Proqram”larının uğurlu icrasının nəticəsində ölkəmiz qısa müddət ərzində sürətli inkişaf yoluna qədəm qoymuş, bütün istiqamətlər üzrə müstəqil siyasət yeridən Azərbaycan dövləti son illər sosial-iqtisadi inkişaf tempinə görə regionun ən qüdrətli dövlətinə çevrilmişdir.
Qətiyyətlə və uğurla həyata keçirilən davamlı, düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı ötən il ərzində də öz dinamik inkişafını təmin etməklə bərabər siyasi-iqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların daha da inkişafı sürətlənmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir. Azərbaycan Respublikası milli mənafelərə və sosial rifaha xidmət edən özünəməxsus milli iqtisadi inkişaf modeli ilə bir sıra mühüm uğurlara imza ataraq Cənubi Qafqazda lider ölkə statusu qazanmışdır.
Möhtərəm cənab Prezidentin dərin zəkasının, gərgin zəhmətinin və siyasi məharətinin məhsulu olan və uğurla gerçəkləşdirilən iqtisadi siyasəti nəticəsində maliyyə sabitliyinin qorunması ilə yanaşı, dayanıqlı iqtisadi artım təmin edilmiş, iqtisadiyyatın modernləşməsinə dəstək verən islahatlar sayəsində qeyri-neft sektoru sürətli inkişaf yoluna qədəm qoymuş və nəticədə ölkəmizin dünyada islahatçı imici daha da möhkəmlənmişdir.
Dövlət başçısının fəaliyyətinin başlıca şərti ölkəmizin tərəqqisinə və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına nail olmaq, ölkənin strateji inkişaf modelinin mühüm bir elementi olan regionların sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”larının həyata keçirilməsini təmin etməkdir. Bu, cənab Prezidentin regionlara son dərəcə böyük diqqətinin göstəricisi olmaqla yanaşı, həm də bölgələrdə sosial-iqtisadi infrastrukturun inkişafına, əhalinin məşğulluğunun artırılmasına, bölgələrdə tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasına xidmət etmişdir. Qloballaşan dünyanın tələblərinə uyğun, yeni məzmun və keyfiyyətdə düzgün siyasi–iqtisadi istiqamətin uğurla davam etdirilməsi sayəsində Respublikanın iqtisadi imkanları genişləndikcə sosial məsələlərin həllinə diqqət artırılmış, xalqımızın rifah halının yaxşılaşdırılması üçün daha təsirli addımlar atılmaqla bərabər infrastruktur layihələr vaxtlı-vaxtında icra olunmuş, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük layihələr həyata keçirilmişdir. Ötən dövr ərzində müəyyən edilmiş siyasətə uyğun olaraq mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirilərək valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunmaqla bərabər, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.
Hesabat dövrü ərzində həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Ulu Öndər Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycan enerji təminatı sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmiş, neft-qaz layihələri və neft-qaz kəmərlərinin çəkilməsi nəticəsində bu gün ölkəmiz dünya miqyasında çox önəmli karbohidrogen ehtiyatları hasil və ixrac edən ölkə statusu qazanmışdır.
Ötən illərdə olduğu kimi, 2014-cü ildə də ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, kənd təsərrüfatı sahəsinin modernləşdirilməsi davam etdirilmiş, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin sosial-rifah halının yüksəlməsi təmin edilmişdir. Bu davamlı inkişaf, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 11 ildən artıq bir müddət ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla, uğurla davam etdirilməsi, qətiyyətli və gərgin əməyi sayəsində mümkün olmuşdur.
2014-cü il də Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşüb. Bu uğurların əsasında isə Prezident İlham Əliyevin Ulu Öndərin strateji kursunu uğurla davam etdirməsi dayanır və həyata keçirilən siyasət özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri, normaları ehtiva edir. Məhz bu müdrik siyasətin nəticəsində artıq dünyada 6 ildən çoxdur ki, davam edən və bir çox ölkələrdə siyasi, iqtisadi, sosial problemlərlə müşayiət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan dövlətinin operativ antiböhran tədbirləri sayəsində ölkəmiz qlobal maliyyə böhranına qarşı yüksək dayanıqlılıq nümayiş etdirmiş, sabit tendensiyalarla müşayiət edilən dinamik inkişafımız davam etmiş, makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın rəqabət qabiliyyəti artmış, nəzərdə tutulmuş bütün sosial proqramlar yerinə yetirilmişdir. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmizdə hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
2014-cü il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi, hesabat dövründə düşünülmüş siyasət və iqtisadi sahədə aparılan islahatlar sayəsində qarşıda duran sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Hesabat dövründə həyata keçirilən iqtisadi siyasət nəticəsində bütövlükdə ümumi daxili məhsulun real artım tempi 2,8 faiz olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, bu artım qeyri-neft sektorunun hesabına əldə edilmişdir. Ötən il ərzində qeyri-neft sektorunun real artım tempinin 7 faiz səviyyəsində olması bir daha onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz neft-qaz amilindən asılılığını azaldır və beləliklə, dayanıqlı inkişaf artıq reallığa çevrilmişdir.
Heç də təsadüfi deyil ki, əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkəmizin payı 75 faizə yüksəlmişdir.Ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyillərinin, enerji bazarında ötən il başlamış və bu gün də davam edən qiymətlərin enməsinin mənfi təsirinin qarşısının alınmasında cənab Prezidentin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malik olmuşdur. Bunun nəticəsidir ki, son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə çatmışdır.
İnvestisiya və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması nəticəsində cari il ərzində ölkə iqtisadiyyatına 27 milyard dollar həcmində investisiya qoyulmuşdur ki, bunun da 16 milyard dolları daxili sərmayədir.
Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir edəcəkdir. Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra da görüləcək işlər, institusional islahatlar və səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, manatın məzənnəsi sabit olaraq qalacaq, iqtisadi inkişaf təmin ediləcəkdir. Hesabat dövrü ərzində manatın dəyəri sabit saxlanılmış, inflyasiya cəmi 1,4 faiz olmaqla bir rəqəmli səviyyədə qalmış və əldə edilmiş davamlı iqtisadi inkişaf insanların sosial-rifah halının daha da yaxşılaşdırılmasına xidmət göstərmişdir. Eyni zamanda həyata keçirilən ardıcıl islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir. Dövlət başçısının qeyd etdiyi kimi, respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin artması davam etdikcə, sosial sahəyə ayrılan vəsaitlərin həcmi də artmış, maaş və pensiyaların, təqaüdlərin qaldırılması siyasəti davam etdirilmişdir. Ölkədə 400 min insana ünvanlı sosial yardım verilmiş, 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım almışdır. Dövlət tərəfindən hər ailəyə orta hesabla 155 manat, yəni, 200 dollara yaxın vəsait verilmişdir. Cari il ərzində də əhalinin pul gəlirləri 4,8 faiz artaraq inflyasiyanı üç dəfədən çox üstələmiş, orta aylıq əməkhaqqı 4,2 faiz artaraq 443 manata çatmışdır.
2014-cü il ərzində strateji valyuta ehtiyatlarının həcmi artaraq 53 milyard ABŞ dollarından çox olmuşdur. Məcmu valyuta ehtiyatlarının xarici dövlət borcuna olan nisbəti 8 dəfədən artıq olmuş, ümumi daxili məhsulun 70 faizinə çatmışdır. Həmçinin ölkəmizin beynəlxalq qiymətləndirmə reytinqlərində əldə etdiyi yüksək iqtisadi mövqeləri də qorunub saxlanmışdır. Bu göstəriciyə görə ölkəmiz dünya miqyasında ilk iyirmilikdə qərar tutur. Strateji valyuta ehtiyatlarının indiki həcmi ölkəmizin üçillik əmtəə və xidmət idxalını qarşılamağa kifayətdir. Bu, çox yüksək göstərici olmaqla bərabər həm də ölkəmizin milli iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayır. Xüsusilə ölkəmizin əhalisini nəzərə alsaq görərik ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada ən qabaqcıl ölkələr arasındadır.
Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla yanaşı, ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir. Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir. Dünyada baş verən məlum kataklizmlərin fonunda Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlılıq nümayiş etdirməsi, eyni zamanda, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diversifikasiya siyasəti və qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi ilə bağlıdır. Ölkə Prezidenti iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsini dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirib. Cari ildə Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Möhtərəm cənab Prezidentin ötən ildə regionlara mütəmadi səfərləri, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, verdiyi tapşırıq və tövsiyələr regionların, eləcə də Bakı qəsəbələrinin inkişafına əhəmiyyətli töhfəsini vermiş, regionlarda 410-dan artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 530-dan artıq müəssisənin tikintisi isə davam etdirilir. Sosial sahələrin inkişafı diqqət mərkəzində saxlanılmış, il ərzində regionlarda 190-dan çox tədris müəssisəsi, 60-dan çox tibb ocağı, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər bir fərdin maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Azərbaycanın dinamik inkişafını şərtləndirən ən mühüm amillərdən biri qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən aparılan tarazlaşdırılmış siyasətin, regional və qlobal enerji layihələrinin gerçəkləşdirilməsi, inkişaf etmiş ölkələrlə bərabər səviyyəli əməkdaşlıq, iqtisadi inkişaf tempinin uğurla davam etdirilməsi Azərbaycan xalqının mənafeyinə xidmət göstərməklə bərabər daha firavan gələcəyini də təmin edir. Son illərdə Azərbaycan iqtisadiyyatının potensialının artmasında ölkəmizdə qeyri-neft sektorunun davamlı olaraq inkişaf etməsi mühüm rol oynayıb. Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri “neftdən asılılıq sindromu” ilə üzləşərək ağır böhran vəziyyətinə düşüb. Azərbaycan isə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, həmçinin, dövlət başçısının səyləri ilə vaxtında lazımi tədbirlər görülməsi, iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi sayəsində nəinki bu sindromdan yan keçməyə müvəffəq olub, eyni zamanda neft gəlirlərindən məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirib. Beləliklə, qeyri-neft sektorunun, o cümlədən də, özəl bölmənin inkişafına hərtərəfli qayğı göstərilməsi sayəsində bu sahədə istehsalın həcmi ilbəil artır. Təkcə onu vurğulamaq kifayətdir ki, hazırda respublikada istehsal olunan ümumi daxili məhsulun həcmində qeyri-neft sektorunun çəkisi 55 faizi ötmüşdür.
Ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırmışdır.
Bununla yanaşı, möhtərəm cənab Prezident tərəfindən aparılan sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks işlər, tranzit potensialının reallaşdırılması və digər tədbirlər qeyri-neft sektorunun sürətli inkişafına təkan vermiş, mürəkkəb regionda yerləşən ölkəmizin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin gücləndirilməsini, əhalinin rifahının davamlı olaraq yüksəlməsini təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Cari ildə də sahibkarlığın inkişafı istiqamətində görülən əsas tədbirlər sırasında biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, onların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi kimi prioritet məsələlər mühüm yer tutmuşdur. Cənab Prezidentin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq ötən il biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilmişdir ki, bu layihələr üzrə 12500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmiş, son 11 ildə 2000 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilmişdir.
2014-cü il ərzində ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması ilə əlamətdar olmuşdur. Bu qərarlarla yeni çağırışlar fonunda aqrar sektorun inkişafının prioritet hədəflərinin müəyyən edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır. Bütün bunlar isə öz növbəsində, yaxın gələcəkdə aqrar sektorun yeni simasının formalaşdırılmasını təmin edəcəkdir. Kənd əməkçilərinə, fermerlərə və sahibkarlara kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı güzəştlərin tətbiq olunması dövlət tərəfindən göstərilən qayğının əyani təzahürüdür. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair “Dövlət Proqramı”nın icrası, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilmişdir. Cari ildə də aqrar sektorda dövlət dəstəyi tədbirləri ardıcıl xarakter daşımış, istehsalçılara əlavə güzəştlər tətbiq edilmişdir. Hazırda kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından səmərəli istifadə olunması məqsədilə dövlətin dəstəyi ilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının yaradılması işləri aparılır.
Müasir Azərbaycanın dinamik inkişafı kontekstində müstəqilliyimizi gücləndirən mühüm amillərdən biri də həyata keçirilən uğurlu sosial siyasət kursudur. Möhtərəm cənab Prezident tərəfindən aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Ümumiyyətlə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Beləliklə, ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir və bu, Azərbaycanın milli inkişafı kontekstində müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir.Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunub. Bir sıra inkişaf etmiş Avropa ölkələrdə işsizliyin sayının artımı fonunda Azərbaycanda iş yerlərinin bağlanması kimi mənfi meyl olmamış, əksinə məşğulluq səviyyəsi artmış, 123 mindən çox yeni iş yeri yaradılmış, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq səviyyəsi 5 faizə enmişdir. Hesabat dövründə 123 mindən çox yeni iş yeri açılmışdır ki, onlardan da təxminən 100 mini daimi iş yeridir. Ümumilikdə isə 2004-cü ildən bu günə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra- 1 milyon 300 min iş yeri yaradılmışdır. Bütün bu nailiyyətlər nəticəsində işsizlik kəskin şəkildə aşağı düşərək 5 faizdən də aşağı səviyyədədir. Eyni zamanda sürətli iqtisadi inkişaf demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərmişdir. Belə ki, ötən il ərzində Azərbaycanda əhalinin sayı 116 min nəfər artmışdır. Əldə olunmuş nailiyyətlər, eləcə də bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, valyuta və enerji bazarlarında kəskin təlatümlər fonunda 2014-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafının uğurlu yekunları Prezident İlham Əliyevin inkişaf modelinin alternativsiz olduğunu bir daha göstərir. Təsadüfi deyil ki, ötən il Dünya İqtisadi Forumunun növbəti hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmaqla artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir.
Cari il ərzində ölkəmizin milli enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır. Bunun ən bariz nümunəsi isə 2014-cü il sentyabrın 20-də Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını təmin edəcək “Cənub” qaz dəhlizinin Bakıda təməlinin qoyulması olmuşdur. Bu layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın qarşıdakı onilliklər ərzində Avropa enerji təchizatında rolunun daha da artmasına, dövlətimizin texnoloji və iqtisadi inkişafına, xalqımızın firavan yaşamaşına əlavə təkan verəcəkdir.Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan bu layihənin də icrasında liderlik keyfiyyətlərini nümayiş etdirmişdir. Yaxın gələcəkdə "Cənub" qaz dəhlizinin istifadəyə verilməsi nəticəsində ölkəmizin növbəti onilliklər ərzində inamlı inkişafını təmin edəcək, siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaqdır. Təməli qoyulan çoxmilyardlı investisiya-qaz layihəsi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi ənənənin davamı, cənab Prezidentin gərgin zəhmətinin və siyasi məharətinin nəticəsi olaraq, Avropanın enerji təminatı ilə bağlı ilk andan tutduğu mövqeyinin nə dərəcədə düzgün olduğunu sübut etdi və son illər ərzində möhtərəm Prezident tərəfindən uğurla davam etdirilən enerji strategiyasına verilən beynəlxalq dəstəyin miqyasını göstərdi.“Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Avropanın ən iri infrastruktur layihəsi olan “Cənub” qaz dəhlizinin təməlinin qoyulması Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırmışdır və uzun illər xalqımızın mənafeyinə xidmət edəcəkdir.
Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsinə əsasən Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlanılmış və bu çərçivədə təsdiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin inkişafına yeni impuls vermişdir. Belə ki, 2014-cü ildə 230-dan çox sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir. Dövlət investisiyaları hesabına Şəmkirçay dəryaçası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi, illik istehsal gücü 2 milyon tona çatan “Norm” sement zavodu istifadəyə verilmiş, ölkənin sayca ikinci-yer səthinin müşahidə peyki orbitə buraxılmış, bir sıra magistral və 1 milyon nəfərə yaxın əhalisi olan 597 yaşayış məntəqəsini birləşdirən 1295 kilometr kənd yolları çəkilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər aparılan məqsədyönlü siyasət nəticəsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da gücləndirilmişdir. Burada inzibati tədbirlərlə bərabər, eyni zamanda bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında elektron xidmətə keçid məsələləri də mühüm əhəmiyyət kəsb etmişdir. Bu səbəbdən keçən il özündə bir çox amilləri-innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik və müasirliyi cəmləşdirən yeni qurum olan “ASAN xidmət” paytaxtla bərabər regionlarda, fəaliyyət göstərməyə başlamışdır. Artıq 7 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir və iki il ərzində 3 milyon 500 min müraciət olmuşdur. Orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, eyni zamanda cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində “ASAN xidmət” əlbəttə ki, ön plandadır və bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin qaçqınlara və məcburi köçkünlərə daim həssas, diqqətli və qayğıkeş münasibəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun olaraq daha dolğun şəkildə davam etdirilir. Ulu Öndər Dövlət Neft Fondunun ilk vəsaitini bu sahəyə yönəltməklə bir daha göstərdi ki, bu, Azərbaycanın bir nömrəli, prioritet problemidir və bu gün də qalmaqdadır. Ölkəmizin iqtisadi, ictimai-siyasi həyatında növbəti uğurlu il hesab olunan 2014-cü ildə də öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzində olmuş, bu sahə ilə bağlı qəbul edilmiş Dövlət proqramları və ona Əlavələrin icrası uğurla davam etdirilmişdir. Onların sosial problemlərinin həlli məqsədi ilə 2014-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1170 manat təşkil edir ki, bu da dünyanın bütün münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. 2014-cü il ərzində 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Qaçqın və məcburi köçkünlər üçün ümumilikdə indiyədək 2,8 milyon kvadratmetr yaşayış sahəsi olan 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi salınmış, 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmışdır. Bundan da 42 min ailə, yaxud 210 min nəfər son 11 ilin payına düşür. Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 11 ildə 75 faizdən 10 faizədək azalmışdır.
Azərbaycan Respublikasının Prezidentinin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində 2014-cü il də ölkə həyatının bütün sahələrinin ahəngdar inkişafı ilə müşayiət olunmuşdur. Daxili siyasətin və ölkəmizin hərtərəfli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi və davamı olan xarici siyasət fəaliyyəti beynəlxalq hüququn norma və prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq barabərhüquqlu, qarşlıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq, davamlılıq, tarazlılıq, çoxşaxəlilik, çeviklik və şəffaflıq prinsipləri əsasında yürüdülmüş və Azərbaycanın suveren, güclü, qətiyyətli, sabit və etibarlı tərəfdaş dövlət kimi mövqeyinin güclənməsinə xidmət etmişdir. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edərək öz mövqeyini müdafiə etmiş və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini vermişdir. Keçən il Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmişdir. Bu dövr ərzində Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına Azərbaycan çox böyük və dəyərli töhfələr vermişdir. Xüsusilə, ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır. Ümumiyyətlə, əgər bizim təcrübəmiz dünyada daha da geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi.
Son zamanlar regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. İstər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Cənubi Qafqaz regionunun lider ölkəsi, müasir beynəlxalq münasibətlərin güclü və nüfuzlu faktoru olan Azərbaycan özünün səmərəli xarici siyasət kursu ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verən ölkəmiz, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edir.
Qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirir. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi Milli Ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilmişdir.Ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan vətənpərvərlik ruhu da Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir.Başqa sözlə, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır ki,bu gün də Azərbaycan cəmiyyətində qeyd olunan əhval-ruhiyyə mövcuddur.Şübhəsiz, ərazi bütövlüyünün bərpası yönündə fəaliyyət təkcə ordunun gücləndirilməsi isə məhdudlaşmır. Azərbaycan həm də bu illər ərzində özünün həm sosial-iqtisadi, həm də hərbi qüdrətini dəfələrlə artıraraq düşmən üzərində hərtərəfli üstünlüyə nail olub.Təsadüfi deyil ki, hərbi xərclərə ayrılan vəsaitimiz Ermənistanın ümumi büdcəsindən 2 dəfə çoxdur. Bununla Azərbaycan istər Ermənistana, istərsə də onun havadarlarına göstərir ki, ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz və Azərbaycan heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Xalqımızın daim bu inamla yaşaması, vətənpərvər gənc nəslin yetişməsi və mövcud xalq-iqtidar birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da sürətləndirir.
Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bəllidir ki, Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımı addımları atdığı halda, işğalçı Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi prinsipləri əsasında həllinə beynəlxalq ictimaiyyətin dəstəyini əldə etmək məqsədi ilə uğurlu xarici siyasət davam etdirilmişdir. Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışı,danışıqlar prosesində imitasiya taktikasını seçməsi səbəbindən əfsuslar olsun ki, keçən ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmamışdır. Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır. Artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Son illərdə müxtəlif bölgələrdə - Avropada, Yaxın Şərqdə gördüyümüz mənzərə bax, bu mövqeyi, bu yanaşmanı daha da gücləndirir. Ancaq danışıqlar prosesində heç bir irəliləyişin olmamasına baxmayaraq, keçən il Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox böyük işlər görmüşdür - həm siyasi sahədə, həm regional çərçivədə və həm də hərbi sahədə - döyüş meydanında. Ermənistan keçən il yay aylarında və ilin sonunda bir neçə dəfə açıq təxribatlara əl atsa da, hər iki dəfə Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. Yay aylarında 50-dən çox işğalçı məhv edildi, noyabr ayında isə ermənilərin təxribatı cavabsız qalmamışdır. Bütün bu təxribatların nəticəsində baş verən hadisələrə və Ermənistanın bugünkü acınacaqlı vəziyyətinə görə bu ölkənin indiki və əvvəlki rəhbərliyi bilavasitə cavabdehlik daşıyır. Çünki məhz onların işğalçı siyasətinə görə Ermənistan faktiki olaraq heç müstəqilliyi əldə etməmişdir. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi “Azərbaycan isə bu məsələdə də prinsipial mövqedədir. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim mövqeyimizi gücləndirən ordumuzdur. Bizim ordumuz keçən il öz qüdrətini, nəyə qadir olduğunu göstərdi. Düşmənə də, düşmənin havadarlarına da göstərdi ki, istənilən vaxtda Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə bu məsələ öz həllini danışıqlar yolu ilə tapsa, əlbəttə ki, daha yaxşı olar. Hesab edirəm ki, bu bir neçə amilin mövcudluğu bizim mövqeyimizi daha da möhkəmləndirir”.
Respublikanın sosial-iqtisadi və mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, milli-mənəvi dəyərlərin qiymətləndirilməsi, insan kapitalının qorunub inkişaf etdirilməsi, hüquq və azadlıqlarının, milli həmrəyliyin təmin edilməsi, ən başlıcası vətəndaş cəmiyyətinin qurulması naminə dövlət tərəfindən görülən işlər ölkəmizin tərəqqisini və xalqımızın rifahını yüksəldir. Məlum olduğu kimi, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoymuşdur. Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu və onun prezidenti, hörmətli Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil, mədəniyyət sahələri üzrə layihələr reallaşdırılmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə də daim diqqətlə yanaşır. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür.Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır.
Eyni zamanda I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində lazımi səviyyədə keçirilməsi üçün Mehriban xanım Əliyevanın sədrliyi ilə yaradılmış Təşkilat Komitəsi həmin möhtəşəm tədbirin Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilməsi və dostluq bayramına çevrilməsi üçün çox fəal işləyir və bütün vəzifələri icra edir.Tarixdə ilk dəfə olaraq bu Oyunların təşkil edilməsinin məhz Azərbaycana həvalə edilməsi faktı beynəlxalq və Avropa Olimpiya hərəkatının ölkəmizdə olan sabitliyə, idman, fiziki tərbiyə və mədəniyyət sahəsində apardığı fəaliyyətə və əldə edilmiş nailiyyətlərə verilən yüksək qiymətdir.
2014-cü il ərzində də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasının uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, həyata keçirilən genişmiqyaslı islahatlar ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş “Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunda da bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, “Dövlət Proqramı”na Əlavələrdə nəzərdə tutulmuş bəndlər üzrə rayonun “Yeni Tuğ” qəsəbəsində çiy kərpicdən tikilmiş evlərdə yaşayan 120 məcburi köçkün ailəsi və digər 200 ailə üçün həmin ərazidə yeni qəsəbənin tikintisi başa çatdırılmış və 318 məcburi köçkün ailə həmin qəsəbəyə köçürülmüşdür. Həmçinin Xocavənd rayonunun inzibati ərazisinə daxil olan strateji əhəmiyyətli “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar layihə smeta sənədləri hazırlanmış, hələlik maliyyə vəsaiti ayrılmaması səbəbindən yolun çəkilişi müvəqqəti olaraq dayandırılmışdır.
“2013-cü ildə Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə” 06 fevral 2014-cü il tarixdə keçirilmiş hesabat yığıncağında səsləndirilmiş problem və təkliflərlə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Xocavənd qəsəbəsinin daxili yolları çınqıl örtüyü ilə təmir edilmiş, 91 məcburi köçkün gənc ailə evlə təmin olunmuş, Xocavənd qəsəbəsinin abadlaşdırılması, Bayraq Meydanının, İdman zalının tikintisi, Xocavənd qəsəbəsində telefonlaşma işləri, eyni zamanda Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrinin telefonlaşması üçün zəruri işlər davam etdirilir.
2014-cü il ərzində idarə, müəssisə və təşkilatlar tərəfindən rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmiş, rayon üzrə 2560 (iki mim beş yüz altmış) ədəd ağac əkilmişdir. Eyni zamanda “İDEA” İB-nin təşəbbüsü ilə 2014-cü ilin oktyabr-noyabr aylarında “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərşivəsində həyata keçirilmiş ağacəkmə kampaniyasına uyğun olaraq rayonun giriş yollarının kənarlarında 1600 (bir min altı yüz) ədəd ağac əkilmiş və bu işlər 2015-ci ildə də davam etdiriləcəkdir.
Hesabat ili dövründə Rayon Məşğulluq Mərkəzinə 119 nəfər (59 nəfəri qadın) işaxtaran vətəndaş müraciət etmişdir ki, həmin vətəndaşlardan 117 nəfəri işlə təmin olunmuşdur(onlardan 12 nəfəri əvvəlki illərdə mərkəzdə qeydiyyatda olanlardır). Mərkəzə müraciət etmiş işaxtaran vətəndaşların işlə təmin olunması mümkün olmadığı üçün 1 nəfərə işsizlik statusu verilərək qanuna müvafiq qaydada müavinət təyin edilmişdir. Məcburi köçkün əhalinin məşğulluğunun təmin edilməsi və maddi-rifah halının yüksəldilməsi məqsədi ilə 2014-cü il ərzində 96 yeni iş yeri açılmışdır. Ümumilikdə isə son on ildə rayonda 1304 iş yeri açılmışdır ki, onlardan da 699-u daimi iş yeridir.
Vergi
Xocavənd Rayon Vergilər Şöbəsi tərəfindən il ərzində qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı tədiyyə növləri üzrə 752 min manat proqnoza qarşı 777.2 min manat dövlət büdcəsinə vəsaitin köçürülməsi təmin edilmiş və proqnoza 103.4 faiz əməl olunmuşdur.
Ötən il ərzində ayrı-ayrı növ tədiyyələr üzrə daxil olma aşağıdakı kimi olmuşdur.
Büdcəyə vergi və digər daxilolmaların 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 71.6 min manat çox olmuşdur.
“Azərpoçt” MMC-nin Xocavənd Rabitə Qovşağının əsas fəaliyyət növü poçt rabitəsi olmaqla əhaliyə bir sıra ənənəvi, qeyri-ənənəvi poçt və bank, maliyyə xidmətləri göstərmişdir. 2014-cü il ərzində poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkşafında və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülmüşdür. Belə ki, il ərzində 40 mənzilə telefon çəkilmiş, 59 abonent surətli internetə qoşulmuşdur. Görülmüş işlərin nəticəsi olaraq filial üzrə illik tarif gəliri tapşırığı 206 faiz yerinə yetirilmişdir. Hesabat ili ərzində Rabitə Qovşağının inzibatı binası və həyəti təmir olunmuş, Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrində yaşayan məcburi köçkünlərin telefonla təmin edilməsi üçün yeni ATS binasının tikintisinə başlanılmışdır.
Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər
01 yanvar 2015-ci il tarixə rayonun fərdi və fermer təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 1966 baş (2013-cü ildə 1980 baş), o cümlədən inək və camışlar 1042 baş (2013-cü ildə 1008 baş), qoyun və keçilər 14015 baş (2013-cü ildə 14072 baş) olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı (diri çəkidə) 2978 sentner (2013-cü ildə 2725 sentner), süd istehsalı (fiziki çəkidə) 14918 sentner (2013-cü ildə 14884 sentner), yumurta istehsalı (min ədədlə) 212 (2013-cü ildə 210), yun istehsalı (fiziki çəkidə) 360 sentner (2013-cü ildə 322 sentner) olmuşdur.
Hesabat dövründə rayon ərazisində fəaliyyət göstərən 2 fərdi, 457 ailə kəndli və ev təsərrüfatları tərəfindən 6295,0 (2013-cü ildə 6944,9) hektar buğda sahəsindən hər hektara 13,5 (2013-cü ildə 19,6) sentner olmaqla 84982,5 (2013-cü ildə 135900,9) sentner, 518,8 (2013-cü ildə 158,3) hektar arpa sahəsindən hər hektara 12,5 (2013-cü ildə 16,5) sentner olmaqla 6485,0 (2013-cü ildə 2612,1) sentner, 18 (2013-cü ildə 120) hektar qarğıdalı sahəsindən hər hektara 43,0 (2013-cü ildə 43,7) sentner olmaqla 774,0 (2013-cü ildə 4200,0) sentner, 155 (2013-cü ildə 16) hektar şəkər çuğunduru sahəsindən hər hektara 280 (2013-cü ildə 280) sentner olmaqla 43400,0 (2013-cü ildə 4480,0) sentner, 10,0 (2013-cü ildə 8,0) hektar kartof sahəsindən 111,0 (2013-cü ildə 89,0) sentner olmaqla 1110,0 (2013-cü ildə 712,5) sentner, 27,0 (2013-cü ildə 16,6) hektar tərəvəz sahəsindən hər hektara 93,1 (2013-cü ildə 88,0) sentner olmaqla 2515,6 (2013-cü ildə 1460,8) sentner məhsul əldə olunmuşdur. Qeyd etmək lazımdır ki, 2013-cü ilə nisbətən 2014-cü ildə əkilən buğda sahəsinin azalmasının səbəbi torpaqların dincə qoyulması ilə əlaqədar olmuşdur.
Heyvandarlığın intensiv inkişaf etdirilməsi, damazlıq cinslərinin artırılması istiqamətində rayonda fəaliyyət göstərən süni mayalama texniki ilə birgə tədbirlərin həyat keçirilməsi istiqamətində Rayon Baytarlıq idarəsinin əməkdaşları və Rayon İcra nümayəndələri tərəfindən heyvandarlıqla məşğul olan rayon əhalisi arasında heyvandarlığın intensiv inkişaf etdirilməsi, damazlıq cinslərinin artırılmasıda süni mayalamanın əhəmiyyəti barədə marifləndirmə və təbliğat işləri aparılmışdır. Rayonda fəaliyyət göstərən süni mayalama texniki tərəfindən 2014-cü il ərzində 20 baş iribuynuzlu heyvan süni mayalandırılmışdır. Ötən il ərzində isə süni şəkildə mayalandırılan heyvanlardan 28 baş yüksək məhsuldarlıqlı ətlik və südlük buzov cinsləri əldə olunmuşdur.
.
Əhalinin sosial müdafiə məsələləri
Hesabat dövrü ərzində DSMF Xocavənd Rayon Şöbəsi müəssisələrdən, təşkilatlardan, idarələrdən, kooperativlərdən, vətəndaşlardan və fərdi əməklə məşğul olan şəxslərdən sosial sığorta ayırmalarının yığılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, 2014-cü il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə büdcə və qeyri-büdcə gəlirlər plan proqnozu 945.2 min manat, o cümlədən 888.0 min manat büdcə, 57.1 min manatı qeyri-büdcə təşkil etmişdir. Büdcə üzrə plan proqnoz 888.0 min manata qarşı 839.0 min manat (94.5%), qeyri-büdcə üzrə 57.1 min manata qarşı 43.7 min manat (76.5%) əməl edilmişdir. Ümumilikdə isə məcburi dövlət sosial sığorta haqları üzrə plana 93.4 faiz əməl olunmuşdur.
01 yanvar 2015-ci il tarixə Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon Şöbəsində 1133 nəfər təqaüdçü qeydə alınmışdır ki, bunlardan 1042 nəfəri işləməyən, 91 nəfəri isə işləyən təqaüdçülərdir. İl ərzində işləyən və işləməyən əhaliyə müavinətlərin ödənilməsi üçün 2211.8 min manat vəsait xərclənmişdir.
2014-cü il ərzində vətəndaşlar tərəfindən Xocavənd Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim edilən sənədlər diqqətlə öyrənilərək sosial yardıma ehtiyacı olan ailələr müəyyənləşdirilmiş və ünvanlı sosial yardım almaq üçün müraciət edən 165 nəfərin 696 ailə üzvlərinin sənədləri komissiya tərəfindən yoxlanılmış və təyinat aparılaraq 353343.0 manat vəsaitin ödənilməsi təmin edilmişdir. Rayon üzrə bir nəfərə düşən ünvanlı sosial yardım 31.96 manat təşkil etmişdir. 2013-cü ilin müvafiq dövründə bu rəqəm 272 nəfər 10419 ailə üzvü təşkil etmiş və 291188 manat vəsait ödənilmiş, bir nəfərə düşən ünvanlı sosial yardım isə 28.66 manat təşkil etmişdir. Sevindirici haldır ki, əhali arasında yoxsulluq səviyyəsinin aşağı düşməsi səbəbindən bu il ünvanlı sosial yardım almaq üçün müraciət edən sakinlərin sayında azalma müşahidə edilmişdir.
Ötən dövr ərzində şəhid ailələrinə təyin edilmiş 100 manat Prezident təqaüdü üçün 67 şəhid ailəsinə 138542.0 manat təyinat aparılmışdır. İl ərzində Mərkəz 538 nəfərə sosial müavinət vermişdir ki, onlardan 2 nəfər yaşa, 20 nəfər ailə başçısını itirdiyinə, 110 nəfər əlilliyə görə, eləcə də 55 nəfəri 18 yaşadək əlil uşaqlara, 329 nəfər isə müharibə veteranı olmuşdur. 01 yanvar 2015-ci il tarixə büdcədən Mərkəzə sosial müavinət və uşaq müavinətlərinin ödənilməsi məqsədilə 533644 manat vəsait daxil olmuşdur ki, həmin vəsait müavinət alan 538 nəfərə faktiki xərc edilmişdir. 01 yanvar 2015-ci il tarixə Mərkəzin müavinət alanlara ödənilməmiş borcu olmamışdır.
Hesabat dövrü ərzində məcburi köçkün əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı məqsədi ilə “Xocavənd”,“Yeni Xocavənd”, “Yeni Qaradağlı”, “Yeni Tuğ” və 320 ailəlik qəsəbələrdə elektrik enerjisi və qaz təminatı yaxşıladırılmış, sayğaclar quraşdırılmışdır. Verilən elektrik enerjisi və qaz hər bir qaçqın və məcburi köçkün üçün ayrılmış enerji sərfiyyatından artıq olduğu halda bu fərqin ödənilməsi vətəndaşlar tərəfindən həyata keçirilmiş və bu prosesə rayonda yaradılmış qərargah üzvləri tərəfindən müntəzəm nəzarət olunur.
İctimai-siyasi və humanitar məsələlər
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən rayonda hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi, təhsil muəssisələrinin reytinq sisteminin yaradılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yuksəldilməsi, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması sahəsində dövlət siyasətinin icrası qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Həmçinin Fəaliyyət Planında nəzərdə tutulduğu kimi, əsas prioritet istiqamətlərdən olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması, məktəbəqədər təhsil üzrə nümunəvi kurikulumların tətbiqi qarşıda duran əsas vəzifələrdir.
2014-cü il ərzində Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir ki, bunlardan 11-i tam orta, 2-si ümumi orta, 4-ü isə ibtidai məktəblərdir. Eyni zamanda 3 uşaq bağçası və 2 məktəbdənkənar müəssisə vardır.
2014-2015-ci tədris ilində bütün ümumtəhsil məktəbləri üzrə təhsilə cəlb edilmiş 1886 nəfər (2013-2014-cü tədris ilində 1884) şagirdin təlim-tərbiyəsi ilə 345 müəllim məşğul olur. Yeni tədris ilində rayonun ümumtəhsil məktəblərinin I sinfinə 228 nəfər (2013-2014-cü tədris ilində 239 nəfər) şagird qəbul olunmuş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ibtidai siniflərə pulsuz olaraq məktəbli forması, Heydər Əliyev Fondu tərəfindən hər il olduğu kimi bu il də I sinif şagirdlərinə məktəbli çantası hədiyyə olaraq paylanmışdır.
Rayon ümümtəhsil məktəblərinin şagirdləri 2014-cü il ərzində müxtəlif müsabiqə və olimpiadaların qalibi olmuşlar.
Xocavənd rayon 2 saylı tam orta məktəbin X sinif şagirdi Mirzəyeva Aysel Əbülfət qızı Biologiya fənnindən Respublika üzrə III, Heydər Əliyevin 91 illik yubileyi ilə bağlı keçirilmiş inşa yazı müsabiqəsində Respublika turunda 4-cü yerə və Salakətin kənd tam orta məktəbin “Gənc xilasedicilər və yanğınsöndürənlər” komandası Ağdam rayon Quzanlı kəndində keçirilən Zona yarışında 2-ci yerə layiq görülmüşdür. Həmçinin Xocavənd rayon 3 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Sultanova Səma Habil qızı “Gənclər günü” münasibəti ilə “Musiqi sənəti sahəsində”, “Hünər” 9-cu Vətənpərvərlik Mahnıları müsabiqəsində fərqləndiyinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Xocalı soqırımının 22-ci ildönümü ilə əlaqədar səhnələşdirilmiş kompozisiyanı yüksək səviyyədə canlandırdığına görə “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma İctimai Birliyi” və “Qızıl Buta” İctimai-Siyasi Hüquqi Jurnalı tərəfindən Diplom və Fəxri Fərmanla , Salakətin kənd tam orta məktəbin 6-cı sinif şagirdi Quluzadə Nurlan Müşfiq oğlu “Fövqəladə Hallar şagirdlərin gözü ilə” rəsm müsabiqəsində “Fəallıqla iştirakına görə” Təhsil, Fövqəladə Hallar və Gənclər və İdman Nazirliklərinin Diplomu və Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xocavənd rayonu 2 saylı tam orta məktəb 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Sözügedən təhsil ocağı məcburi köçkün rayonlarının məktəbələri arasında bu ada layiq görülən yeganə məktəbdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tarix dərsləri tədris olunmuşdur. Xocavənd rayonunda dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xüsusi qrafik tərtib olunmuş, 2013-2014-cü tədris ilində 101 nəfər, 2014-2015-ci tədris ilində isə 24 nəfər XI sinif şagirdinin dərslərdə iştirakı təmin edilmiş, 2015-ci il ərzində isə dərslərin tədrisi davam etdiriləcəkdir.
13 iyun 2014-cü il tarixdə IX və XI siniflərdə keçirilmiş buraxılış imtahanlarında IX sinfi bitirmiş və imtahana buraxılmış 148 şagirddən 78 nəfəri, yəni 52.7 %-i( Respublika üzrə göstərici 62.4%, 2013-cü ilin müvafiq dövründə 52.4%), XI sinif üzrə isə 101 şagirddən 80 nəfəri, yəni 79.2%-i (Respublika üzrə göstərici 74.11%, 2013-cü ilin müvafiq dövründə 79.6%) müsbət qiymət almışdır. Buraxılış imtahanlarında 2 saylı, 3 saylı və Əmirallar kənd tam orta məktəblərinin şagirdləri yüksək nəticə əldə etdiyi halda, 4 saylı tam orta, Tuğ kənd tam orta, Xocavənd kənd 1 saylı tam orta, Axullu kənd ümumi orta və 10 saylı ümumi orta məktəblərinin şagirdləri Respublika üzrə göstəricilərlə müqayisədə çox aşağı nəticə göstərmişdirlər. 05 sentyabr 2014-cü il tarixdə keçirilən müəllimlərin ənənəvi sentyabr konfrasında şagirdləri aşağı nəticə göstərən məktəblərin direktorlarına işlərində dönüş yaratmaları barədə ciddi tapşırıq verilmişdir.
Hesabat dövründə 11-ci sinfi bitirmiş 101 nəfər məzundan 62 nəfəri Respublikanın müxtəlif ali məktəblərinə sənəd vermiş, onlardan 35 nəfəri, o cümlədən 7 nəfər 400-dən, 5 nəfər 500-dən, 1 nəfər 600-dən çox bal toplayaraq Respublikanın müxtəlif ali məktəblərinə, 7 nəfər məzun isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Həmçinin Respublikanın müxtəlif bölgələrində təhsil alan xocavəndli məzunlardan isə 13 nəfər tələbə adını qazanmışdır.
Müvafiq Dövlət Pqroqramlarına əsasən Xocavənd rayonunda da bütün regionlarda olduğu kimi, yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər
üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla,
laboratoriyalarla təminatı, istilik sisteminin bərpası istiqamətində mühüm addımlar atılır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkün ailələri üçün inşa edilmiş 320 ailəlik müasir tipli yeni qəsəbədə 270 yerlik müasir avadanlıqlarla təchiz edilmiş məktəb istifadəyə verilmişdir.
Xocavənd rayon İcra hakimiyyəti Rayon Mərkəzi Xəstəxanası ilə birgə rayon əhalisinin sağlamlığını daim diqqət mərkəzində saxlamışdırVətəndaşların sağlamlığının qorunması sahəsində hesabat dövrü ərzində Xəstəxananın tibb işçiləri tərəfindən əhali arasında, məktəblərdə və uşaq bağçalarında 88 reyd keçirilmiş, tibb işçilərindən ibarət yaradılmış briqada mütəmadi olaraq əhali ilə profilaktiki söhbətlər apararaq məktəblərdə olmuş və maarifləndirmə işləri aparmışdır. Hesabat dövründə rayon üzrə poliklinika və ambulator gəlişlərin sayı 2009-cu il ilə müqayisədə (2009-cu ildə 27946) 52% artaraq (Respublika üzrə artım 30%) 58456 olmuşdur. 2014-cü il ərzində stasionar şöbələrdə 340 nəfər müalicə olunmuş, uşaq və ana ölümü qeydə alınmamışdır. Xocavənd rayonu üzrə dispanser qeydiyyatda olan şəkərli diabet xəstələrin sayı 2009-cu ildə 95 nəfər olduğu halda, 2014-cü il tarixdə bu rəqəm artaraq 859 nəfər olmuşdur. Buna səbəb isə əhali kompakt yerləşdiyi üçün Dövlət Proqramına uyğun olaraq qlükometr aparatının verilməsi və bütün şəkərli diabet xəstələrin aşkarlanaraq dispanser qeydiyyatına götürülməsi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi göstərişə əsasən Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2014-cü il tarixli 15 saylı sərəncamı ilə işçi qrupu və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər olmaqla 2 briqada yaradılmış, rayonda müayinənin mütəşəkkil qaydada təşkili üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyati şəxslərə müvafiq tapşırıqlar verilmiş, Mərkəzi Xəstəxana tibbi ləvazimat və yardımçı vasitələrlə təmin edilərək müayinəyə tam hazır vəziyyətə gətirilmiş və əhalinin məskunlaşdığı ərazilər və kollektivlər nəzərə alınmaqla xüsusi qrafik tərtib olunmuşdur. Hesabat dövrü ərzində ümumilikdə 10991 nəfər tibbi müayinədən yararlanmışdır ki, onların da 7270 nəfəri rayon Mərkəzi Xəstəxanasının tibbi briqadası tərəfindən müayinə olunmuşdur. Tibbi müayinədən keçənlərin 1748 nəfəri ambulator müalicəyə, 51 nəfər stasionar müalicəyə cəlb olunmuş, 19 xəstə isə Bakı şəhər və digər ətraf rayon xəstəxanalarına müayinə və müalicə üçün göndərilmişdir. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr xəstəxana tərəfindən lazımi dərman preparatları ilə təmin olunmuşdurlar. 2015-ci ildə də əhalinin icbari dispanserizasiyası yüksək səviyyədə təşkil ediləcək.
Hesabat dövründə “Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan Respublikasının Qanunu”na və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 sentyabr 2014-cü il tarixli 100 nömrəli əmrinə əsasən xəstəxananın rəhbərliyinin müvafiq əmri ilə Uşaqların məcburi icbari dispanserizasiyasının aparılması məqsədilə yaradılmış briqada 2294 nəfər uşaq tibbi müayinədən keçirilmişdir.
Xocavənd rayonunda əhalinin asudə vaxtlarının səmərəli keçməsi və onlar arasında milli mədəniyyətimizin təbliğ edilməsi məqsədi ilə Mədəniyyət və Turizm Şöbəsi 1 rayon, 6 kənd mədəniyyət evi, 13 kənd kulubu, 1 Rayon Mərkəzi Kitabxana Sistemi, 5 kitabxana filialı və 2 uşaq musiqi məktəbinin gücündən istifadə edir. 2014-cü il ərzində rayon Mədəniyyət və Turizm Şöbəsində müxtəlif mövzularda tədbirlər keçirilmiş, bu tədbirlərin əksəriyyəti milli adət-ənənələrimizin qorunub saxlanması, mədəni irsimizin təbliğ olunması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, tarixi günlərin və əlamətdar hadisələrin qeyd edilməsi mövzusunda olmuşdur.
Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi məqsədilə 2014-cü ilin iyul ayında kənd kitabxana filialları Mərkəzi Rayon Kitabxanasına birləşdirilərək 7 şöbədən və 5 kitabxana filialından ibarət Xocavənd Rayon Mərkəzi Kitabxana Sistemi yaradılmışdır. Mərkəzi Kitabxana sürətli internet, tələbata uyğun olaraq kompüter, digər inventar avadanlıqlarla təmin olunmuş, MKS-nin kadrlarının ixtisaslarının artırılması, elektron kataloqda işləmək qaydalarının öyrənilməsi məqsədilə 5 nəfər ixtisasartırma kursuna göndərilmişdir.
“Dövlət Proqramı”na uyğun uyğun olaraq www.khojavend.cls.az internet saytı yaradılmış və həmin saytın elektron kitabxana bölməsində 176 ədəd müxtəlif elektron ədəbiyyat yerləşdirilmişdir. Ümumilikdə, kitabxanaların kitab fondunda 41,954 min nüsxə kitab mövcuddur ki, onlardan 26,866 min nüsxə latın qrafikası ilə yenidən nəşr olunmuş kitablardır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xocavənd MKS-nin avtomatlaşdırılmış kitabxana–informasiya sistemi (AKİS) ilə təchiz edilməsi planlaşdırılmış və bu istiqamətində işlər aparılır. Gələcəkdə kitabxana proseslərini avtomatlaşdıran və sadələşdirən, dünya kitabxana sistemləri ilə inteqrasiyasını mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşıya əsas məqsəd kimi qoyulmuşdur.
2014-ci il ərzində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra işlərin həyata keçirilməsini təmin edilmişdir. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Qeyd etmək lazımdır ki, 2014-cü il Xocavənd gəncləri üçün uğurlu olmuşdur. Belə ki 08-09 fevral 2014-cü il tarixdə Bakı şəhərində keçirilən VKC karate idman növü üzrə Şəhidlərin xatirəsinə həsr olunmuş Azərbaycan çempionatında 3 idmançı I yerə, 2 nəfər isə II yerə, 26 fevral-5 mart 2014-cü il tarixlərində Ağcabədi şəhərində keçirilən “Xocalı soyqırımı”na həsr olunmuş Respublika şahmat turnirində 2 şahmatçı II yerə layiq görülmüşdür. Xocavənd rayon komandaları “Cəsurlar” hərbi-idman və turizm oyununun zona birinciliyi və “Şahin” hərbi idman oyununun zona birinciliyində III yer, “Xəmsə” Milli İntellektual oyunu üzrə Gənclər arasında VII Azərbaycan çempionatının zona seçim turunda I yer, 2014-cü ilin 15-17 mart tarixlərində Bakı şəhərində keçirilən “Hünər” IX Vətənpərvərlik Mahnıları Festivalında Xocavənd rayonunu təmsil edən gənc mahnı ifaçısı isə V yerin sahibi olmuşdur.
27 Noyabr 2014-cü il tarixdə Gəncə şəhərində keçirilən "Könüllülük və Qərar qəbul etmədə gənclərin iştirakı" mövzusunda beynəlxalq konfransda UNICEF-in maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində Xocavənd rayon gənclərinin təqdim etdiyi layihə Gənclər və İdman Nazirliyi və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi tərəfindən 3-cü ən yaxşı birgə layihə, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən “Ən uğurlu layihə” nominasiyaları üzrə mükafata layiq görüldü.
Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və sağlamlığının qorunması, həmçinin idmanın müxtəlif növlərinin kütləviləşdirilməsinə nail olmaq məqsədilə rayonda 10 idman klubu yaradılmış və 335 nəfərin bu klublarda məşq etməsinə şərait yaradılmışdır. 2014-cü il ərzində 24 yarış keçirilmiş və bu yarışlarda 1072 nəfər idmançı iştirak etmişdir.
2014-cü il ərzində ictimai qurumlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, əhalinin siyasi maariflənməsi, cəmiyyətdə gedən ictimai-siyasi proseslərin əsas meyllərinin və inkişaf perspektivlərinin təhlili davam etdirilmiş, ölkə həyatında baş verən siyasi hadisələr, möhtərəm Prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin əhali arasında təbliği aparılan ideoloji işin tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlanılmışdır. Rayon üzrə yaradılmış 7 təbliğat qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərinin öyrənilməsi və təbliği istiqamətində həftə görüşləri təşkil etmiş, qabaqcıl və nüfuzlu ziyalılar əhalinin müxtəlif zümrələrinin iştirak etdiyi toplantılarda məruzələrlə çıxış etmişlər. Bu məqsədlə mütəmadi olaraq əhalinin sıx məskunlaşdığı ərazilərdə dövlət siyasətinin təbliği ilə bərabər, xalqımızın tarixində müstəsna əhəmiyyət kəsb edən əlamətdar günlərin təntənəli şəkildə qeyd olunması üçün maksimum səy göstərilmişdir. Dövlətin ümummilli strateji siyasətinə uyğun olaraq rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, habelə ictimaiyyətin bütün təbəqələri arasında müvafiq ideoloji maariflənmə işinin aparılması işi təşkil olunmuşdur. Gənclərin cəmiyyətdə gedən ictimai-siyasi və demokratik dövlət quruculuğu proseslərində yaxından iştirak etməsinə hərtərəfli köməklik göstərmək, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunması, gənclərin tərbiyəsinin gücləndirilməsi məqsədilə təhsil ocaqlarında, hərbi hissələrdə və hərbi xidmətə çağırış yaşlı gənclər arasında müvafiq mövzularda tədbirlər həyata keçirilmiş, izahat və təbliğat işləri aparılmışdır.
Xocavənd rayon İcra hakimiyyəti başçısı Aparatının rəsmi internet saytı (www.xocavend-ih.gov.az) vasitəsilə rayonda görülmüş işlər və həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyətə geniş məlumatların operativ şəkildə çatdırılması təmin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələri və milli-mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının orqanı olan “Xocavənd” ictimai-siyasi qəzetində mütəmadi olaraq işıqlandırılır və bu məsələ ümdə vəzifə kimi qəbul olunur.
Hesabat dövründə rayon ictimaiyyətinin iştirakı ilə milli adət-ənənələrimizin qorunub saxlanması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi məqsədi ilə Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar günlər, bayramlar təntənəli şəkildə qeyd olunmuş, xalqımızın yaddaşında dərin izlər buraxmış 20 Yanvar, 31 Mart, Qaradağlı, Xocalı soyqırımlarına və Xocavənd rayonunun işğalının 22-ci ildönümünə həsr olunmuş geniş toplantılar, rayon məktəbliləri arasında inşa yazı, bədii qiraət üzrə müsabiqələr və Qarabağın tarixinə həsr olunmuş bilik yarışları keçirilmiş, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu tarixlərin mahiyyəti bir daha dəyərləndirilmiş, Ermənistanın işğalçılıq siyasətini geniş şəkildə əks etdirən tarixi və sənədli materiallar sosial şəbəkələrdə yerləşdirilmişdir.
Hər il olduğu kimi bu il də Novruz bayramı, Respublika Günü və Silahlı Qüvvələr Günü münasibəti ilə rayonun bütün idarə, müəssisə və təşkilatları Xocavənd rayon ərazisində yerləşən N saylı hərbi hissədə olmuş, ermənilərlə üzbəüz səngərlərdə keşik çəkən əsgərlərə qiymətli xatirə hədiyyələri və bayram sovqatı çatdırılmış, Mədəniyyət evi ansamblının iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunmuşdur.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış Dini İşlər üzrə Komissiya hesabat ili ərzində rayonda dini proseslərə nəzarətin gücləndirilməsi, radikal dini qrupların zərərsizləşdiriləsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi-dini abidələrin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. 24 iyun 2014-cü il tarixdə Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin rayon ictimaiyyəti ilə görüşü də bu qəbildəndir. Tədbirdə Azərbaycanda etnik-dini durum, ölkədə sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri müzakirə olunmuşdur. Görülmüş məqsədyönlü işlərin nəticəsidir ki, rayon ərazisində radikal dini cərəyan, vəhhabi təriqəti və xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyəti qeydə alınmamışdır.
Hesabat dövründə rayonda yalnız bir siyasi partiya, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı fəaliyyət göstərmişdir. 1993-cü ildə yaradılan və hal- hazırda öz sıralarında 748 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyasının Xocavənd Rayon Təşkilatı üzvlərindən 360 nəfərini qadınlar, 334 nəfərini isə gənclər təşkil edir. Rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən siyasi kampaniyalarda Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sadiqliyini daim nümayiş etdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Fərman və Sərəncamlarına, Azərbaycan Respublikasının «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanununa əsasən 2014-cü ilı ərzində Respublikanın ərazi bütövlüyünün qorunması və rayonda həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi təmin edilmişdir. Hesabat dövrü ərzində həqiqi-hərbi xidmətə çağırışın vəziyyəti aşağıdakı kimi olmuşdur. Çağırış yaşlı gənclərin ümumi sayı 110 nəfər olmuş(2013-cü il i 110 nəfər), o cümlədən onlardan 39 nəfər (2013-cü il 56 nəfər) həqiqi hərbi xidmətə göndərilmiş, 36 nəfərə (2013-cü il 32 nəfər) təhsilə görə möhlət verilmiş, 34 nəfər çağırışçı (2013-cü il 22nəfər) əlavə tibbi müayinəyə göndərilmiş, 1 nəfər çağırışçı isə xarici ölkədə olmuşdur. Əvvəlki illərdə təhsilə görə möhlət hüququ almış və ya əlavə tibbi müayinəyə göndərilmiş 18 nəfər rayon sakini olan çağırışçı ötən il ərzində həqiqi hərbi xidmətə getmişdir.Ümumilikdə isə 2014-cü il ərzində Xocavənd rayonu üzrə 57 nəfər həqiqi-hərbi xidmətə getmişdir (2013-cü il 56 nəfər).
Hesabat ili ərzində hüquq-mühafizə orqanları və müvafiq dövlət qurumları ilə işgüzar əlaqələrin yaranmasının nəticəsində rayonda davamlı sabitlik qorunub saxlanılmış, cinayətlərin bütün təzahürləri ilə mübarizədə müsbət tendensiyalar əldə olunmuşdur. Xocavənd Rayon Polis Şöbəsinin şəxsi heyəti əvvəlki illərdə olduğu kimi 2014-cü il ərzində də rayon ərazisində cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində zəruri tədbirlər həyata keçirmiş, əməliyyat şəraitinə nəzarət etməklə profilaktiki fəaliyyət funksiyasını yerinə yetirmişdir. Bunun nəticəsidir ki, 2013-cü il ilə müqayisədə Rayon Polis Şöbəsinə daxil olmuş cinayət xarakterli müraciətlərin sayı azalmışdır.2014-cü il ərzində Rayon Polis Şöbəsinə 33 cinayət xarakterli müraciət daxil olmuşdur(2013-cü ildə 38).
Ötən il ərzində azyaşlılar arasında cinayət və hüquq pozmalarının, eləcə də nəzarətsizliyin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq rayonda azyaşlılar arasında cinayət hadisələrinin törədilməsi faktları qeydə alınmamışdır.
2014-cü il ərzində Polis şöbəsinin Qeydiyyat Şəxsiyyət Vəsiqəsi Qrupu tərəfindən 1429 nəfər vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.Onlardan 607 nəfər 16 yaşa çatmamış, 305 nəfər 16 yaşın tamam olması ilə əlaqədar, 225 nəfər 25 yaşın tamam olması ilə əlaqədar, 177 nəfər 35 yaşın tamam olması ilə əlaqədar, 115 nəfər isə 50 yaşın tamam olması ilə əlaqədar şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.
Vətəndaş müraciətlərinə baxılması, səyyar qəbulların təşkili barədə
2014-cü il ərzində Xocavənd rayonu İcra hakimiyyəti başçısının aparatı öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun quraraq bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, hesabat dövrü ərzində Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, Prezident Administrasiyası rəhbərinin və administrasiyanın struktur bölmələrinin tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirmiş, icra ilə bağlı arayışların təqdim olunması təmin edilmişdir.
Hesabat ili ərzində tərtib olunmuş qrafikə uyğun olaraq həftənin ayrı-ayrı günlərində İcra Başçısı, müavinlər, şöbə və sektor müdirləri tərəfindən vətəndaşlar qəbul edilmiş, bununla belə rayon əhalisinin Respublikanın müxtəlif rayonlarında pərakəndə şəklində məskunlaşdığını nəzərə alaraq bu qəbullara vaxt məhdudiyyəti qoyulmamışdır. Hesabat dövrü ərzində Xocavənd rayon İcra hakimiyyəti başçısı tərəfindən 109 nəfər(2013-cü ildə 80 nəfər), ayrı-ayrı şöbələr tərəfindən isə 655 nəfər(2013-cü ildə 653 nəfər), (Aqrar məsələlər üzrə şöbə-91, İctimai-siyasi və humanitar məsələlər şöbəsi-126, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi-65, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi-248, Hüquq şöbəsi-67, Memarlıq və tikinti şöbəsi-58) rayon sakini qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər yerindəcə öyrənilmiş və müvafiq köməkliklərin göstərilməsi təmin edilmişdir.
Rayon İcra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşlardan 17-si (15,6 %) işlə təmin olunma, 7-si (6,4 %) kənd təsərrüfat məsələləri, 45-i (41,3 %) mənzil məsələləri, 7-si(6,4 %) ünvanlı sosial yardım, 4-ü( 3,7 %) maddi köməklik,
1-i(0,9 %) içməli su məsələsi, 1-i(0,9 %) müharibə veteranı adı verilməsi barədə,
1-i ( 0,9 %) ayrı təsərrüfat olma ilə bağlı, 26-sı (23,9 %) nəfəri isə digər məsələlərlə bağlı müraciət etmişdir. Müraciət edən hər bir vətəndaş lazımi səviyyədə dinlənilmis və qaldırılmış problemlərin həll edilməsi üçün mövcud imkanlardan istifadə olunmuşdur.
Səyyar qəbulların səmərəli təşkili və daha çox rayon vətəndaşının bu görüşlərdə iştirak etməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, il ərzində səyyar görüşlər həftədə bir dəfə olmaqla təşkil edilmiş, görüşün keçirilmə vaxtı, yeri barədə sakinlər əvvəlcədən məlumatlandırılmış, qəbullar zamanı vətəndaşların səsləndirdiyi hər bir məsələ ilə bağlı tədbirlər görülmüş və vətəndaşlara qanuna müvafiq qaydada cavablar verilmişdir.
Hesabat dövrü ərzində məcburi köçkünlərin məskunlaşdığı 10 rayonda 47 səyyar qəbul keçirilmişdir. Keçirilmiş görüşlərdə ümumilikdə 984 nəfər rayon sakini iştirak etmiş və bu görüşlərdə müxtəlif problemlərlə bağlı 84 məsələ barədə müraciətlər olunmuşdur.
Kollektiv formada 6 müraciət(18 nəfər tərəfindən),fərdi qaydada 38 müraciətlə bağlı Yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış, 40 müraciətin icrası ilə bağlı isə rayon təşkilatlarına tapşırıqlar verilmişdir.
Yerli icra hakimiyyəti orqanları qarşısında qaldırılmış 44 müraciətdən 33-ü ( yemək xərci müavinəti məsələləri ilə bağlı 12, məcburi köckünlük məsələləri ilə bağlı 9, Qarabağ müharibəsi veteranı adı verilməsi ilə bağlı 1, plastik kartla bağlı-5, evlə təmin olunma ilə bağlı 6) öz müsbət həllini tapmış, respublikanın müxtəlif ərazilərində tikintisi nəzərdə tutulmuş qəsəbələrdə evlə təmin olunma ilə bağlı 11 məsələ ilə bağlı aidiyyəti şöbələr tərəfindən izahat işləri aparılmışdır.
İcrası rayon təşkilatlarına tapşırılmış 40 müraciətdən 34-ü ( ünvanlı sosial yardım alınmasına köməklik barədə 4, pensiya məsələləri ilə bağlı 1, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə köməkliklə bağlı 3, hərbi qeydiyyata alınma ilə bağlı 4, içməli su təchizatı ilə bağlı 10, suvarma suyu ilə bağlı 1, subartezian quyusunun təmiri ilə bağlı 1,elektrik enerjisi təchizatı barədə 8, telefon çəkilişi ilə bağlı(kollektiv) 1, yaşayış evinin təmirinə köməkliklə bağlı 1) öz müsbət həllini tapmış, 6 müraciətlə bağlı isə aidiyyəti təşkilatlar tərəfindən izahat işləri aparılmışdır.
Səyyar qəbullar zamanı qaldırılmış məsələlərin 67-si (79,8 %-i) öz müsbət həllini tapmış, 17 məsələ ( 20,2%-i) barədə isə müvafiq izahat işləri aparılmışdır.
Rayon İcra hakimiyyəti aparatına daxil olan vətəndaş müraciətləri ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-I Q nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınmış, təlimata uyğun olaraq araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Hər bir vətəndaşın öz hüquqlarından istifadə edərək İcra Başçısına, onun Aparatına, müvafiq ərazi dairəsi üzrə nümayəndəliklərinə, idarə və təşkilat rəhbərlərinə müraciət etməsi üçün lazımi şəraitin yaradılması təmin edilmişdir.
2003-cü il ərzində vətəndaşlar tərəfindən Rayon İcra hakimiyyəti başçısı aparatına 340 müraciət daxil olmuşdursa, bu rəqəm 2013-c ildə 339, 2014-cü ildə isə 212 (bunlardan 27-si təşkilat daxili müraciət) olmuşdur. Yazılmış müraciətlərdə vətəndaşlar daha çox öz gündəlik qayğılarını əhatə edirlər ki, onlardan 19-u (9%) (2013-ci ildə 39-u) Azərbaycan Respublikası Prezident Administrasiyasından, 2-si (0,9%) (2013-ci ildə 2-si ) Milli Məclisdən, 44-ü (20,8%) (2013-ci ildə 31-i) Nazirlər Kabinetindən, 13-ü (6,1%) (2013-ci ildə 18-i) Mərkəzi İcra orqanlardan və digər rayonlardan, 134-ü (63,2%) (2013-ci ildə 249-u) isə birbaşa Xocavənd rayonu İcra hakimiyyəti başçısı aparatına daxil olan müraciətlərdir.
Müraciətlərin 13-ü (6,1%)kənd təsərrüfatı (2013-cü ildə 26-sı), 11-i (5,2%) təhsil məsələləri(2013-cü ildə 12-si), 1-i(0,5%) mədəniyyət məsələləri(2013-cü ildə 3-ü), 90-ı (42,5%) əmək və əhalinin sosial müdafiəsi (2013-cü ildə 118-i),1-i (0,5%) istilik təchizatı məsələləri(2013-cü ildə olmayıb), 44-ü (20,7%) mənzil məsələləri(2013-cü ildə 39-u), 3-ü(1,4%) hüquq məsələləri(2013-cü ildə 23-ü), 21-i (9,9%) ailə və məişət(2013-cü ildə 86-sı), 28-i (13,2%)(2013-cü ildə 32-si) isə bu və ya digər məsələlərlə bağlı olmuşdur.
2014-cü il ərzində rayon İcra hakimiyyəti başçısı aparatının rəsmi saytına (www.xocavend-ih.gov.az) iki müraciət daxil olmuşdur.
Ötən il ərzində rayon İcra hakimiyyəti başçısı aparatına daxil olan müraciətlərin 86,3 faizini (183)ərizələr, 13,7 faizini(29) şikayətlər (2013-cü ilin müvafiq dövrü ərzində müraciətlərin 89,1 faizini(302)ərizələr, 10,9 faizini(37) şikayətlər) təşkil etmişdir.
Şikayət ərizələri 2012-ci ildə 43 olmuşdursa, bu rəqəm sonrakı illərdə azalaraq 2013-ci ildə 37, 2014-cü ildə isə 29 olmuşdur.
Ümumi müraciətlərin 59 faizi (125 müraciət) müsbət həll edilmiş,6,1 faizi (13 müraciət) qismən həll edilmiş, 27,8 faizi (59 müraciət) ilə bağlı müvafiq izahat işləri aparılmış, 7,1 faizi (15 müraciət) əsassız sayılmışdır (2013-cü ilin müvafiq dövrü ərzində daxil olan müraciətlərin 62,0 faizi müsbət həll edilmiş, 6,8 faizi qismən həll edilmiş, 21,5 faizi barədə müvafiq izahat işləri aparılmış, 9,7 faizi isə əsassız sayılmışdır).
Şikayət xarakterli ərizələrin 6,9 faizi (2 müraciət) müsbət həll edilmiş, 13,8 faizi (4 müraciət) qismən həll edilmiş,31 faizi (9 müraciət) müvafiq izahat işləri aparılmış, 48,3 faizi (14 müraciət) əsassız sayılmışdır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olan
19 müraciətdən (2013-cü ildə 39) 5-i Azərbaycan Respublikası Prezidentinin qəbuluna düşmək, 6-sı işlə təmin olunma, 3-ü yaşayış evi ilə təmin olunma,1-i maddi köməklik olunması , 4-ü isə digər məsələlərlə bağlı olmuşdur ki, bu müraciətlərin 2-si (10,5%-i)müsbət həll edilmiş, 2-si (10,5 %-i) qismən həll edilmiş, 9-u (47,4%-i) barədə müvafiq izahat işləri aparılmış, 6-sı (31,6%-i) əsassız sayılmışdır.
Milli Məclisdən daxil olan 2 müraciət barədə(1-i məcburi köçkünlük statusuna, 1- i isə müayinə olunmasına köməklik barədə) müvafiq izahat işləri aparılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanlanmış 44 müraciətdən (2013-cü ildə 31) 22-si yaşayış evi ilə təmin olunma, 3-ü dondurulmuş orta aylıq əmək haqqının uzadılması, 3-ü xəstəliyinin müalicəsinə köməklik, 4-ü maddi köməklik olunma, 4-ü köçkünlük statusu, 3-ü torpaq məsələləri, 5-i isə digər məsələlərlə bağlı olmuşdur ki, bu müraciətlərin 16-sı (36,3%-i)müsbət həll edilmiş, 5-i (11,4 %-i) qismən həll edilmiş, 18-i (40,9%-i) barədə müvafiq izahat işləri aparılmış, 5-i (11,4%-i) isə əsassız sayılmışdır.
Respublikanın digər qrumlarından daxil olan 13 müraciətdən (2013-cü ildə18)
4-ü (30,8%-i)müsbət həll edilmiş, 3-ü (23,1 %-i) qismən həll edilmiş, 4-ü (30,8%-i) barədə müvafiq izahat işləri aparılmış, 2-si (15,3%-i) isə əsassız sayılmışdır.
Təkrar ərizələr 2012-ci ildə 34 olmuşdursa, bu rəqəm 2013-ci ildə 31, 2014-cü ildə isə 18 olmuşdur.Təkrar müraciətlərin 7-si Azərbaycan Respublikası Prezident Administrasiyasına, 5-i Nazirlər Kabinetinə, 6-sı isə birbaşa rayon İcra hakimiyyəti başçısı aparatına ünvanlanmış müraciətlərdir. Əlbəttə, təkrar müraciətlərin yaranmasının səbəbləri müxtəlifdir.Əsas səbəblərdən biri isə müvafiq qurumlar tərəfindən vətəndaşlara vaxtında və əsaslandırılmış cavabların, yaxud tələblərinin hüquqa zidd olması barədə lazımi izahatların verilməməsidir. Bəzi vətəndaşlar isə müraciət etmək hüququndan sui-istifadə edərək eyni məzmunlu çoxsaylı əsassız müraciətləri müxtəlif ünvanlara göndərməklə məsələsinin daha tez həll olunmasında təkid edirlər.
Xocavənd rayonu İcra hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şurada rayonunun iqtisadi, sosial-mədəni və digər yerli əhəmiyyətli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə iclasların hazırlanıb keçirilməsinə xüsusi əhəmiyyət verilmiş və bu qərarların icrası daim nəzarətdə saxlanılmışdır. 2014-cü il ərzində Xocavənd rayonu İcra hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şura ayda iki dəfə olmaqla, Şura üzvlərinin yekdil iştirakı təmin olunmaqla keçirilmişdir. Keçirilmiş Şura iclaslarında 36 məsələnin müzakirə edilməsi nəzərdə tutulduğu halda,44 məsələ müzakirəyə çıxarılmışdır. Şura yığıncağının gündəliyinə çıxarılan məsələlər geniş şəkildə müzakirə edilərək müvafiq qərarlar qəbul olunduqdan sonra aidiyyəti üzrə ünvanlara çatdırılmış və icrasına nəzarət olunmuşdur.
Hesabat ili ərzində rayonda müxtəlif mövzularda keçirilmiş 39 tədbirdə ümumilikdə 8807 nəfər iştirak etmiş və keçirilmiş tədbirlər təlimata uyğun protokollarla rəsmiləşdirilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında çalışan işçilərdən 5 nəfəri, kənd inzibati ərazi dairəsində çalışan işçilərdən isə 2 nəfəri müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Xocavənd rayonunun azərbaycanlı əhalisinin sayı 01 yanvar 2015-ci il tarixə 2966 ailə olmaqla 11887(on bir min səkkiz yüz səksən yeddi) nəfər təşkil edir. 2014-cü il ərzində Xocavənd rayonu üzrə doğulan uşaqların sayı 195 nəfər(2013-ci il ərzində 182), vəfat edən vətəndaşların sayı isə 54 nəfər(2013-ci il ərzində 68) olmuşdur.Əhalinin təbii artımı 141 nəfər təşkil etmişdir. İl ərzində rayona daimi qeydiyyata düşən vətəndaşların sayı 229 nəfər (2013-ci il ərzində 210), ailə vəziyyətləri ilə bağlı qeydiyyatdan çıxan vətəndaşların sayı isə 50 (2013-cü il ərzində 90) nəfər təşkil etmişdir.Əhalinin miqrasiya artımı 179 nəfər olmuşdur. 2014-cü il ərzində Xocavənd rayonu üzrə 30(2013-cü ili ərzində 49) ailə arasında rəsmi nigah bağlanmış və 19(2013-cü il ərzində 25)nigahın pozulması faktı qeydə alınmışdır.
2014-cü il ərzində Xocavənd rayon məcburi köçkünlərindən Bakı şəhəri üzrə 7 ailə olmaqla 27 nəfər, Gəncə şəhəri üzrə 6 ailə 21 nəfər, İmişli rayonu üzrə 5 ailə 26 nəfər, Bərdə rayonu üzrə 2 ailə 3 nəfər, Ağcabədi rayonu üzrə 1 ailə olmaqla 6 nəfər məskunlaşdıqları ərazilərdə salınmış qəsəbələrdə yeni mənzillərlə təmin edilmişdir.
Hesabat dövrü ərzində rayon üzrə informasiyanın toplanması və məlumatların verilməsi istiqamətində görülmüş işlər qənaətbəxş sayıla bilər. 2014-cü il ərzində Aparatın müvafiq şöbələrindən rayonun idarə, müəssisə və təşkilatlarının ötən ilin aylıq, rüblük, yarımillik və yekunlarına dair illik hesabatları toplanaraq müqayisəli təhlil aparılmış və Prezident Administrasiyasının Analitik şöbəsinə göndərilməsi təmin edilmişdir.Ötən il ərzində ümumilikdə 226 məlumatın, eyni zamanda Rayon İcra Hakimiyyəti Başçısının yerlərdə keçirdiyi 47 səyyari görüşlər və rayonda keçirilən 39 tədbir haqqında məlumatların vaxtlı-vaxtında Mərkəzi Serverə göndərilməsi təmin edilmişdir.
Qazanılmış müsbət tendensiya 2015-ci ildə də davam etdirilməli, əldə olunmuş statistik rəqəmlərin vaxtlı-vaxtında təhlil olunması və bu təhlillərin nəticələrinə əsaslanaraq gələcək fəaliyyətimizin daha da yaxşı qurulması üçün mütəmadi qaydada tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır.
Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi və dövrün çağırışlarına uyğun zənginləşdirilməsi, ölkə iqtisadiyyatının potensial imkanlarının daha da yüksəlməsi nəticəsində Azərbaycan keçid dövrünü başa vurmuş və bu gün ölkədə dayanıqlı, sabit iqtisadi sistem formalaşmışdır. Azərbaycanda aqrar sahənin inkişafının əsası ötən əsrin 70-80-ci illərində Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və məhz onun müstəsna xidmətləri sayəsində aqrar sahədə güclü potensial formalaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq aqrar sahənin modernləşdirilməsi və müasir tələblərə cavab verən rəqabət qabiliyyətli bir sahə kimi yaradılması tədbirləri real nəticələr vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi ilə bağlı imzalanmış sərəncam aqraq bölmənin inkişafını əsas prioritetlərdən biri kimi müəyyən etməklə bərabər, onun strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaradacaqdır. Bütün bunlar isə öz növbəsində, Azərbaycanda yaxın gələcəkdə aqrar sektorun yeni simasının formalaşdırılmasını təmin edəcəkdir.
Xocavənd rayon ictimaiyyəti hesabat dövrü ərzində qarşıya qoyulan vəzifələrin icrası, regionların sosial-iqtisadi inkişafının sürətlənməsi, ordu quruculuğu istiqamətində həyata keçirilən genişmiqyaslı işləri, ictimai-siyasi asayişin qorunub möhkəmləndirilməsi, eləcə də daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətləri ürəkdən bəyənir, müdafiə edir və dəstəkləyirlər.
Eyni zamanda onu da qeyd etmək lazımdır ki, görülmüş işlər və qazanılmış uğurlarla bərabər hələ ki, bəzi nöqsanlar da vardır. İnanırıq ki, rayonumuzun vətənpərvər, zəhmətkeş və əməksevər insanlarına güvənərək yol verilmiş nöqsanların aradan qaldırılmasına və qarşıya çıxan problemlərin həllinə nail olunacaq, ölkəmizin daha da inkişaf etməsi yolunda şanlı tariximizin sınaqlarından üzü ağ çıxmış xocavəndlilər də öz imkanlarından maksimum dərəcədə istifadə edəcəklər.
Xocavənd sakinləri sonrakı illərdə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirərək Vətənimizin-müstəqil Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə əllərindən gələni əsirgəməyəcəklər. Qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması əhalinin sosial-iqtisadi vəziyyətini, həyat şəraitini davamlı olaraq yaxşılaşdırmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətini, beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldəcək, 2015-ci il də, əvvəlki illər kimi, cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır.