Şriftin ölçüsü :

Saytın rəngi :

"1 Mart - Ümumdünya Mülki Müdafiə Günü"nə həsr olunmuş tədbir keçirilmişdir.

02 mart 2015 | 16:00

Xocavənd Rayon İcra Hakimiyyəti və FHN Ağdam Regional Mərkəzi tərəfindən fevralın  27-də  Xocavənd rayon Salakətin kənd tam  orta məktəbində  "1 Mart - Ümumdünya Mülki Müdafiə Günü"nə həsr olunmuş tədbir keçirilmişdir.
Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, FHN Ağdam Regional Mərkəzinin rəhbər heyəti, FHN-nin yerli qurumlarının nümayəndələri,  Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişlər. Tədbir məktəbin yuxarı sinif şagirdlərinə "Uşaqların təhlükəli vəziyyətlərdən qorunması və bu vəziyyətlərdə davranış qaydaları” mövzusunda açıq dərsin tədrisi ilə başladı.  Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov  Regional Mərkəzin maarifləndirmə məqsədi ilə keçirdiyi bu cür tədbirləri yüksək qiymətləndirmişdir.
Tədbirin praktiki hissəsində  şərti xəbərdarlıq siqnalı ilə məktəbdə "Yanğın həyəcanı" elan edildi. Tədbirə cəlb olunan yanğınsöndürmə və xilasetmə qrupları tərəfindən yanğının söndürülməsi, şagirdlərin fəlakət zonasından təxliyyəsi, yaralılara ilk tibbi yardımın göstərilməsi və digər təxirəsalınmaz işlərin vaxtında və düzgün icrası həyata keçirildi.
Sonda Ağdam  Regional Mərkəzin qüvvə və texnikalarına baxış olmuş və onların təyinatı barəsində ətraflı məlumat verilmişdir.

Keçidlər