Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşklatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilmişdir.
07 mart 2015-ci il tarixdə xocavənd qəsəbəsi Mədəniyyət evində Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşklatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilmişdir. Konfransda bildirilmişdi ki, bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Ümumiyyətlə, Azərbaycan dövləti siyasətində gənclərə üstünlük verməklə bərabər bu istiqamətdə siyasəti gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir. Bu, onu göstərir ki, Azərbaycan dövləti gənc nəslə həm etibar edir, onun qayğıları ilə məşğul olur, həm də gənclərin ideyalarını, təkliflərini bilavasitə özlərindən alaraq həyata keçirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamla təsdiqlədiyi “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsi məhz bu siyasətin bariz nümunəsidir.
Konfransda Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşklatı Gənclər Birliyinin yeni sədri, müavini, İdarə Heyəti, Şura üzvləri və YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.