Şriftin ölçüsü :

Saytın rəngi :

21 avqust – 21 sentyabr  “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

14 sentyabr 2026 | 16:45

    21 avqust – 21 sentyabr  “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.

14 sentyabr 2026-cı il tarixdə 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində rayon Mədəniyyət evində sülhün, həmrəyliyin, qarşılıqlı hörmət və dözümlülüyün təbliğinə həsr olunmuş tədbir keçirilib. Tədbirin əsas məqsədi sülh ideyalarının cəmiyyətdə daha geniş təbliğ olunması, insanların diqqətinin sülh və təhlükəsizliyin əhəmiyyətinə yönəldilməsi, qarşılıqlı anlaşma və humanist dəyərlərin təşviq edilməsidir. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Pərviz Rəhmanov “Sülh aylığı”nın əhəmiyyətindən danışaraq qeyd edib ki, sülh yalnız müharibə və münaqişələrin olmaması deyil, eyni zamanda insanlar arasında qarşılıqlı hörmət, anlayış, etimad və əməkdaşlığın mövcudluğudur. O, sülh mədəniyyətinin formalaşdırılmasında maarifləndirici tədbirlərin mühüm rol oynadığını vurğulayıb.Çıxış zamanı qeyd olunub ki, müasir dünyada sülh və sabitliyin qorunması hər bir insanın üzərinə məsuliyyət qoyur. İnsanların bir-birinə hörmətlə yanaşması, fərqli fikir və baxışlara tolerant münasibət göstərməsi, qarşılıqlı anlaşmanın və həmrəyliyin gücləndirilməsi sülhün möhkəmləndirilməsinə mühüm töhfə verir. Pərviz Rəhmanov, həmçinin gənc nəslin sülh və humanizm prinsipləri ruhunda tərbiyə olunmasının vacibliyinə toxunub. Bildirilib ki, gənclər arasında sülh, dostluq, tolerantlıq və həmrəylik ideyalarının təbliği gələcək nəsillərin daha təhlükəsiz və sabit cəmiyyətdə yaşamasına zəmin yaradır. Tədbirdə digər çıxış edənlər sülhün qorunmasının yalnız dövlətlərin və beynəlxalq təşkilatların deyil, hər bir şəxsin ümumi məsuliyyəti olduğunu diqqətə çatdırıb. Bu baxımdan mədəniyyət müəssisələrinin də cəmiyyətdə mənəvi dəyərlərin, qarşılıqlı hörmət və humanizm prinsiplərinin təbliğində xüsusi rola malik olduğu vurğulanıb. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar sülhün əhəmiyyəti, cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsi və gənclərin maarifləndirilməsi istiqamətində görülə biləcək işlər barədə fikirlərini bölüşüblər.

Keçidlər