21 oktyabr 2025-ci il tarixdə vətəndaş qəbulu keçirilmişdir
21 oktyabr 2025 | 12:36
Vətəndaş qəbulu keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov vətəndaş qəbulu keçirib. Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq 21 oktyabr 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində rayon sakinləri qəbul edilmiş, onları narahat edən məsələlərlə bağlı müraciət və təklifləri dinlənilib.
Qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.






