Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd qəsəbəsində könüllü qan vermə aksiyası keçirilmişdir

25 sentyabr 2012 | 15:00

24 sentyabr 2012-ci il tarixdə Xocavənd Rayon Mərkəzi xəstəxanasında Xocavənd rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə təsdiq olunmuş “Xocavənd rayonun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasının 20- ci ildönümü ilə bağlı” “Tədbirlər planı”na” uyğun olaraq qan xəstəliyindən əziyyət çəkənlər üçün könüllü qanvermə aksiyası keçirilmişdir. Xocavənd Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının birgə keçirdiyi aksiya ilk öncə bir humanitar tədbir olması ilə yanaşı eyni zamanda həmrəylik, mütəşəkkilik nümunəsidir. Bir məqsəd uğrunda, irsimizin yaşaması və yaşadılması naminə rayonun məcburi köçkün əhalisinin birliyinin və istəyinin təcəssümüdür.
Aksiyada 388 nəfər rayon sakini qana ehtiyyacı olanlar üçün könüllü qan vermişlər.
 

Keçidlər