Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş polis polkovnik leytenantı Hüseynov Yadigar Hüsən oğlunun təqdim olunma mərasimi keçirilmişdir.
19 mart 2015-ci il tarixdə Xocavənd Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş polis polkovnik leytenantı Hüseynov Yadigar Hüsən oğlunun təqdim olunma mərasimi keçirilmişdir.Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək rəisi təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. Başçı bildirmişdir ki, daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi, intizamın güclənməsi, mənəvi -psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir.