Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Polis şöbəsinin inzibati binasında veteran polis işçiləri ilə görüş keçirilmişdi

30 mart 2015 | 15:00

Xocavənd rayonunda 29 mart 2015-ci il tarixdə Rayon Polis şöbəsinin inzibati binasında veteran polis işçiləri ilə görüş keçirilmişdir. Görüşdə iştirak edən rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək Azərbaycan polisinə diqqət və qayğının bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirdi. Başçı son dövrlər ölkəmizdə daxili işlər orqanları tərəfindən həyata keçirilən operativ əməliyyat və profilaktik tədbirlər nəticəsində cinayətlərin açılma faizinin çoxaldığını, respublika üzrə kriminogen vəziyyətin xeyli sabitləşdiyini vurğulamışdır. Natiq bildirmişdi ki,  19 noyabr 1992-ci ildə  yaradılmış Xocavənd  Rayon  Polis  Şöbəsi də ölkədə daxili sabitliyin qorunub saxlanılmasında, cinayətkarlığa qarşı mübarizə və  insan hüquqlarının qorunmasında yüksək nailiyyətlər əldə etmişdir. Şöbənin əməkdaşları torpaqlarımızın erməni işğalçılarından müdafiəsi və azadlığı uğrunda  gedən döyüş əməliyyatları zamanı  da yüksək əzmkarlıq və böyük qətiyyət  nümayiş etdirmişlər.
Sonda  veteran polis işçilərinə qiymətli xatirə hədiyyələri təqdim olunmuşdur.

Keçidlər