Şriftin ölçüsü :

Saytın rəngi :

“Kitabi-Dədə Qorqud”un alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunan tədbir keçirilib.

11 aprel 2015 | 15:00

11 aprel 2015-ci il tarixdə  Xocavənd  rayonunda Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi, oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunan tədbir keçirilib.  Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin, Xocavənd rayon icra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun birgə təşkilatçılığı  ilə keçirilən tədbirdə Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, Bakı Slavyan Universiteti, Elitar Gimnaziya, Qəbələ rayonu Nic kənd orta məktəbinin müəllim, tələbə və şagirdləri, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, Beyləqan və Xocavənd məktəbliləri, rayon ictimaiyyəti  iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xocavənd qəsəbəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək qoyublar. Xocavənd qəsəbəsindəki Mədəniyyət evində keçirilən tədbirdə əvvəlcə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı “Kultura +” İnternet Televiziyası tərəfindən çəkilmiş film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Akademik Kamal Abdullanı, eyni zamanda digər qonaqları salamlayaraq onları Xocavənd rayonunda qarşılmağından məmnunluğunu ifadə etdi.   Daha sonra başçı “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015- ci il tarixli Sərəncamını Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə olan diqqətin bariz nümunəsi olduğunu diqqətə çatdırdı.  Başçı “Kitabi Dədə Qorqud”  dastanı,  xüsusilə dastanın  ən yadda qalan personajlarından biri olan Qaraca Çoban haqqında  Xocavənd ərazisində bir sıra yer adları və əhali arasında bu gün də sevə - sevə söylənilən hadisə və rəvayətlərin olduğunu qeyd etdi. Eyvaz Hüseynov Nərgiztəpə ərazisində Azərbaycan Etnoqrafiya İnsitutu tərəfindən aparılan araşdırmalar nəticəsində burada qədim oğuz türklərinin yaşadıqlarını bir da sübut edən dəllilərin də  aşkarlandığını bildirdi.
  Tədbirdə Azərbaycan Respublikasının  millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı mühazirəsi dinlənilib. Bildirilib ki, “Kitabi-Dədə Qorqud”un əlyazmalarını toplayan alman diplomatı Fridrix fon Dits 1815-ci ildə “Basatın təpəgözü öldürməsi boyu”nu alman dilinə çevirərək çap etdirib. Fridrix fon Dits kitaba yazdığı “Ön söz”də oğuz xalqları, “Kitabi-Dədə Qorqud” dastanı haqqında geniş məlumat verib, dastanı qədim yunan mifləri ilə müqayisəli şəkildə təhlil edib.  “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının əhəmiyyətini vurğulayan K.Abdullayev diqqətə çatdırıb ki, Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, elm və təhsil ocaqlarının, müxtəlif təşkilatların üzərinə dastanın tədqiqi ilə bağlı vəzifələr qoyulur.
Tədbirdə Bilik Fondunun nümayəndələri, Elitar Gimnaziyanın müəllim və şagirdləri, Qəbələ, Beyləqan və Xocavənd məktəbliləri, jurnalistlər çıxış edərək, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı fikirlərini bildirib

Keçidlər