Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.

12 aprel 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində 12 aprel 2015-ci il tarixdə  Xocavənd rayon Salakətin kənd tam orta,  Bakı şəhəri Elitar Gimnaziya, Qəbələ rayonu Nic kənd orta, Beyləqan şəhər 1 saylı tam orta məktəbləri arasında qardaşlaşma haqqında saziş imzalanıb. Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül-çiçək qoyub, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi ilə tanış olublar. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev “Qardaşlaşmış məktəblər” layihəsini yüksək qiymətləndirərək, şagirdlərə imzalanmış müqavilənin kağız üzərində qalmamasını, həmişə bir-birinin yanında olmağı, dostluq münasibətləri saxlamağı tövsiyə edib.Tədbirdə Bilik Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə  ətraflı məlumat verilib. Bildirilib ki, “Qardaşlaşmış məktəblər” layihəsi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində, onların dünyagörüşünün inkişafında və intellektual səviyyələrinin formalaşmasında, müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yaradılmasında mühüm rol oynayır. Sonra qardaşlaşma haqqında sazişin mətni oxunub, hər məktəbdən bir şagirdin iştirakı ilə saziş imzalanıb. Tədbirin sonunda məktəblilərə Bilik Fondunun hədiyyələri təqdim edilib.

Keçidlər