Xocavənd rayon İcra hakimiyyəti başçısı aparatının 2015-ci ilin birinci rübü ərzində gördüyü işlər və qarşıda duran vəzifələr” barədə hesabat iclası keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprel ayının 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı giriş və yekun nitqində qarşıya qoyulan vəzifələr və Xocavənd rayon İcra hakimiyyəti başçısı aparatının 2015-ci ilin birinci rübü ərzində gördüyü işlər və qarşıda duran vəzifələr” barədə
H E S A B A T I
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş sosial-iqtisadi inkişaf kursunun, möhtərəm cənab Prezident tərəfindən inamla davam etdirilməsi ilə 2015-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunmuş, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilmişdir.
Azərbaycanda davamlı olaraq həyata keçirilən genişmiqyaslı islahatlar, məqsədyönlü şəkildə reallaşdırılan və Respublikanın sosial-iqtisadi inkişafında mühüm rol oynayan “Dövlət Proqram”larının uğurlu icrasının nəticəsində ölkəmiz qısa müddət ərzində sürətli inkişaf yoluna qədəm qoymuş, bütün istiqamətlər üzrə müstəqil siyasət yeridən Azərbaycan dövləti son illər sosial-iqtisadi inkişaf tempinə görə regionun ən qüdrətli dövlətinə çevrilmişdir.
Azərbaycanda davam edən iqtisadi inkişaf dinamikası cari ilin birinci rübündə daha da sürətlənmiş, nəzərdə tutulan sosial-iqtisadi tədbirlərin həyata keçirilməsi tam təmin olunmuşdur. Qeyd olunan dövr ərzində iqtisadi islahatların keyfiyyət və kəmiyyət baxımından dərinləşdirilməsi sərmayə iqliminin və azad biznes mühitinin yaxşılaşmasına və ölkəmizdə rəqabətqabiliyyətliliyin güclənməsinə səbəb olmu.dur. Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan vermişdir. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. Məhz bunun nəticəsidir ki, son illərdə ölkədə iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuşdur. Həyata keçirilən davamlı və düşünülmüş uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı 2015-ci ilin birinci rübündə də öz dinamik inkişafını təmin etməklə bərabər makroiqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir. Azərbaycan Respublikası milli mənafelərə və sosial rifaha xidmət edən özünəməxsus milli iqtisadi inkişaf modeli ilə bir sıra mühüm uğurlara imza ataraq Cənubi Qafqazda lider ölkə statusunu qoruyub saxlamışdır.
Ölkə iqtisadiyyatında son dövrlər əldə olunmuş makroiqtisadi sabitlik, dinamik artım, habelə yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsində qazanılmış uğurlar cənab Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafının prioritet istiqamətləri üzrə həyata keçirdiyi sistemli və ardıcıl fəaliyyətinin nəticəsidir. Möhtərəm Prezidentin praqmatik düşüncəsinin və yaradıcı təfəkkürünün məhsulu olan və uğurla gerçəkləşdirilən siyasət nəticəsində maliyyə sabitliyinin qorunması ilə yanaşı, dayanıqlı iqtisadi artım təmin edilmiş, iqtisadiyyatın modernləşməsinə dəstək verən islahatlar sayəsində qeyri-neft sektoru sürətli inkişaf yoluna qədəm qoymuş və nəticədə ölkəmizin dünyada islahatçı imici daha da möhkəmlənmişdir.
Dövlət başçısının fəaliyyətinin başlıca şərti ölkəmizin tərəqqisinə və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına nail olmaq, ölkənin strateji inkişaf modelinin mühüm bir elementi olan regionların sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”larının həyata keçirilməsini təmin etməkdir. Bu, cənab Prezidentin regionlara son dərəcə böyük diqqətinin göstəricisi olmaqla yanaşı, həm də bölgələrdə sosial-iqtisadi infrastrukturun inkişafına, əhalinin məşğulluğunun artırılmasına, bölgələrdə tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasına xidmət etmişdir. Müxtəlif dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər ölkədə makroiqtisadi sabitliyin təmin edilməsində, iqtisadiyyatın dinamik inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasında mühüm rol oynayır. Xüsusən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ölkədə daxili istehsal dəfələrlə artmış, yeni sənaye sahələri yaradılmış, zəruri infrastruktur qurulmuş, o cümlədən nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilmişdir. Ötən illər ərzində dövlət başçısının regionlara mütəmadi səfərləri, müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olması və hər bir rayonun inkişafı ilə bağlı spesifik vəzifələri müəyyən edərək verdiyi tapşırıq və tövsiyələr, imzaladığı sərəncamlar regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır.
Qloballaşan dünyanın tələblərinə uyğun, yeni məzmun və keyfiyyətdə düzgün siyasi–iqtisadi istiqamətin uğurla davam etdirilməsi sayəsində Respublikanın iqtisadi imkanları genişləndikcə sosial məsələlərin həllinə diqqət artırılmış, xalqımızın rifah halının yaxşılaşdırılması üçün daha təsirli addımlar atılmaqla bərabər infrastruktur layihələr vaxtlı-vaxtında icra olunmuş, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük layihələr həyata keçirilmişdir. Ötən dövr ərzində müəyyən edilmiş siyasətə uyğun olaraq mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirilərək valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunmaqla bərabər, sahibkarlığa övlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.
Hesabat dövründə həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən uğurlu icrası nəticəsində Azərbaycan enerji sahəsində dünya miqyasında çox etibarlı bir ölkəyə çevrilmişdir. Neft-qaz layihələri və neft-qaz kəmərləri bu gün Azərbaycana dünya miqyasında çox önəmli neft-qaz hasil və ixrac edən ölkə statusu qazandırmışdır.
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi ötən dövr ərzində qarşıda duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı davam etmişdir. Hesabat dövründə həyata keçirilən iqtisadi siyasət nəticəsində bütövlükdə ümumi daxili məhsulun artımı 5 faizdən çox olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, bu artım qeyri-neft sektorunun hesabına əldə edilmişdir. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 7 faiz səviyyəsində olması onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz neft-qaz amilindən asılılığını azaltmış və beləliklə dayanıqlı inkişaf artıq reallığa çevrilmişdir.
2015-ci ilin birinci rübündə inflyasiya cəmi 2.8 faiz olmaqla bir rəqəmli səviyyədə qalmış və əldə edilmiş davamlı iqtisadi inkişaf insanların rifah halının yaxşılaşmasına xidmət göstərmişdir. Həyata keçirilən islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir. Dövlət başçısının qeyd etdiyi kimi, respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin artması davam etdikcə, sosial sahəyə ayrılan vəsaitlərin həcmi də artacaq, maaş və pensiyaların, təqaüdlərin qaldırılması siyasəti davam etdiriləcəkdir.
Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır. Hər il olduğu kimi, bu ilin birinci rübündə də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və pensiyaların qaldırılması nəticəsində orta əməkhaqqı və orta pensiya daha da artacaqdır.
Aparılan tarazlaşdırılmış siyasətin, regional və qlobal enerji layihələrinin gerçəkləşdirilməsi, inkişaf etmiş ölkələrlə bərabər səviyyəli əməkdaşlıq, iqtisadi inkişaf tempinin uğurla davam etdirilməsi Azərbaycan xalqının mənafeyinə xidmət göstərməklə bərabər daha firavan gələcəyini də təmin edir. Elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər bir fərdin maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir.Hesabat dövründə cənab Prerzidentin müvafiq Fərman və Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” ölkəmizin bütün bölgələrinin hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində müstəsna rol oynayacaqdır. Sosial siyasətimizin digər aspektləri də daim diqqət mərkəzindədir. Sosial sahə insanların rifah halını, rahat yaşamasını təmin edən sahədir. Ona görə Azərbaycan dövləti bu sahəni daim diqqət mərkəzində saxlayır. Neftin dünya bazarında qiymətinin enməsinə baxmayaraq, əvvəlki illərdə əldə edilmiş maliyyə resursları, eyni zamanda, düşünülmüş siyasət, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi imkan verir ki, hətta azalan gəlirlərlə bütün sosial öhdəlikləri yerinə yetirilsin və ölkə üçün vacib olan infrastruktur layihələrini icra edilsin. Son illərdə bütün bölgələrdə müasir tibb mərkəzləri yaradılmışdır. Hal-hazırda 20-dən çox tibb müəssisəsi tikilir və təmir edilir, əhalinin diaqnostikası məsələləri öz həllini tapır, tibbi müayinədən keçmə prosesi uğurla gedir. Keçən il 5 milyon, bu il isə təqribən artıq 4 milyona yaxın Azərbaycan vətəndaşı müayinədən keçmişdir.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Cari ilin ilk üç ayında sahibkarlığa dövlət dəstəyi tədbirləri daha da sürətləndirilmiş, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına da yeni iş yeri yaradılmışdır. Birinci rübdə sahibkarlığın inkişafı istiqamətində görülən əsas tədbirlər sırasında biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, onların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi kimi prioritet məsələlər mühüm yer tutur.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair “Dövlət Proqramı”nın icrası davam etdirilərək hesabat dövrü ərzində kənd təsərrüfatı sahəsində 3 faizdən çox artıma nail olunmuş, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilmişdir. Ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi, neft-yanacaq kompleksinin yenidən qurulması, qeyri-neft sektorunun çoxşaxəli inkişafının təmin olunması, özəl sektora dövlət dəstəyinin artırılması, milli sahibkarlığın ixrac potensialının gücləndirilməsi, sosial infrastrukturun tamamilə yenilənməsi və digər mühüm istiqamətlər üzrə yeni vəzifələr müəyyən olunmuşdur. Hazırda aparılan islahatlar, işlərin təkmilləşdirilməsi və düşünülmüş siyasət, yaxın illərdə daha da sürətli artıma təkan verəcəkdir.
Həyata keçirilən davamlı islahatlar nəticəsində bərqərar olmuş iqtisadi sabitlik, infrastruktur layihələr, sosial proqramlar və digər sahələrdəki fəaliyyət 2015-ci ilin birinci rübü ərzində çox müsbət nəticələrə gətirib çıxarmışdır. Ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Bir sıra inkişaf etmiş ölkələrdə işsizliyin sayının artımı fonunda Azərbaycanda iş yerlərinin bağlanması kimi mənfi meyl olmamış, əksinə hesabat dövründə 30 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan da 25 mini daimi iş yeridir. Hal-hazırda işsizlik və yoxsulluq ən aşağı, cəmi 5 faiz səviyyəsindədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər aparılan məqsədyönlü siyasət nəticəsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da gücləndirilmişdir. Burada inzibati tədbirlərlə bərabər, eyni zamanda bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında elektron xidmətə keçid məsələləri də mühüm əhəmiyyət kəsb etmişdir. Bu səbəbdən özündə bir çox amilləri-innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik və müasirliyi cəmləşdirən 8 “ASAN xidmət” mərkəzi paytaxt və regionlarda fəaliyyət göstərir. Orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, eyni zamanda cəmiyyət tərəfindən çox müsbət qarşılanır.
Mötəbər beynəlxalq qurumlar, Dünya Bankı, Dünya İqtisadi Forumu, Valyuta Fondu Azərbaycanda gedən prosesləri təqdir edirərək, yüksək qiymətləndirmişdir. Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan 38-ci yerə layiq görülmüşdür. Azərbaycan daha bir pillə irəliləyərək dünya miqyasında rəqabətqabiliyyətliliyə görə 38-ci yeri tutması gənc dövlət üçün böyük nailiyyətdir və bu yeri biz neftə, qaza görə yox, məhz düşünülmüş islahatlara görə qazanmışıq. Bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir, milli maraqlar və daxili resurslar üzərində qurulubdur. Ona görə də Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir. Dünya miqyasında biz bu göstəriciyə görə ən qabaqcıl yerdəyik. Xüsusilə qeyd etmək lazımdır ki, dünyanın əsas reytinq agentlikləri Avropanın bəzi ölkələrinin kredit reytinqlərinin aşağı salındığı bir dövrdə Azərbaycanın kredit reytinqini artırmışlar. Ölkəmizdə investisiya iqlimi çox müsbətdir. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə isə Azərbaycan MDB məkanında liderlik rolunu saxlayır.
Ötən dövr ərzində ölkəmizin beynəlxalq nüfuzu da gündən-günə artaraq dünya birliyinin etibarlı, dəyərli üzvünə çevrilmişdir. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır. Aparılan xarici siyasətimiz çox fəaldır, çevikdir, milli maraqlar üzərində qurulubdur və milli maraqlar bizim üçün ən prioritet məsələdir. Cənab prezidentin qeyd etdiyi kimi ”Məhz buna görə Azərbaycan son illər ərzində bütün bölgədə yaşanan böhranlardan, əgər belə demək mümkündürsə, itkisiz çıxıbdır və şərəflə öz siyasətini aparır. Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq. Əgər o addımlar milli maraqlara uyğundursa biz bunu edirik, deyilsə biz bunu etmirik. Elə bir qüvvə yoxdur ki, bizi nəyəsə məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb etsin ki, bu da bizim maraqlarımıza uyğun olmasın. Ona görə bu mövqe, eyni zamanda, hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz təbii olaraq bizə böyük hörmət qazandırdı”. Dünya miqyasında bu gün Azərbaycan çox böyük hörmətə, gözəl imicə malik olan bir ölkədir. Bütün ölkələr BMT-də təmsil olunur və bildiyimiz kimi Azərbaycanın BMT-dəki mövqeləri çox güclüdür. Əgər belə olmasaydı, bir neçə il bundan əvvəl 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Azərbaycan öz prinsipial beynəlxalq siyasətini bu ilin birinci rübündə də davam etdirmişdir. Bu ilin əvvəlindən baxmayaraq ki, cəmi 3 aydan bir qədər çox vaxt keçib, cənab Prezidentin çoxsaylı səfərləri dövlətimizin beynəlxalq mövqelərini daha da möhkəmləndirmişdir. İlin əvvəlindən Türkiyəyə iki dəfə, Almaniyaya, Bolqarıstana, Vatikana və Səudiyyə Ərəbistanına edilən bu səfərlər artıq Azərbaycanın çoxşaxəli xarici siyasət apardığını göstərir. Azərbaycan öz dini, milli, mənəvi dəyərlərinə sadiq olaraq müasirlik yolu ilə uğurla, inamla gedir. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurmuşuq və bizə göstərilən hörmət, əlbəttə ki, bizi sevindirir. Eyni zamanda, bu, bir daha göstərir ki, bizim xarici siyasətimiz qüsursuzdur. Biz heç bir ölkə ilə əlaqələrimizi pozmamışıq, heç bir ölkə ilə bizim aramızda heç bir gərginlik yoxdur. Əksinə, son illər ərzində biz nə qədər dost qazanmışıq, nə qədər çox ölkələr bizimlə əməkdaşlıq etmək istəyir. Dövlət, hökumət başçılarının Azərbaycana səfərləri, beynəlxalq tədbirlərdə Cənab Prezidentin iştirakı bunu bir daha əyani olaraq göstərir. Azərbaycan bu gün dünya miqyasında öz güclü yerini tutmuş ölkədir və ölkəmizin dünya miqyasında hörməti getdikcə artır.
Eyni zamanda, dövlət başçısı ilin əvvəlində dünyanın iki aparıcı iqtisadi və siyasi forumları olan və məhdud sayda qonaqların dəvət edildiyi Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransında iştirak etmişdir. Bu tədbirlərdə dünyanın həm üzləşdiyi problemlər açıq və qapalı şəkildə müzakirə edilir, eyni zamanda, orada imkan yaradılır ki, hər bir iştirakçı öz baxışlarını ifadə etsin, öz fikirlərini bölüşsün. Azərbaycanın mövqeyi bir çox məsələlərlə bağlı çox böyük önəm daşıyır. Təkcə enerji siyasəti deyil, ümumiyyətlə, geosiyasi məsələlər, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və sabitlik. Çünki indi dünyanın hər bir yerində qarşıdurma, müharibə, ziddiyyət, böhran, çevrilişlər və digər xoşagəlməz hallar müşahidə edilsə də, Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır və təbii ki, bu, dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Əlbəttə, antiazərbaycan qüvvələri bizə qarşı durmadan fəaliyyət göstərir. Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz. Sabitlik, inkişaf, xalqla iqtidar arasındakı birlik bir daha onu göstərir ki, bizə qarşı aparılan kampaniyalar, yaxud da ki, burada hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur, ola da bilməz. Azərbaycan inamla inkişaf edir və bu səylər davam edəcəkdir.
2015-cü ilin ilk rübündə ölkəmizin milli enerji təhlükəsizliyinin möhkəmlənməsi istiqamətində enerji sektorunda iki önəmli hadisə baş vermişdir. Fevralın 12-də “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilmişdir. Məlum olduğu kimi, keçən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur və Məşvərət Şurası iclasının keçirilməsi çox önəmli hadisə idi. Bu toplantıda “Cənub” qaz dəhlizinin bizimlə əməkdaşlıq edən bütün mövcud və gələcək üzvləri iştirak edirdi. Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan bu layihələrin də icrasında liderlik keyfiyyətlərini nümayiş etdirir. Mətbuata verilən yekun bəyanat da çox müsbət idi, orada Azərbaycanın liderlik rolu qeyd edilmişdir. Mart ayında Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməl daşı qoyulmuşdur. Bu hadisə əlbəttə ki, dünya birliyinin diqqətini cəlb etdi. TANAP layihəsi “Cənub” qaz dəhlizinin tərkib hissəsidir. Bildiyimiz kimi, “Cənub” qaz dəhlizi 4 hissədən ibarətdir və TANAP onun önəmli hissəsidir. Azərbaycan TANAP layihəsinin icrasında əsas, yəni, səhmdar kimi fəaliyyət göstərir. Artıq işlər başlayıb və Azərbaycan qazı -“Şahdəniz-2”dən çıxarılacaq qaz 2018-ci ildə Türkiyəyə çatdırılacaqdır. Hər bir halda Azərbaycan və Türkiyə üzərinə düşən vəzifələri, TANAP layihəsinin icrası ilə bağlı bütün vəzifələri vaxtında yerinə yetirəcək. “Cənub” qaz dəhlizi icrası tamamilə yeni enerji xəritəsini ortaya qoyur və Azərbaycanın rolu bütövlükdə getdikcə artır. Məlum olduğu kimi, Avropa İttifaqı indi enerji ittifaqı haqqında bəzi təkliflər irəli sürmüşdür və Azərbaycan Avropa Komissiyasının sənədlərində artıq önəmli tərəfdaş kimi göstərilir. Biz bilirik ki, Azərbaycanın rolu nə qədər əhəmiyyətlidir və Azərbaycan qazı hazırda Avropa məkanı üçün yeganə yeni mənbədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ildə Prezident Ərdoğanla İstanbulda TANAP layihəsini imzaladı və 2015-ci ildə TANAP layihəsinin təməl daşını qoyduqdan sonra qısa müddət ərzində çox böyük işlər görülmüşdür. Bundan əvvəl TAP layihəsi seçilmişdir, “Şahdəniz-2” layihəsinə start verilmişdir və Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri də artıq inşa edilir. Bütün bunlar birinci rübdə ümumi iqtisadi inkişafla əlaqədar görülmüş işlər bizim uğurlu siyasətimizi bir daha göstərir. Eyni zamanda, birinci rübdə enerji siyasətimizi bundan sonra uğurla aparmaq üçün çox önəmli addımlar atılmışdır. Əminik ki, nəzərdə tutulan bütün vəzifələr ilin sonuna qədər icra ediləcək, dinamik inkişaf təmin olunacaq, iqtisadiyyat, qeyri-neft sektorumuz artacaq və Azərbaycan 2015-ci ildə daha da böyük zirvələrə çatacaqdır.
Həmçinin hesabat dövrü ərzində yeni sənaye müəssisələrinin inşası davam etdirilmiş, sənaye texnoparkları layihəsi ilə bağlı işlər sürətləndirilib, xarici sərmayəçilərin bu sahəyə cəlb olunması istiqamətində razılaşmalar əldə olunmuşdur. Sevindirici haldır ki, sənaye istehsalı birinci rübdə də artmışdır. Bildiyimiz kimi, son illər ərzində neftin hasilatının bir qədər düşməsi nəticəsində biz sənaye istehsalında artımı müşahidə etmirdik. Görrülən işlərin nəticəsidir ki, bu ilin birinci rübündə sənaye istehsalı təxminən 4 faiz artmışdır. Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir, bu sahəyə xüsusi diqqət göstərilmişdir. Ondan əvvəlki illərdə müasir sənaye komplekslərinin, texnoparkların yaradılması, kiçik və orta sahibkarlığın inkişafı sayəsində sənaye potensialımız böyük dərəcədə güclənmişdir. Bunun nəticəsidir ki, Azərbaycanda sənaye istehsalı artır. Dünya Bankı ilə texnoparklarla bağlı Saziş imzalanməş, həmçinin bundan başqa, Türkiyə, Cənubi Koreya, Malayziya və digər ölkələrin sərmayəçiləri sənaye layihələrinə investisiya qoymaq üçün hökumətə müraciət ediblər. Sənaye ilə bağlı tədbirlər planına uyğun olaraq iri şəhərlərdə və bölgələrdə sənaye texnoparklarının, yüksək texnologiyalar parklarının yaradılması, sənayenin infrastrukturunun yenidən qurulması işləri davam etdirilir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin qaçqınlara və məcburi köçkünlərə daim həssas, diqqətli və qayğıkeş münasibəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun olaraq daha dolğun şəkildə davam etdirilir. Ulu Öndər Dövlət Neft Fondunun ilk vəsaitini bu sahəyə yönəltməklə bir daha göstərdi ki, bu, Azərbaycanın bir nömrəli, prioritet problemidir və bu gün də qalmaqdadır. Ölkəmizin iqtisadi, ictimai-siyasi həyatında növbəti uğurlu il hesab olunan 2015-ci ilin birinci rübündə də öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbəri cənab İlham Əliyevin diqqət mərkəzində olmuş, bu sahə ilə bağlı qəbul edilmiş Dövlət proqramları və ona Əlavələrin icrası uğurla davam etdirilmişdir.
Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir.
Cənubi Qafqaz regionunun lider ölkəsi, müasir beynəlxalq münasibətlərin güclü və nüfuzlu faktoru olan Azərbaycan özünün səmərəli xarici siyasət kursu ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verən ölkəmiz, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edir. Ümumiyyətlə, son zamanlar regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Eyni zamanda, növbəti dəfə aşkar oldu ki, ölkəmiz öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları əsasında davam etdirir. Daha dəqiq desək, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni, istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.
Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi prinsipləri əsasında həllinə beynəlxalq ictimaiyyətin dəstəyini əldə etmək məqsədi ilə uğurlu xarici siyasət davam etdirilmişdir. Bəllidir ki, Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımı addımları atdığı halda, işğalçı Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir, ancaq Ermənistan buna məhəl qoymur və bu dövlətlər bu bəyanatlardan başqa heç bir konkret addımlar da atmırlar. Keçən ilin sonlarından Ermənistan tərəfi daim bizim mövqelərimizə hücumlar çəkir, və bu, hessbat dövrü ərzində də davam edir. Bu hücumlar nəticəsində onlarla erməni öz həyatını itirmişdir. Son 3-4 ay ərzində isə 50-dən çox işğalçı təmas xəttində məhv edilmişdir. Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün bundan sonra da fəal səylər göstərəcəkdir və münaqişə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əgər Qərb dünyası postsovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edirsə, bizim münaqişə də öz həllini bu prinsiplər üzərində tapmalıdır. Ermənistan Azərbaycanın tarixi, qanuni torpaqlarını işğal edibdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir. Bunu bilmək üçün XX əsrin əvvəllərində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir. Orada bir dənə də erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq”.
Milli-mənəvi dəyərlərin qiymətləndirilməsi, insan kapitalının qorunub inkişaf etdirilməsi, hüquq və azadlıqlarının, milli həmrəyliyin təmin edilməsi və ən başlıcası vətəndaş cəmiyyətinin qurulması ölkə Prezidentinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifah halının yaxşılaşması naminə dövlət tərəfindən görülən işlər Azərbaycanın tərəqqisini və xalqımızın rifahını yüksəldir. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin davamı olaraq bu işə xidmət edən, genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olan Heydər Əliyev Fondunun gördüyü işlər müsbət nəticələrini verməkdədir. Fond tərəfindən Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına gətirib çıxarmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin, mədəniyyətin və incəsənətin inkişafı ilə bağlı gördüyü işlərin hər biri Azərbaycanın sivil bir dövlət olaraq inkişafına əhəmiyyətli dərəcədə kömək göstərmişdir.
Azərbaycan Respublikası regionlarının sosial inkişafına dair Dövlət Proqramlarının uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, “Dövlət Proqramı” çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş “Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunun inzibati ərazisinə daxil olan strateji əhəmiyyətli “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar layihə smeta sənədləri hazırlanmış və hələlik maliyyə vəsaiti ayrılmaması səbəbindən yolun çəkilişi müvəqqəti olaraq dayandırılmışdır.
“2014-cü ildə Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə” 20 fevral 2015-ci il tarixdə keçirilmiş hesabat yığıncağında qeyd olunan nöqsan və təkliflərlə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Xocavənd qəsəbəsinin abadlaşdırılması, Bayraq Meydanının, İdman zalının tikintisi, Xocavənd qəsəbəsində telefonlaşma işləri, eyni zamanda Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrinin telefonlaşması üçün tikinti işləri davam etdirilir.
2015-cü ilin birinci rübü ərzində idarə, müəssisə və təşkilatlar tərəfindən rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmiş rayon üzrə 2834 ədəd ağac əkilmişdir. Eyni zamanda “İDEA”İB-nin təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu çərşivəsində həyata keçirilmiş ağacəkmə kompaniyasına uyğun olaraq rayonun giriş yollarının kənarlarında 750 ədəd ağac əkilmiş və bu işlər də davam etdiriləcəkdir.
Rayon Məşğulluq Mərkəzinə 2015-ci ilin birinci rübündə 23 nəfər (10 nəfəri qadın) işaxtaran vətəndaş müraciət etmişdir ki, müraciət edən vətəndaşlardan 22 nəfəri işlə təmin olunmuşdur (onlardan 9 nəfəri əvvəlki illərdə mərkəzdə qeydiyyatda olanlardır). Mərkəzə müraciət etmiş işaxtaran vətəndaşların işlə təmin olunması mümkün olmadığı üçün bir nəfərə işsizlik statusu verilərək qanuna müvafiq qaydada müavinət təyin edilmişdir. Məcburi köçkün əhalinin məşğulluğunun təmin edilməsi və maddi-rifah halının yüksəldilməsi məqsədi ilə cari ildə 25 yeni iş yeri açılmışdır. Son on ildə isə rayonda 1329 iş yeri açılmışdır ki, onlardan 699-u daimi iş yeridir.
Hesabat dövrü ərzində rayonun yerli gəlirləri dotasiya ilə birlikdə 1320.9 min manata qarşı 1342.2 min manat yerinə yetirilmişdir ki, bu da illik proqnozun 101.7 faizini təşkil etmişdir. O cümlədən, yerli gəlirlərlə 170.9 min manat proqnoza qarşı 193.2 min manat icra olunmuşdur ki, proqnozun 113 %-ni təşkil edir.
2015-ci ilin birinci rübündə xərc 2856.0 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 227.9 min manat çox olmuşdur. Rayon üzrə orta aylıq əmək haqqı 254 manat təşkil etmişdir.
Xocavənd Rayon Vergilər Şöbəsi tərəfindən ötən dövr ərzində qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı tədiyyə növləri üzrə 177.7 min manat proqnoza qarşı 214.4 min manat dövlət büdcəsinə vəsaitin köçürülməsi təmin edilmiş və proqnoza 120.7 faiz əməl olunmuşdur
Büdcəyə vergi və digər daxilolmaların 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 36.7 min manat çox olmuşdur.
2015-ci ilin birinci rübündə rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 1995 baş, o cümlədən inək və camışlar 1047 baş, qoyun və keçilər 14071 baş olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı (diri çəkidə) 823 sentner, süd istehsalı (fiziki çəkidə) 3510,0 sentner, yumurta istehsalı (min ədədlə) 61 olmuşdur.
Ötən dövr ərzində DSMF-nun Xocavənd Rayon Şöbəsi müəssisələrdən, təşkilatlardan, idarələrdən, kooperativlərdən, vətəndaşlardan və fərdi əməklə məşğul olan şəxslərdən sosial sığorta ayırmalarının yığılması istiqamətində zəruri işlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, hesabat dövrü ərzində məcburi dövlət sosial sığorta haqları üzrə büdcə və qeyri-büdcə gəlirlər plan proqnozu 236.7 min manat, o cümlədən 224.6 min manat büdcə, 12.1 min manatı qeyri-büdcə təşkil etmişdir. Büdcə üzrə plan proqnoz 224.6 min manata qarşı 208.6 min manat (92.9%), qeyri-büdcə üzrə 12.1 min manata qarşı 8.2 min manat (67.8%) əməl edilmişdir. Ümumilikdə isə məcburi dövlət sosial sığorta haqları üzrə plana 92.9 faiz əməl olunmuşdur.
01 aprel 2015-ci il tarixə Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon Şöbəsində 1127 nəfər təqaüdçü qeydə alınmışdır ki, bunlardan 1037 nəfəri işləməyən, 90 nəfəri isə işləyən təqaüdçülərdir. Rüb ərzində işləyən və işləməyən əhaliyə müavinətlərin ödənilməsi üçün 553.0 min manat vəsait xərclənmişdir.
2015-ci ilin üç ayı ərzində vətəndaşlar tərəfindən Xocavənd Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim edilən sənədlər diqqətlə öyrənilərək sosial yardıma ehtiyacı olan ailələr müəyyənləşdirilmiş və ünvanlı sosial yardım almaq üçün müraciət edən 36 nəfərin 143 ailə üzvülərinin sənədləri komissiya tərəfindən yoxlanılmış və təyinat aparılaraq 22136 manat vəsaitin ödənilməsi təmin edilmişdir. Rayon üzrə bir nəfərə düşən ünvanlı sosial yardım 34.64 manat təşkil etmişdir.
Şəhid ailələrinə təyin edilmiş 100 manat Prezident təqaüdü üçün 68 şəhid ailəsinə 39543.0 manat təyinat aparılmışdır. Rüb ərzində Mərkəz tərəfindən 531 nəfərə sosial müavinət vermişdir ki, onlardan 2 nəfəri yaşa, 22 nəfəri ailə başçısını itirdiyinə, 110 nəfər əlilliyə görə, eləcə də 53 nəfəri 18 yaşadək əlil, 320 nəfər müharibə veteranı olmuşdur. 01 aprel 2015-ci il tarixə büdcədən mərkəzə sosial müavinət və uşaq müavinətlərinin ödənilməsi məqsədilə 135686.0 manat vəsait daxil olmuş və müavinət alan 531 nəfərə faktiki xərc edilmişdir. 01 aprel 2015-ci il tarixə mərkəzin müavinət alanlara ödənilməmiş borcu olmamışdır.
Əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı məqsədi ilə “Xocavənd”,“Yeni Xocavənd”, “Yeni Qaradağlı”, “Yeni Tuğ” və 320 ailəlik qəsəbələrdə elektrik enerjisi və qaz təminatı yaxşıladırılmış, sayğaclar quraşdırılmışdır.Verilən elektrik enerjisi və qaz hər bir qaçqın və məcburi köçkün üçün ayrılmış enerji sərfiyyatından artıq olduğu halda bu fərqin ödənilməsi vətəndaşlar tərəfindən həyata keçirilir və bu prosesə rayonda yaradılmış qərargah üzvləri tərəfindən müntəzəm olaraq nəzarət olunur.
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası başlıca istiqamətlərdən olmuşdur. Bu gün müstəqil Azərbaycanda təhsil sahəsinə dövlət tərəfindən çox böyük diqqət və qayğı göstərilir.Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Təhsil İslahatı Proqramı bu gün möhtərəm Prezident cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı fərman və sərəncamlarla, həyata keçirilən proqramlarla uğurla davam etdirilir.Respublikanın hər bir vətəndaşının keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması dövlətin təhsil siyasətinin prioritet sahələrindəndir. Xocavənd rayonunun ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri tərəfindən də təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətcə yaxşılaşdırılması, gənc nəslin bir şəxsiyyət kimi formalaşdırılması, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq işlər görülmüşdür.
2015-ci ilin müvafiq dövrü ərzində Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai məktəblərdir. Eyni zamanda 3 uşaq bağçası və 2 məktəbdənkənar müəssisə vardır.
2014-2015-ci tədris ilində bütün ümumtəhsil məktəbləri üzrə təhsilə cəlb edilmiş 1886 nəfər (2013-2014-cü tədris ilində 1884) şagirdin təlim-tərbiyəsi ilə 345 müəllim məşğul olur.Yeni tədris ilində rayonun ümumtəhsil məktəblərinin I sinfinə 228 nəfər (2013-2014-cü tədris ilində 239 nəfər) şagird qəbul olunmuş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ibtidai siniflərə pulsuz olaraq məktəbli forması, Heydər Əliyev Fondu tərəfindən I sinif şagirdlərinə məktəbli çantası hədiyyə olaraq paylanmışdır.
Rayon ümümtəhsil məktəblərinin şagirdləri 2015-ci ilin I rübü ərzində müxtəlif müsabiqə və olimpiadaların qalibi olmuşlar. Belə ki, 2015-ci ilin yanvar ayının 11-də Rayon Təhsil Şöbəsinin şəbəkəsinə daxil olan ümumtəhsil məktəblərində fənn olimpiadasının ikinci rayon turu keçirilmişdir.Turnirdə rayonun 11 tam orta məktəbi üzrə 82 şagird iştirak etmişdir.Turnirin nəticələrinə uyğun olaraq 18 şagird yüksək nəticə göstərərək yarımfinala vəsiqə qazanmışdır. Yarımfinal turunda Əliyev Fərahim Rövşən oğlu və Əliyeva Ləman Şahruz qızı II yerə layiq görülmüşlər.
Bununla yanaşı 14-22 fevral 2015-ci il tarixlərdə Uşaq Gənclər Şahmat məktəbinin şagirdi Süleymanova Çiçək Nizami qızı Şirvan şəhərində keçirilmiş Şahmat üzrə Respublika birinciliyinin zona yarışında II yerə, 26 fevral və 06 mart 2015-ci il tarixlərdə Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə Respublika turnirində III yerə layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tarix dərsləri tədris olunmuşdur. Xocavənd rayonunda dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xüsusi qrafik tərtib olunmuş 109 nəfər XI sinif şagirdinin dərslərdə iştirakı təmin edilmişdir. Dərslərin tədrisi may ayınadək davam etdiriləcək.
Müvafiq Dövlət Pqroqramlarına əsasən Xocavənd rayonunda da bütün regionlarda olduğu kimi, yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər
əlavə korpusların inşası, onların əsaslı ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkün ailələri üçün inşa edilmiş 320 ailəlik müasir tipli yeni qəsəbədə 270 yerlik müasir avadanlıqlarla təchiz edilmiş məktəb istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən rayonda hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi, təhsil muəssisələrinin reytinq sisteminin yaradılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yuksəldilməsi, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması sahəsində dövlət siyasətinin icrası qarşıya əsas məqsəd kimi qoyulmuşdur.Həmçinin Fəaliyyət Planında nəzərdə tutulduğu kimi, əsas prioritet istiqamətlərdən olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması, məktəbəqədər təhsil üzrə nümunəvi kurikulumların tətbiqi qarşıda duran əsas vəzifələrdir.
Ötən dövr ərzində Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının Aparatı Rayon Mərkəzi Xəstəxanası ilə birgə rayon əhalisinin sağlamlığını daim diqqət mərkəzində saxlamışdır. Rayon Mərkəzi Xəstəxanası və ona tabe olan sahə, kənd tibb məntəqələrində 31 ali təhsilli müxtəlif ixtisaslı həkim və 103 nəfər orta ixtisaslı tibb işçi, 143 nəfər isə texniki işçi çalışır. Vətəndaşların sağlamlığının qorunması sahəsində hesabat dövrü ərzində xəstəxananın tibb işçiləri tərəfindən əhali arasında, məktəblərdə və uşaq bağçalarında 26 reyd keçirilmiş, tibb işçilərindən ibarət yaradılmış briqada mütəmadi olaraq əhali ilə profilaktiki söhbətlər apararaq məktəblərdə olmuş və maarifləndirmə işləri aparmışdır. Hesabat dövründə rayon üzrə poliklinika və ambulator gəlişlərin sayı 14523 olmuşdur. Hesabat dövründə stasionar şöbələrdə 187 nəfər müalicə olunmuş, uşaq və ana ölümü qeydə alınmamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən Rayon İcra Hakimiyyəti başçısının 02 fevral 2015-ci il tarixli 02 saylı sərəncamı ilə işçi qrupu və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər olmaqla 2 briqada yaradılmış, rayonda müayinənin mütəşəkkil qaydada təşkili üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyati şəxslərə müvafiq tapşırıqlar verilmiş, Mərkəzi Xəstəxana tibbi ləvazimat və yardımçı vasitələrlə təmin edilərək müayinəyə tam hazır vəziyyətə gətirilmiş və əhalinin məskunlaşdığı ərazilər və kollektivlər nəzərə alınmaqla xüsusi qrafik tərtib olunmuşdur. Hesabat dövrü ərzində 6322 nəfər pulsuz tibbi müayinədən yararlanmışdır ki, onların da 3924 nəfərini 18 yaşdan yuxarı əhali təşkil edir. Tibbi müayinədən keçənlərin 123 nəfəri ambulator müalicəyə,17 nəfər stasionar müalicəyə cəlb olunmuş, 6 xəstə isə Bakı şəhər və digər ətraf rayon xəstəxanalarına müayinə və müalicə üçün göndərilmişdir. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr xəstəxana tərəfindən lazımi dərman preparatları ilə təmin olunmuşdular. Hazırda əhalinin icbari dispanserizasiyası yüksək səviyyədə davam etdirilir.
Xocavənd rayonunda əhalinin asudə vaxtlarının səmərəli keçməsi və onlar arasında milli mədəniyyətimizin təbliğ edilməsi məqsədi ilə Mədəniyyət və Turizm Şöbəsi 1 rayon, 1 kənd mədəniyyət evi, 13 kənd klubu, 1 Rayon Mərkəzi Kitabxana Sistemi, 5 kitabxana filialı və 2 uşaq musiqi məktəbinin gücündən istifadə edir ki, bu müəssisələrdə 163 nəfər mədəni-maarif işçisi çalışır. 2015-ci ilin I rübü ərzində rayon Mədəniyyət və Turizm Şöbəsində müxtəlif mövzularda tədbirlər keçirilmiş, bu tədbirlərin əksəriyyəti milli adət-ənənələrimizin qorunub saxlanması, mədəni irsimizin təbliğ olunması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, tarixi günlərin və əlamətdar hadisələrin qeyd edilməsi mövzusunda olmuşdur.
Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi məqsədilə 2014-cü ilin iyul ayında kənd kitabxana filiallarının Mərkəzi Rayon Kitabxanasına birləşdirilərək 7 şöbədən və 5 kitabxana filialından ibarət yaradılmış Xocavənd Rayon Mərkəzi Kitabxana Sistemi hazırda sürətli internet, tələbata uyğun olaraq kompüter, digər inventar avadanlıqlarla təmin olunmuş, MKS-nin kadrlarının ixtisaslarının artırılması, elektron kataloqda işləmək qaydalarının öyrənilməsi məqsədilə 5 nəfər ixtisasartırma kursuna göndərilmişdir.
“Dövlət Proqramı”na uyğun uyğun olaraq www.khojavend.cls.az internet saytı yaradılmış və həmin saytın elektron kitabxana bölməsində 176 ədəd müxtəlif elektron ədəbiyyat yerləşdirilmişdir. Ümumilikdə, kitabxanaların kitab fondunda 41,954 min nüsxə kitab mövcuddur ki, onlardan 26,866 min nüsxə latın qrafikası ilə yenidən nəşr olunmuş kitablardır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xocavənd MKS-nin avtomatlaşdırılmış kitabxana–informasiya sistemi (AKİS) ilə təchiz edilməsi planlaşdırılmış və bu istiqamətində işlər aparılır. Gələcəkdə kitabxana proseslərini avtomatlaşdıran və sadələşdirən, dünya kitabxana sistemləri ilə inteqrasiyasını mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşıya əsas məqsəd kimi qoyulmuşdur.
2015-ci il ərzində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra işlərin həyata keçirilməsi təmin edilmişdir. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Qeyd etmək lazımdır ki, 2015-ci ilin I rübü Xocavənd gəncləri üçün uğurlu olmuşdur. Belə ki, 10 fevral tarixdə Salakətin kənd tam orta məktəbin idman zalında yeniyetmələr arasında sərbəst güləş üzrə keçirilmiş rayon birinciliyində 50 nəfər idmançı iştirak etmiş və qaliblər diplomla təltif olunmuşdur.
07 mart 2015-ci il tarixdə Xocavənd qəsəbəsində“05 mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş həvəskar komandalar arasında voleybol birinciliyi keçirilmiş və 9 voleybol komandasının (106 nəfər) iştirak etdiyi yarışın qalibləri diplomla təltif olunmuşdur.
30 yanvar – 01 fevral tarixlərdə İsmayıllı rayonunda keçirilən VKC karate idman növü üzrə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş Azərbaycan çempionatında Xocavənd rayonunu təmsil edən 2 idmançı I yerə, 2 idmançı isə II yerə sahib olmuşdur. Bundan başqa 02 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş uşaqlar, yeniyemələr və gənclər arasında Sərbəst güləş idman növü üzrə zona birinciliyi yarışında rayon komandasının iştirakı təmin olunmuşdur,
Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və sağlamlığının qorunması, həmçinin idmanın müxtəlif növlərinin kütləviləşdirilməsinə nail olmaq məqsədilə rayonda 10 idman klubu yaradılmış və 335 nəfərin bu klublarda məşq etməsinə şərait yaradılmışdır. 2015-ci ilin birinci rübü ərzində 8 yarış keçirilmiş və bu yarışlarda 344 nəfər idmançı iştirak etmişdir.
2015-ci ilin birinci rübü ərzində ictimai qurumlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, əhalinin siyasi maariflənməsi, cəmiyyətdə gedən ictimai-siyasi proseslərin əsas meyllərinin və inkişaf perspektivlərinin təhlili davam etdirilmiş, ölkə həyatında baş verən siyasi hadisələr, möhtərəm Prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin əhali arasında təbliği aparılan ideoloji işin tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlanılmışdır. Rayon üzrə yaradılmış 7 təbliğat qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərinin öyrənilməsi və təbliği istiqamətində həftə görüşləri təşkil etmiş, qabaqcıl və nüfuzlu ziyalılar əhalinin müxtəlif zümrələrinin iştirak etdiyi toplantılarda məruzələrlə çıxış etmişlər. Bu məqsədlə mütəmadi olaraq əhalinin sıx məskunlaşdığı ərazilərdə dövlət siyasətinin təbliği ilə bərabər, xalqımızın tarixində müstəsna əhəmiyyət kəsb edən əlamətdar günlərin təntənəli şəkildə qeyd olunması üçün maksimum səy göstərilmişdir. Dövlətin ümummilli strateji siyasətinə uyğun olaraq rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, habelə ictimaiyyətin bütün təbəqələri arasında müvafiq ideoloji maariflənmə işinin aparılması işi təşkil olunmuşdur. Gənclərin cəmiyyətdə gedən ictimai-siyasi və demokratik dövlət quruculuğu proseslərində yaxından iştirak etməsinə hərtərəfli köməklik göstərmək, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunması, gənclərin tərbiyəsinin gücləndirilməsi məqsədilə təhsil ocaqlarında, hərbi hissələrdə və hərbi xidmətə çağırış yaşlı gənclər arasında müvafiq mövzularda tədbirlər həyata keçirilmiş, izahat və təbliğat işləri aparılmışdır.
Xocavənd rayon İcra hakimiyyəti başçısı aparatının rəsmi internet saytı (www.xocavend-ih.gov.az) vasitəsilə rayonda görülmüş işlər və həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyətə geniş məlumatların operativ şəkildə çatdırılması təmin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələri və milli-mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının orqanı olan “Xocavənd” ictimai-siyasi qəzetində mütəmadi olaraq işıqlandırılır və bu məsələ ümdə vəzifə kimi qəbul olunur.
Hesabat dövründə rayon ictimaiyyətinin iştirakı ilə milli adət-ənənələrimizin qorunub saxlanması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi məqsədi ilə Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar günlər, bayramlar təntənəli şəkildə qeyd olunmuş, xalqımızın yaddaşında dərin izlər buraxmış 20 Yanvar, Qaradağlı, Xocalı, 31 Mart soyqırımlarına həsr olunmuş geniş toplantılar, rayon məktəbliləri arasında inşa yazı, bədii qiraət üzrə müsabiqələr və Qarabağın tarixinə həsr olunmuş bilik yarışları keçirilmiş, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu tarixlərin mahiyyəti bir daha dəyərləndirilmiş, Ermənistanın işğalçılıq siyasətini geniş şəkildə əks etdirən tarixi və sənədli materiallar sosial şəbəkələrdə yerləşdirilmişdir.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış Dini İşlər üzrə Komissiya hesabat dövrü ərzində rayonda dini proseslərə nəzarətin gücləndirilməsi, radikal dini qrupların zərərsizləşdiriləsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi-dini abidələrin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Görülmüş məqsədyönlü işlərin nəticəsidir ki, rayon ərazisində radikal dini cərəyan, vəhhabi təriqəti və xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyəti qeydə alınmamışdır.
Hesabat dövründə rayonda yalnız bir siyasi partiya, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı fəaliyyət göstərmişdir. 1993-cü ildə yaradılan və hal- hazırda öz sıralarında 748 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyasının Xocavənd Rayon Təşkilatı üzvlərindən 360 nəfərini qadınlar, 360 nəfərini isə gənclər təşkil edir. Rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən siyasi kampaniyalarda Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sadiqliyini daim nümayiş etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Fərman və Sərəncamlarına, Azərbaycan Respublikasının «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanuna əsasən 2015-ci ilin I rübü ərzində Respublikanın ərazi bütövlüyünün qorunması, rayonda həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi təmin edilmişdir. 2015-ci ilin birinci rübü ərzində həqiqi-hərbi xidmətə çağırış yaşlı gənclərin sayı 29 nəfər (2014-cü ilin I rübü 31 nəfər ) olmuşdur. O cümlədən, onlardan həqiqi hərbi xidmətə göndərilənlər 11 nəfər (2014-cü ilin I rübü 9 nəfər), təhsilə görə möhlət hüququ olanlar 12 nəfər (2014-cü ilin I rübü 15 nəfər), əlavə tibbi müayinəyə göndərilənlər 9 nəfər təşkil etmiş, xarici ölkədə olan çağırış yaşlı gənc isə olmamışdır.
Hüquq-mühafizə orqanları və digər dövlət qurumları ilə işgüzar əlaqələrin yaranmasının nəticəsində rayonda davamlı olaraq ictimai-siyasi sabitlik qorunub saxlanılmış, cinayətlərin bütün təzahürləri ilə mübarizədə müsbət nəticələr əldə olunmuşdur. Xocavənd Rayon Polis Şöbəsinin şəxsi heyəti əvvəlki dövrlərdə olduğu kimi 2015-ci ilin I rübü ərzində də rayon ərazisində cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində zəruri işlər görmüş, əməliyyat şəraitinə nəzarət etməklə profilaktiki fəaliyyət funksiyasını yerinə yetirmişdir. Bunun nəticəsidir ki, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə Rayon Polis Şöbəsinə daxil olmuş cinayət xarakterli müraciətlərin sayı azalmışdır. 2015-ci ilin I rübü ərzində Rayon Polis Şöbəsinə 7(yeddi) cinayət xarakterli müraciət daxil olmuşdur (2014-cü ilin I rübü 9).
2015-ci ilin birinci rübü ərzində yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin, sağlamlığının qorunması, həyat şəraitinin yaxşılaşdırılması, tərbiyəsi, təhsili, istirahət vaxtının səmərəli keçirilməsinə nəzarət məqsədi ilə rayonun məktəbəqədər tərbiyə müəssisələrində və ümumtəhsil məktəblərində müntəzəm olaraq görüşlər keçirmişdir. Keçirilən görüşlər zamanı yetkinlik yaşına çatmayanlara sağlam həyat tərzinin təbliği, zərərli maddələrdən sui-istifadə, tütün məmulatları və spirtli içkilərdən istifadənin zərərləri, narkomaniya və yeniyetmələrin mənəviyyatına xələl gətirən bir çox mənfi hallar, insan hüquqları, o cümlədən, qadın hüquqları, insan alveri və reproduktiv sağlamlıq barədə geniş məlumat verilmişdir. Cari ilin birinci rübündə azyaşlılar arasında cinayət və hüquq pozmalarının, eləcə də nəzarətsizliyin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq rayonda azyaşlılar arasında cinayət hadisələrinin törədilməsi faktları qeydə alınmamışdır.
Hesabat dövrü ərzində Polis Şöbəsinin Qeydiyyat Şəxsiyyət Vəsiqəsi Qrupu tərəfindən 318 nəfər rayon sakininə şəxsiyyət vəsiqəsi verilməsi təmin edilmişdir. Onlardan 118 nəfər 16 yaşa çatmamış, 76 nəfər 16 yaşa çatması ilə əlaqədar, 47 nəfər 25 yaşla əlaqədar, 37 nəfər 35 yaşın tamam olması ilə əlaqədar, 40 nəfər isə 50 yaş tamam olması ilə əlaqədar şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.
2015-ci ilin birinci rübü ərzində Xocavənd rayonu İcra aparatı öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə ” tələblərinə uyğun quraraq bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Belə ki, rüb ərzində Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, Prezident Administrasiyası rəhbərinin və administrasiyanın struktur bölmələrinin tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirmiş, icra ilə bağlı arayışların təqdim olunması təmin edilmişdir.
Tərtib olunmuş qrafikə uyğun olaraq həftənin ayrı-ayrı günlərində İcra Başçısı, müavinlər, şöbə və sektor müdirləri tərəfindən vətəndaşlar qəbul edilmiş, bununla belə, rayon əhalisinin Respublikanın müxtəlif rayonlarında pərakəndə şəklində məskunlaşdığını nəzərə alaraq bu qəbullara vaxt məhdudiyyəti qoyulmamışdır. Hesabat dövrü ərzində Xocavənd rayon İcra hakimiyyəti başçısı tərəfindən 16 nəfər (2014-cü ildə 24 nəfər), ayrı-ayrı şöbələr tərəfindən isə 152 nəfər (2014-cü ildə 193 nəfər), (Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi-31, İctimai-siyasi və humanitar məsələlər şöbəsi-24, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi-64, Hüquq şöbəsi-17, Memarlıq və tikinti şöbəsi-16) rayon sakini qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər yerindəcə öyrənilmiş və müvafiq köməkliklərin göstərilməsi təmin edilmişdir.
Rayon İcra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşlardan 8-i (50 %) işlə təmin olunma, 1-i (6,25 %) mənzil məsələləri, 2-si(12,5 %) ünvanlı sosial yardım, 1-i( 6,25 %) maddi köməklik, 2-si ( 12,5 %) ayrı təsərrüfat olma ilə bağlı,
2-sı (12,5 %) nəfəri isə digər məsələlərlə bağlı müraciət etmişdir. Müraciət edən hər bir vətəndaş lazımi səviyyədə dinlənilmis və qaldırılmış problemlərin həll edilməsi üçün mövcud imkanlardan istifadə olunmuşdur.
Səyyar qəbulların səmərəli təşkili və daha çox rayon vətəndaşının bu görüşlərdə iştirak etməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, ilin birinci rübü ərzində səyyar görüşlər həftədə bir dəfə olmaqla təşkil edilmiş, görüşün keçirilmə vaxtı, yeri barədə sakinlər əvvəlcədən məlumatlandırılmış, qəbullar zamanı vətəndaşların səsləndirdiyi hər bir məsələ ilə bağlı tədbirlər görülmüş və vətəndaşlara qanuna müvafiq qaydada cavablar verilmişdir.
Hesabat dövrü ərzində məcburi köçkünlərin məskunlaşdığı 10 rayonda 10 səyyar qəbul keçirilmişdir. Keçirilmiş görüşlərdə ümumilikdə 256 nəfər rayon sakini iştirak etmiş və bu görüşlərdə müxtəlif problemlərlə bağlı 20 məsələ barədə müraciətlər olunmuşdur.
Fərdi qaydada 13 müraciətlə bağlı Yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış, 7 müraciətin icrası ilə bağlı isə rayon təşkilatlarına tapşırıqlar verilmişdir.
Yerli icra hakimiyyəti orqanları qarşısında qaldırılmış 13 müraciət ( yemək xərci müavinəti məsələləri ilə bağlı 7, plastik kartla bağlı-3,digər məsələlərlə bağlı 3) tam şəkildə öz müsbət həllini tapmışdır.
Səyyar qəbullar zamanı qaldırılmış məsələlər100 %-lə öz müsbət həllini tapmışdır.
Rayon İcra hakimiyyəti başçısının 2015-ci ilin birinci rübü ərzində yerlərdə keçirdiyi səyyar görüşlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə əvvəlcədən təqdim olunmuş qrafikə uyğun keçirilmişdir. Keçirilmiş hər bir səyyar qəbul Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən protokollaşdırılmış, verilmiş tapşırıqlar aidiyyəti şöbələrdə araşdırılaraq nəticə ilə bağlı vətəndaşa və rayon İcra hakimiyyəti başçısına məlumat verilmişdir. Hər ayın sonunda keçirilmiş səyyar qəbullar və bu qəbullar zamanı qaldırılmış məsələlərin icrası ilə bağlı məlumatlar İnformasiya təminatı və təhlil sektoru tərəfindən Mərkəzi Serverə göndərilməsi təmin edilmişdir.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olan vətəndaş müraciətləri ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-I Q nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınmış, təlimata uyğun olaraq araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Hər bir vətəndaşın öz hüquqlarından istifadə edərək İcra Başçısına, onun Aparatına, müvafiq ərazi dairəsi üzrə nümayəndəliklərinə, idarə və təşkilat rəhbərlərinə müraciət etməsi üçün lazımi şəraitin yaradılması təmin edilmişdir.
2015-cü ilin birinci rübü ərzində İcra Hakimiyyəti Aparatına vətəndaşlardan 42 (bunlardan 27-si təşkilat daxili ) müraciəti daxil olmuşdur. (Bu rəqəm 2013-cü ilin müvafiq dövrü ərzində 90, 2014-cü ildə isə 51 olmuşdur.)
Yazılmış müraciətlərdə vətəndaşlar daha çox öz gündəlik qayğılarını əhatə edirlər ki, onlardan 8-i (19,1%) (2014-cü ildə 13-ü) Azərbaycan Respublikası Prezident Administrasiyasından, 3-ü (7,1%) (2014-cü ildə olmamış ) Milli Məclisdən, 4-ü (9,5%) (2014-cü ildə 5-i) Nazirlər Kabinetindən, 6-sı (14,3%) (2014-cü ildə 6-sı) Mərkəzi İcra orqanlardan və digər rayonlardan, 21-i (50,0%) (2014-cü ildə 27-si) isə birbaşa Xocavənd rayonu İcra hakimiyyəti başçısı aparatına daxil olan müraciətlərdir.
Müraciətlərin 1-i (2,3%)kənd təsərrüfatı (2014-cü ildə 3-ü), 5-i (11,9%) təhsil məsələləri(2014-cü ildə 9-ü), 23-ü (54,8%) əmək və əhalinin sosial müdafiəsi (2014-cü ildə 19-u),6-sı (14,3%) mənzil məsələləri(2014-cü ildə 9-u), 2-si (4,8%) hüquq məsələləri(2014-cü ildə olmayıb),2-si (4,8%) ailə və məişət(2014-cü ildə 6-sı), 3-ü (7,1%)(2014-cü ildə 5-i) isə bu və ya digər məsələlərlə bağlı olmuşdur.
2015-ci ilin birinci rübü ərzində rayon İcra hakimiyyəti aparatının rəsmi saytına (www.xocavend-ih.gov.az) müraciət daxil olmamışdır.
Rayon İcra hakimiyyəti başçısı aparatına daxil olan müraciətlərin 71,4 faizini (30)ərizələr, 28,6 faizini(12) şikayətlər (2014-cü ilin müvafiq dövrü ərzində müraciətlərin 72,5 faizini(37)ərizələr, 27,5 faizini(12) şikayətlər) təşkil etmişdir.
Ümumi müraciətlərin 47,6 faizi (20 müraciət) müsbət həll edilmiş, 47,6 faizi (20 müraciət) ilə bağlı müvafiq izahat işləri aparılmış, 2,4 faizi (1 müraciət) əsassız sayılmış, 2,4 faizi (1 müraciət) icradadır. (2014-cü ilin müvafiq dövrü ərzində daxil olan müraciətlərin 35,3 faizi müsbət həll edilmiş, 14,6 faizi qismən həll edilmiş, 34,4 faizi barədə müvafiq izahat işləri aparılmış,15,7 faizi isə əsassız sayılmışdır).
Şikayət xarakterli ərizələrin 38,5 faizi (5 müraciət) müsbət həll edilmiş, 53,8 faizi (7 müraciət) müvafiq izahat işləri aparılmış, 7,7 faizi (1 müraciət) əsassız sayılmışdır.
Rüb ərzində səyyar görüşlər zamanı qaldırılmış problemlərin icrası, həmçinin vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinin vəziyyəti araşdırılmış, təhlillər aparılmış və görülmüş işlərlə bağlı rayon İcra hakimiyyəti başçısına məlumat verilmişdir. Aparılmış təhlillərdən 2-si Xocavənd rayonu İcra hakimiyyəti başçısı yanında Şura yığıncağında müzakirəyə çıxarılmışdır. Belə ki, 27.02. 2015-ci il tarixli 04 saylı Şura yığıncağında “2014-cü il ərzində rayon İcra hakimiyyəti başçısının Respublikanın müxtəlif rayonlarında keçirdiyi səyyar görüşlərin təşkili və bu qəbullar zamanı qaldırılmış məsələlərin icra vəziyyəti”, 11.03.2015-ci il tarixli 05 saylı Şura yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq” ilə bağlı analitik informasiya xarakterli təhlildən irəli gələn vəzifələr və 2014-cü il ərzində vətəndaşlar tərəfindən rayon İcra hakimiyyəti başçısı aparatına, qəsəbə və kənd inzibati ərazi dairələrinə, idarə və təşkilatlara daxil olmuş müraciətlərə baxılma vəziyyəti” bərədə məsələlər müzakirəyə çıxarılaraq mövcud çatışmazlıqlar geniş formada müzakirə edilmiş və bu istiqamətdə görüləcək işlərlə bağlı şöbə müdirlərinə, sektor müdirlərinə, icra nümayəndəliklərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Xocavənd rayonu İcra hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şurada rayonunun iqtisadi, sosial-mədəni və digər yerli əhəmiyyətli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə iclasların hazırlanıb keçirilməsinə xüsusi əhəmiyyət verilmiş və bu qərarların icrası daim nəzarətdə saxlanılmışdır. 2015-ci ilin birinci rübü ərzində Xocavənd rayonu İcra hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şura ayda iki dəfə olmaqla, Şura üzvlərinin yekdil iştirakı təmin olunmaqla keçirilmişdir. Keçirilmiş Şura iclaslarında 11 məsələnin müzakirə edilməsi nəzərdə tutulduğu halda 14 məsələ müzakirəyə çıxarılmışdır. Şura yığıncağının gündəliyinə çıxarılan məsələlər geniş şəkildə müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuş, qəbul olunmuş qərarlar aidiyyəti üzrə ünvanlara çatdırılmış və icrasına nəzarət olunmuşdur. Həmçinin idarə və təşkilatlarda keçirilən toplantılarda, eləcə də kənd icra nümayəndəliklərinin əhali ilə keçirdikləri tədbirlərdə bu barədə geniş məlumatlar verilmişdir. Hesabat dövrü ərzində Şuranın 1 səyyar iclası keçirilmişdir.
Ötən rüb ərzində müxtəlif mövzularda 11 tədbir keçirilmişdir ki, bu tədbirlərdə ümumilikdə 3376 nəfər iştirak etmişdir. Keçirilmiş tədbirlər təlimata uyğun protokollarla rəsmiləşdirilmişdir.
Xocavənd rayonunun azərbaycanlı əhalisi 01 aprel 2015 -ci il tarixə 2966 ailə olmaqla 11938 (2014-cü ilin birinci rübündə 2949 ailə oımaqla 11643 nəfər) nəfərdir. Rayonumuzun ərazisi işğal altında olduğu üçün soydaşlarımız Respublikanın 36 şəhər və rayonunda məskunlaşmışlar. Əhalimiz əsasən Beyləqan rayonu ərazisində yerləşən Yeni Xocavənd, Qaradağlı,Yeni Tuğ, Xocavənd, 320 ailəlik qəsəbədə və Ağcabədi rayonu ərazisində yerləşən yeni tikilmiş “Hündürmərtəbəli yaşayış massivində”kompakt şəkildə məskunlaşmışlar. Rayonun azərbaycanlı əhalisi Beyləqan rayonu ərazisində 1206 ailə olmaqla 4884 nəfər, Ağcabədi rayonu ərazisində 503 ailə olmaqla 2136 nəfər, Sumqayıt şəhəri üzrə 117 ailə olmaqla 475 nəfər, Bakı şəhərinin on bir rayonu üzrə 859 ailə olmaqla 3367 nəfər və Respublikanın digər şəhər və rayonlarında 280 ailə olmaqla 1076 nəfərdir. Rayon əhalisinin 175 nəfəri isə müvəqqəti olaraq xarici ölkədə yaşayırlar (2013-cü ilin birinci rübündə 157). 2015-ci ilin birinci rübü ərzində Xocavənd rayonu üzrə doğulan uşaqların sayı 44 (2014-cü ilin birinci rübü ərzində 43), vəfat edən vətəndaşların sayı isə 16 (2014-cü ilin birinci rübü ərzində 14) nəfər olmuşdur. Əhalinin təbii artımı 28 nəfər təşkil edir. Rüb ərzində rayona qeydiyyata düşən vətəndaşların sayı 51(2014-cü ilin birinci rübü ərzində 60) nəfər, ailə vəziyyətləri ilə bağlı qeydiyyatdan çıxan vətəndaşların sayı isə 20 (2014-cü ilin birinci rübü ərzində 13) nəfər təşkil etmişdir. Əhalinin miqrasiya artımı 31 nəfər olmuşdur. 2015-ci ilin birinci rübü ərzində Xocavənd rayonu üzrə 9 ailə arasında rəsmi nigah bağlanmış (2014-cü ilin birinci rübü ərzində 3) və 4 nigahın pozulması faktı qeydə alınmışdır (2014-cü ilin birinci rübü ərzində 3).
2015-ci ilin I rübü ərzində informasiyanın toplanması və məlumatların verilməsi istiqamətində rayonda görülmüş işlər qənaətbəxş sayıla bilər. Tələb olunan zəruri məlumatlar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq şöbələri və Statistika İdarəsi ilə birlikdə təhlil edildikdən sonra Mərkəzi Serverə göndərilmişdir. Rüb ərzində Aparatın müvafiq şöbələrindən rayonun idarə, müəssisə və təşkilatlarının 2015-ci ilin I rübünün yekunlarına dair aylıq və rüblük hesabatlar toplanaraq müqayisəli təhlil aparılmış və Prezident Administrasiyasının Analitik şöbəsinə göndərilməsi təmin edilmişdir. Məlumatlarda aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və növbəti dövr üçün işin təkmilləşdirilməsi məqsədi ilə aidiyyəti şöbələrin rəhbərləri ilə mütəmadi qaydada iş aparılmışdır.
İnformasiyaların toplanması və təhlili istiqamətində görülmüş işlərin vəziyyəti barədə görülmüş müsbət işlərlə bərabər bəzi çatışmazlıqlar da mövcuddur. Belə ki, rayon üzrə toplanmış məlumatların bəzi şöbələr tərəfindən sahələr üzrə təhlil olunması sahəsindəki işlər hələ də günün tələbləri səviyyəsində deyildir. Məlumatların vaxtlı-vaxtında göndərilməsi ilə bərabər təhlil edilməsi, məlumatların toplanmasında təyin edilmiş vaxtdan daha əvvəl verilməsini vacib edir. Məlumatların və formaların təyin edilmiş müddətdə göndərilməsində gecikmələrin və verilən məlumatlara məsuliyyətsiz yanaşmanın mövcudluğu halları işimizin yüksək səviyyədə qurulmasına mane olan amillərdəndir. Qazanılmış müsbət tendensiya davam etdirilməli, əldə olunmuş statistik rəqəmlərin vaxtlı-vaxtında təhlil olunması və bu təhlillərin nəticələrinə əsaslanaraq gələcək fəaliyyətimizin daha yaxşı qurulması üçün mütəmadi qaydada tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır.
Xocavənd rayonunun ictimaiyyəti 2015-ci ilin birinci rübü ərzində Respublikamızda qarşıya qoyulan vəzifələri, regionların sosial-iqtisadi inkişafının sürətlənməsi, ordu quruculuğu istiqamətində həyata keçirilən böyük işləri, ictimai-siyasi asayişin qorunub möhkəmləndirilməsi, eləcə də ölkə daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətləri ürəkdən bəyənir, müdafiə edir və dəstəkləyirlər.
Həmçinin qeyd etmək lazımdır ki, görülmüş işlər və qazanılmış uğurlarla bərabər bir sıra nöqsanlar da vardır. İnanırıq ki, rayonumuzun zəhmətkeş, əməksevər insanlarına güvənərək yol verilmiş nöqsanların aradan qaldırılmasına və qarşıya çıxan problemlərin həllinə nail olunacaq, ölkəmizin daha da inkişaf etməsi yolunda tarixin sınaqlarından üzüağ çıxmış xocavəndlilər də öz imkanlarından maksimum dərəcədə istifadə edəcəklər.
Xocavənd sakinləri bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirərək Vətənimizin-müstəqil Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə əllərindən gələni əsirgəməyəcəklər.