Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov19 aprel 2015-ci il tarixdə Ağcabədi rayon 556 mənzilli hündürmərtəbəli yaşayış massivində məskunlaşan Xocavənd rayon sakinləri iləsəyyari görüş keçirib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov növbəti səyyari görüşünü 19 aprel 2015-ci il tarixdə Ağcabədi rayon 556 mənzilli hündürmərtəbəli yaşayış massivində məskunlaşan Xocavənd rayon sakinləri ilə keçirib. Görüşdə başçı ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Aqşin Əliyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak edib. Qəbula gələn vətəndaşlar voleybol meydançası üçün torpaq sahəsinin ayrılması, sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün çay evinin tikilməsi, xeyir-şər evinin tikilməsi və bankomatın qurulmasına köməklik göstərilməsini xahiş etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı bütun bu problemlərin həlli üçün müvafiq qurumlara öz tapşırıqlarını vermişdir. Daha sonra başçı bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Qaçqın və Məcburi köçkünlərə xüsusi diqqət və qayğısı nəticəsində 2012-ci ilin aprel ayının axırlarında Ağcabədi rayonun müxtəlif ərazilərində yaşayan məcburi köçkünlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin xətti ilə 556 mənzilli hündürmərtəbəli yaşayış massivinə köçürülmüş və burada yeni mənzillərlə təmin olunmuşlar. Yaşayış massivində məcburi köçkünlərin rahat yaşayışı üçün bütün lazımi şərait yaradılmışdır. Burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, 1 uşaq bağçası, 1 tam orta məktəb, 1 kənd mədəniyyət evi, kənd həkim məntəqəsi fəaliyyət göstərir.
Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Aqşin Əliyev möhtərəm Prezidentimiz İlham Əliyev Cənabları tərəfindən ölkəmizdə aparılan sosial-iqtisadi islahatlardan danışmış və bu istiqamətdə işlərin uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Natiq bildirmişdir ki, sakinlərin qaldırdıqları problemlərin tezliklə aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına, aidiyyati təşkilatlara göstərişlər veriləcəkdir.