Şriftin ölçüsü :

Saytın rəngi :

“Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir”

06 may 2015 | 15:00

6  may 2015-ci il tarixində Ümummilli liderimiz Heydər Əliyevin 92-ci ildönümü münasibətilə Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbində “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı  tədbir keçirilib. Tədbirdə Xocavənd Rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın  Azərbaycanlı İcmasının sədri  Bayram Səfərov və millət vəkili  Elman Məmmədov iştirak ediblər.
Xocavənd Rayonu İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına misilsiz xidmətlərindən, ölkəmizin tərəqqisi və inkişafı üçün əvəzolunmaz işlər görməsindən danışıb. Natiq qeyd edib ki,məhz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkə parçalanmaqdan xilas olub, Azərbaycan iqtisadi və demokratik inkişaf yoluna qədəm qoyub. Eyvaz Hüseynov çıxışında  ulu öndərin müəyyən etdiyi siyasi kursu bu gün prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.
Daha sonra Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq  Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri  Bayram Səfərov Heydər Əliyevin adının bu gün bölgədə və dünyada layiqli mövqe qazanan Azərbaycan dövlətinin rəmzi kimi səslənməsini söyləyib.
Millət vəkili  Elman Məmmədov Heydər Əliyevin dahiliyi, siyasi idarəçiliyi, təcrübəsi, uzaqgörənliyi, müdrikliyi və ən ekstremal vəziyyətlərdə doğru qərar qəbul etmək bacarığından danışıb.
Tədbirin təşkilatçı-aparıcıları Aynur və Nahidə muəllim ulu öndərin həyat və fəaliyyətindən, misilsiz  xidmətlərindən geniş məlumat veriblər. Dahi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən videolentlər nümayiş olunub. Şagirdlər vətənpərvərlik mövzusunda, Heydər Əliyev haqqinda şeirlər söyləyib, mahnılar ifa ediblər.

Keçidlər