22 avqust 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir
22 avqust 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, kinci Qarabağ müharibəsində məğlub olan Ermənistan müharibə bitdikdən sonra da təxribatçı əməllərinə son qoymadı, əksinə, ölkəmizin qalibiyyətini həzm edə bilməyən havadarlarına arxalanaraq, məkirli planlarını davamlı şəkildə həyata keçirməyə cəhd göstərdi. Başçı qeyd edib ki, son günlərdə Qarabağ ətrafında baş verən hadisələr bir daha onu göstərir ki, Ermənistan Azərbaycanla sülh danışıqları prosesində heç də səmimi deyil.Azərbaycanın haqlı olaraq Laçın nəzarət-buraxılış məntəqəsindən keçidləri məhdudlaşdırmasını və Xankəndiyə humanitar yüklərin daşınması istiqamətində Bərdə-Ağdam-Xankəndi yolunu təklif etməsini humanitar fəlakət adlandıran ermənilər, nədənsə marşrutun açılmasına qarşı çıxır.Eyvaz Hüseynov bu ilin iyun ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılmasından danışaraq, Tuğ kəndinin əhəmiyyətindən bəhs edib. Başçı hal-hazırda Böyük qayıdış planına uyğun olaraq Xocavənd rayonu ərazisində geniş yenidənqurma və bərpa işlərinə başlanıldığını bildirib. Növbəti ildə Xocavəndli məcburi köçkünlərin bir hissəsinin öz doğma torpaqlarına qayıdacaqlarına əminliyini bildirən Eyvaz Hüseynov, bu prosesisn növbəti illərdə sürətlənəcəyini qeyd edib.Daha sonra vətəndaşların təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.