Dünya Bankının nümayəndələri Xocavənd rayonuna səfər etmişlər.
13 may 2015 | 15:00
13 may 2015-ci il tarixdə Dünya Bankının nümayəndələri Əli Rahim Zülfüqarov, Rebekka Lakrua və Cefri Kurqan və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əməkdaşları Sabir Əhmədov, Şahin Ağamalıyev, Namiq İbrahimov, Elnur Hidayətzadə Xocavənd rayonuna səfər etmişlər. Səfər çərçivəsində nümayəndələr Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşərək gələcək 5 il ərzində rayon ərazisində görüləcək işlər və həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparmışlar.