Şriftin ölçüsü :

Saytın rəngi :

Salakətin kənd tam orta məktəbində “İbtidai sinfə əlvida” mərasimi keçirilmişdir.

27 may 2015 | 15:00

27 may 2015-ci il tarixdə Salakətin kənd tam orta məktəbində “İbtidai sinfə əlvida “ mərasimi keçirilmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəblilərin hazırladıqları əbədi-bədii kompozisiyalar nümayiş etdirildi. Şagirdlər vətənə, anaya, bayrağımıza, müəllimə, dostluğa və s. həsr olunmuş şeirlər söylədilər.
Tədbirdə iştirak edən  rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov uşaqları dərs ilini   və ibtidai təhsil pilləsini uğurla başa vurmaları münasibətilə təbrik etdi, onlara gələcək təhsil həyatlarında uğurlar arzuladı. Başçı bildirdi ki,  4 il bundan əvvəl Gültəkin  müəllimə  bu şagirdləri birinci sinifə qəbul edərək onlara qələm tutmağı, bilik və bacarıqlara yiyələnməyi , vətəni sevməyi öyrədib. Şagirdlərin çıxışlarından görünür ki, onun zəhməti hədər getməyib, şagirdlər əsl vətənpərvər  kimi yetişiblər. Başçı  şagirdlərin vətənə layiqli övlad kimi yetişəcəklərinə əminliyini dilə gətirdi.
Tədbirdə digər çıxış edənlər də şagirdləri təbrik edərək, onlara  təhsilin növbəti pillələrində   uğurlar arzuladılar.

Keçidlər