Şriftin ölçüsü :

Saytın rəngi :

N saylı hərbi hissədə “Respublika Günü” münasibəti ilə geniş bayram tədbiri keçirilib.

28 may 2015 | 15:00

28 May 2015 – ci il tarixdə N saylı hərbi hissədə  “Respublika Günü” münasibəti ilə geniş bayram tədbiri keçirilib. Tədbirdə I Qarabağ döyüşlərində Hərbi hissənin tərkibində döyüşmüş Füzuli rayonundan olan müharibə veteranları, Beyləqan və Xocavənd  batalyonlarının keçmiş döyüşçüləri,  Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri və  müharibə veteranlarının ictimai  birlikləri  iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Bu gün Azərbaycan ordusunun bölgənin ən qüdrətli və güclü ordusu olduğunu vurğulayaraq Azərbaycan ordusunun Ali Baş Komandanın əmri ilə qarşıya qoyulan vəzifənin tez bir zamanda icra etmək iqtidarında olduğunu bildirib.
Keçmiş könüllülərin, müharibə veteranlarının hər zaman ordumuzla bir yerdə olduğunu vurğulayan İcra Başçısı gələcək döyüşlərdə keçmiş müharibə veteranlarının səngərdəki əsgərlərimizlə bir yerdə olacağına əminliyini ifadə edib. 
Daha sonra çıxış edən 1993- 94- cü illərdə adıçəkilən briqadada tobor komandiri olmuş Tariyel, 839 saylı batalyonun  komandiri Səməd Əbilov, Beyləqan batalyonunun komandiri Akif Həsənov, Xocavənd batalyonun keçmiş döyüşçüsü II qrup Qarabağ müharibəsi əlili Müşfiq Hüseynov və digər çıxış edənlər hərbi hissənin  əsgər və zabitlərini təbrik edərək onlara qələbə zəfərləri i arzulayıblar.
Çıxış edən bütün keçmiş döyüşçülər və müharibə əlilləri hər zaman döyüşən ordu ilə bir yerdə olduqlarını və torpaqlarımızın işğalçılardan azad edilməsi ilə bağlı hər an başlaya biləcək döyüşlərdə hər zaman  öndə olacaqlarını bildiriblər.
Tədbirin sonunda Hərbi hissənin xidmətdə fərqlənən əsgər, çavuş, gizir və zabitlərinə “Fəxri Fərman”lar və xatirə hədiyyələri təqdim olunub.

Keçidlər