1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir .
01 iyun 2015-ci il tarixdə Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Kuropatkin kənd uşaq bağçasında bayram şənliyi keçirilmişdir. Tədbirdə bildirilmişdir ki, 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilir. Cənab Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar.
Tədbir gələcəyimiz olan balaca fidanların ifasında vətənə, anaya, bayrağımıza, müəllimə, dostluğa və s. həsr olunmuş şeirlər və bədii kompozisyanın nümayişi ilə davam etdi.