Şriftin ölçüsü :

Saytın rəngi :

Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibətilə tədbir keçirilmişdir.

05 iyun 2015 | 15:00

05 iyun 2015-ci il tarixdə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibətilə  Rayon Suvarma Sistemləri idarəsində tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ümumilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə tər çiçək dəstələri qoymuşlar. Sonra tədbir  Suvarma Sistemləri idarəsində davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan idarə rəisi Seyyur Nağıyev idarə əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək, öz xoş arzularını bildirdi. Natiq öz çıxışında Azərbaycan Respublikasında bütün istiqamətlərdə olduğu kimi Meliorasiya sahəsində də bir çox işlərin görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı. İdarə rəisi  “Regionların sosial- iqtisadi İnkişafı üzrə Dövlət Proqramı”nın icrası  nəticəsində ölkəmizin nəinki şəhər və rayonları, həmçinin qəsəbə və kəndlərində də  infrastruktur layihələrin həyata keçiridiyini, əhalinin sosial problemlərinin aradan qaldırıldığını qeyd etdi.  Tədbirdə çıxış edənlər peşə bayramları münasibətilə bütün meliorasiya işçilərini təbrik etdilər və onlara bu çətin və şərəfli işlərində uğurlar arzuladılar.

Keçidlər