22Nərimanov rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir
23 avqust 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Bakı şəhəri Nərimanov rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.Qəbul zamanı çıxış edənRayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki,44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərimizin tezliklə bərpa edilməsi üzrə işlər yüksək sürət və dinamizmlə davam edir. Hazırda qarşıda duran əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini həyata keçirmək, “Böyük Qayıdış” Dövlət Proqramının icrasını uğurla başa çatdırmaqdır. Bu baxımdan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara davamlı səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.Eyvaz Hüseynov bu ilin iyun ayının 16-daAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılmasından danışaraq, Tuğ kəndinin əhəmiyyətindən bəhs edib. Başçı hal-hazırda Böyük qayıdış planına uyğun olaraq Xocavənd rayonu ərazisində geniş yenidənqurma və bərpa işlərinə başlanıldığınıbildirib. Növbəti ildə Xocavəndli məcburi köçkünlərin bir hissəsinin öz doğma torpaqlarına qayıdacaqlarına əminliyini bildirən Eyvaz Hüseynov, bu prosesisn növbəti illərdə sürətlənəcəyini qeyd edib.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib. Eyni zamanda fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirilib.