Şriftin ölçüsü :

Saytın rəngi :

23 dekabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin iclas zalında Dövlət qulluqçularının etik davranış qaydaları mövzusu barədə tədbir keçirilmişdir.

23 dekabr 2022 | 17:25
  “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirilib.
  23 dekabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin iclas zalında Dövlət qulluqçularının etik davranış qaydaları mövzusu barədə tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatı və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçuları iştirak etmişdir.
  Tədbirə giriş sözü ilə başlayan Baçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmasl şöbəsinin müdiri Azər Süleymanov tədbir iştirakçılarını salamlayaraq, tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirdi ki. Azərbaycan Respublikası Qanununda göstərilmiş vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları və bu prinsiplərə əməl olunması hər birimizin vəzifə borcumuzdur. Bütün bunlarla yanaşı dövlət qulluğunun nüfuzunun artırılması, dövlət orqanlarına və dövlət qulluqçularına vətəndaşların etimadının yüksəldilməsi, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması və digər etik mövzularla bağlı təbliğat işi daha da təkmilləşdirilmiş, dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi işi davam etdirilmiş, dövlət qulluqçularının qeyri etik davranışı barədə şikayət etmək imkanlarının genişləndirilməsinə tamamilə şərait yaradılmışdır.
   Tədbirdə vətəndaşlarla nəzakətli, səbirli və məsuliyyətli davranılmasına riayət edilməsinin zəruriliyi vurğulanmışdır.
  Daha sonra Hüquq şöbəsinin aparıcı məsləhətçisi Nasir Quliyev qanunvericilik aktlarından danışaraq dövlət qulluğunun Azərbaycan Respublikasının Konstitusiyası, Dövlət qulluğu haqda qanun və digər normativ hüquqi aktlarla tənzimləndiyini qeyd etdi. O idarəçilik, dövlət qulluğunda kateqoriyalar, etik davranış prinsipləri, mövcud standartlar haqda tədbir iştirakçılarına məlumat verdi. Etik davranış qaydaları sahəsində beynəlxalq qanunvericiliyinin mövcudluğunu qeyd edən Nasir Quliyev dövlət qulluqçuları üçün etik davanış qaydaları haqqında qanunda vicdanlı davranış, loyallıq, ictimai etimad, maraqların toqquşması, əmlakdan istifadə, mədəni davranış və digər prinsiplərin oduğunu bildirib və bu prinsiplər haqda ətraflı məlumat verib.
Keçidlər