Şriftin ölçüsü :

Saytın rəngi :

23 fevral 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “O gecənin sazağı Zəfər ilə isindi” adlı tədbir keçirilib.

23 fevral 2024 | 09:43
23 fevral 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “O gecənin sazağı Zəfər ilə isindi” adlı tədbir keçirilib.
  Tədbirdə çıxış edənlər öz çıxışlarında xalqımızın və bəşəriyyətin tarixinə faciə kimi daxil olmuş Xocalı soyqırımından bəhs edərək qeyd etdilər ki, artıq Xocalı faciəsindən 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qətl hadisəsi, Ermənistanın işğalçılıq siyasətinin nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisi idi. Həmin gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. Vətən müharibəsində Ermənistan bir daha öz qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkərlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən Ermənistan, quldur erməni silahlı birləşməşləri növbəti dəfə və bütövlükdə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Lakin Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun sərt üzü ilə qarşılaşdı. Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca yenidən səfərbər və tək yumruq oldu. Biz illərdir bu anı gözlədik Xocalının intiqamını bu birliyimizlə aldıq. Ermənistana layiq olduğu yer göstərildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və Şanlı ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılan Zəfərlə Xocalı şəhidlərinin qisası alınmışdır. Azərbaycan xalqının heç vaxt bu faciəni unutmayacaq. Azərbaycan xalqı həmişə Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, xalqımıza qarşı törədilmiş bu qətliamın ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyir.
Sonda isə Xocalı faciəsindən bəhs edən videorolik nümayiş olunub.
Keçidlər