Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Xocavənd rayonunda tədbir keçirmişdir .
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci il 11 mart tarixli 11 saylı iclasının qərarına uyğun olaraq, Məcburi Köçkünlər Cəmiyyəti İctimai Birliyi tərəfindən 10 iyun 2015-ci il tarixdə Xocavəndli məcburi köçkünlər üçün yeni salınmış 320 ailəlik qəsəbədə, “Ekoloji və sanitar durumun yaxşılaşdırılması üzrə məcburi köçkünlərə sosial dəstəyin verilməsi və maarifləndirilməsi işinin təşkili” adlı layihənin icrasına başlanılmışdır. Layihənin məqsədi Xocavəndli məcburi köçkünlər üçün yeni salınmış 320 ailəlik qəsəbədə ekoloji təmiz mühitə nail olmaq, onlara gigiyenik vərdişləri aşılamaqla sosial dəstək verməkdir. Layihə çərçivəsində Xocavənd qəsəbəsində ekoloji-gigyenik, sosioloji monitorinqlər, abadlaşdırma və yaşıllaşdırılma işləri aparılmış, məcburi köçkünlərin gigiyena mədəniyyətinə dair maarifləndirilməsi istiqamətində seminar keçirilmişdir.