Silahlı Qüvvələr Günü münasibəti ilə Beyləqan rayonu ərzisində yerləşən N saylı hərbi hissədə tədbir keçirilmişdir.
Silahlı Qüvvələr Günü münasibəti ilə Beyləqan rayonu ərzisində yerləşən N saylı hərbi hissədə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Beyləqan şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə tər gül-çiçəklər düzüblər.Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram münasibətilə təbriki şəxsi heyətə çatdırılıb.Tədbirdə çıxış edən zabit Elçin Kərimov Milli Qurtuluş Günü və Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib. Bildirib ki, iyun ayının 15-dən etibarən Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə hərbi hissələr arasında idman yarışlarına start verilib. Üç yüz idmançının iştirak etdiyi futbol, voleybol, üç min metr məsafəyə qaçış və estafet yarışlarına Silahlı Qüvvələr Günündə yekun vurulur.Tədbirdə çıxış edən Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bayram münasibətilə əsgər və zabitləri təbrik etmiş onlara xoş arzularını çatdırmışdır. Başçı Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələrin Prezident, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən inam və qətiyyətlə gerçəkləşdirildiyini və hazırda beynəlxalq standartlara cavab verən, Silahlı Qüvvələrimizin, Milli Ordumuzun əsgər və zabitlərinin respublikamızın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, Ermənistan silahlılarının nəzarət altında saxladığı torpaqlarımızı işğaldan azad, həmçinin ərazi bütövlüyümüzü bərpa etməyə hər an hazır olduğunu bir daha vurğulamışdır. Natiq regionda günü-gündən qüdrətlənən Azərbaycan ordusunun tezliklə Qarabağ torpaqlarını işğaldan azad edəcəyinə və həmvətənlərimizin doğma ata-baba yurdlarına qayıdacaqlarına inandığını bildirmişdir. Sonda qalib komandaların mükafatlandırma mərasimi oldu.