24 may 2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir
24 may 2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir. Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti və Müzəffər Ordumuzun əzmkarlığı nəticəsində Ermənistan işğalında olan torpaqlarmız geri alındı. Bu tarixi zəfər təkcə Azərbaycan xalqının otuz illik işğal altında qalan əzəli torpaqlarının azadlığa qovuşması tarixi deyil. Bu tarixi zəfər həm də qüdrətli Azərbaycan ordusunun dünya hərb tarixinə qızıl hərflərlə həkk edilən döyüş dastanıdır. Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.