Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı tədbir keçirilib.

30 sentyabr 2012 | 15:00

Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında tədbir keçirilib. Tədbirin əvvəlində Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olan Nərgiztəpə ərazisində Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı sentyabrın 29-da keçirilmiş yürüş-mitinqdən hazırlanan film nümayiş etdirilidi. Tədbirdə çıxış edən “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistanın Azərbaycana təcavüzünün tarixindən danışıdı. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov isə çıxışında bildiridi ki, Xocavənd rayonunun 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Daha sonra Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması analitik-informasiya şöbəsinin müdiri Elçin Əhmədov, Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin üzvü Umud Rəhimoğlu çıxış edərək bildiriblər ki, Ermənistan dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Sonda tədbir iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanın nəzarətində olmayan Dağlıq Qarabağ ərazilərinin və digər yeddi rayonun tezliklə işğaldan azad olunacağına və üçrəngli bayrağımızın həmin torpaqlarda dalğalanacağına əmin olduqlarını bildiriblər.

Keçidlər