Polis Günü ilə bağlı tədbir keçirilib.
02 iyul 2015-ci il tarixdə Xocavənd rayonunda Polis Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Xocavənd qəsəbəsində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri qoymuşlar. Daha sonar tədbir rayon Mədəniyyət evində davam etdirilib. Xocavənd Rayon Polis Şöbəsinin işçiləri və polis veteranlarının iştirak etdiyi tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, Polis günü ölkəmizdə əmin-amanlığın əsas təminatçısı olan daxili işlər orqanları əməkdaşlarının Vətənə və vəzifə borcuna sədaqətinin rəmzidir. Polis yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etmiş, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən gəlmiş, polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək öz şərəfli missiyasını layiqincə yerinə yetirmişlər. Hal-hazırda Cənb Prezidentimiz rəhbərliyi ilə Polis orqanlarında mütəmadi olaraq islahatlar aparılır, peşəkarlığın artırılması istiqamətində mühüm addımlar atılır, polisin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür.Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi Yadigar Hüseynovbayram münasibətilə plisləri təbrik etdi, Xocavənd polisinin əldə etdiyi uğurlardan və qarşıya qoyulan vəzifələrdən danışdı.Sonda üzərlərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirdiklərinə, polis adını və şərəfini həmişə uca tutduqlarına görə Xocavənd Rayon Polis Şöbəsinin bir sıra əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ları ilə təltif edildi, veteran polislər qiymətli hədiyyələrlə mükafatlandırıldı.