Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
22 iyul 2015-ci il tarixdə Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin eləcə də ziyalıların qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, 140 illik yubileyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışıb. Əfsanə Quliyeva Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən şərəfli yol keçdiyini, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğunu bildirmişdir. Natiq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın da bir sıra problemlərlə üzləşdiyini, lakin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atılmasını, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığının təsbit olunmasını, həmçinin senzuranın ləğv edilməsini milli mətbuatımıza göstərilən ən böyük diqqət və qayğının olduğunu bir daha vurğulamışdır. Əfsanə Quliyeva çıxışı zamanı cənab prezidentimiz İlham Əliyev tərəfindən ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini diqqətə çatdırdı. Tədbirdə çıxış edən ziyalılar Azərbaycan milli mətbuatının tarixinin zəngin və keşməkeşli olduğunu bildirib, müasir mətbuatımızın bu gün uğurla inkişaf etdiyini və milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması istiqamətində mühüm rol oynadığını vurğulamışlar.