Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon İcra hakimiyyəti başçısı aparatının 2015-ci ilin birinci yarısı ərzində gördüyü işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirilmişdir.

30 iyul 2015 | 15:00

Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyevin iyul ayının 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci  yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı giriş və yekun nitqində qarşıya qoyulan vəzifələr və Xocavənd rayon İcra hakimiyyəti başçısı aparatının 2015-ci ilin birinci yarısı ərzində gördüyü  işlər  və  qarşıda duran vəzifələr” barədə
                                       
                                        H E S A B A T I

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş sosial-iqtisadi inkişaf kursunun, möhtərəm cənab Prezident tərəfindən inamla və uğurla davam etdirilməsi sayəsində 2015-ci ilin birinci yarısında da ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, sosial-iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların hərtərəfli inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuş, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilmişdir.
Azərbaycanda davamlı olaraq həyata keçirilən genişmiqyaslı islahatlar, məqsədyönlü şəkildə reallaşdırılan və Respublikanın sosial-iqtisadi inkişafında mühüm rol oynayan “Dövlət Proqram”larının uğurlu icrasının  nəticəsində ölkəmiz qısa müddət ərzində  sürətli inkişaf yoluna qədəm qoymuş,  bütün istiqamətlər üzrə müstəqil siyasət yeridən Azərbaycan dövləti sosial-iqtisadi inkişaf tempinə görə regionun ən qüdrətli dövlətinə çevrilmişdir.
Ölkədə davam edən iqtisadi inkişaf dinamikası cari ilin birinci yarısında da davam etmiş, nəzərdə tutulan sosial-iqtisadi tədbirlərin həyata keçirilməsi tam təmin olunmuşdur. Qeyd olunan dövr ərzində iqtisadi islahatların keyfiyyət və kəmiyyət baxımından dərinləşdirilməsi sərmayə iqliminin və azad biznes mühitinin yaxşılaşmasına və ölkəmizdə rəqabət qabiliyyətliliyin    səbəb olmuşdur. Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək real öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə imkan vermişdir. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. Məhz bunun nəticəsidir ki, son illərdə ölkədə iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuşdur. Həyata keçirilən davamlı və düşünülmüş uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı 2015-ci ilin birinci yarısında da öz dinamik inkişafını təmin etməklə bərabər makroiqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir. Azərbaycan Respublikası milli mənafelərə və sosial rifaha xidmət edən özünəməxsus milli iqtisadi inkişaf modeli ilə bir sıra mühüm uğurlara imza ataraq Cənubi Qafqazda lider ölkə statusunu qoruyub saxlamışdır.
Ölkə iqtisadiyyatında son dövrlər əldə olunmuş makroiqtisadi sabitlik, dinamik artım, habelə yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsində qazanılmış uğurlar cənab Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafının prioritet istiqamətləri üzrə həyata keçirdiyi sistemli və ardıcıl fəaliyyətinin nəticəsidir. Möhtərəm Prezidentin praqmatik düşüncəsinin və yaradıcı təfəkkürünün məhsulu olan və uğurla gerçəkləşdirilən  sosial-iqtisadi siyasət nəticəsində maliyyə sabitliyinin qorunması ilə yanaşı, dayanıqlı iqtisadi artım təmin edilmiş, iqtisadiyyatın modernləşməsinə dəstək verən islahatlar sayəsində qeyri-neft sektoru sürətli inkişaf yoluna qədəm qoymuş və nəticədə ölkəmizin dünyada islahatçı imici daha da möhkəmlənmişdir.
Dövlət başçısının fəaliyyətinin başlıca şərti ölkəmizin tərəqqisinə və əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına nail olmaq, ölkənin strateji inkişaf modelinin mühüm bir elementi olan regionların sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”larının həyata keçirilməsini təmin etməkdir. Bu, cənab Prezidentin regionlara son dərəcə böyük diqqətinin göstəricisi olmaqla yanaşı, həm də bölgələrdə sosial-iqtisadi infrastrukturun inkişafına, əhalinin məşğulluğunun artırılmasına, bölgələrdə tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasına xidmət etmişdir. Müxtəlif dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər ölkədə makroiqtisadi sabitliyin təmin edilməsində, iqtisadiyyatın dinamik inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasında mühüm rol oynayır. Xüsusən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ölkədə daxili istehsal dəfələrlə artmış, yeni sənaye sahələri yaradılmış, zəruri infrastruktur qurulmuş, o cümlədən nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə mühüm layihələr həyata keçirilmişdir. Ötən dövr ərzində dövlət başçısının regionlara mütəmadi səfərləri, müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olması və hər bir rayonun inkişafı ilə bağlı spesifik vəzifələri müəyyən edərək verdiyi tapşırıq və tövsiyələr, imzaladığı sərəncamlar regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır.
Qloballaşan dünyanın tələblərinə uyğun, yeni məzmun və keyfiyyətdə düzgün siyasi–iqtisadi istiqamətin uğurla davam etdirilməsi sayəsində Respublikanın iqtisadi imkanları genişləndikcə sosial məsələlərin həllinə diqqət artırılmış, xalqımızın rifah halının yaxşılaşdırılması üçün daha təsirli addımlar atılmaqla bərabər infrastruktur layihələr vaxtlı-vaxtında icra olunmuş, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük layihələr həyata keçirilmişdir.
Hesabat dövründə həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Ümummilli  Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlu icrası nəticəsində Azərbaycan  enerji sahəsində dünya miqyasında çox etibarlı bir ölkəyə çevrilmişdir. Neft-qaz layihələri və neft-qaz kəmərləri bu gün Azərbaycana dünya miqyasında çox önəmli neft-qaz hasil və ixrac edən ölkə statusu qazandırmışdır.
İyulun 13-də Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi, ötən dövr ərzində qarşıda duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı davam etmişdir. Hesabat dövründə həyata keçirilən iqtisadi siyasət nəticəsində bütövlükdə ümumi daxili məhsulun artımı 5.7 faiz təşkil etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu artım qeyri-neft sektorunun hesabına əldə edilmişdir. Bu ilin birinci yarısında qeyri-neft sektorunun inkişafı 9.2 faiz səviyyəsində olması onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz neft-qaz amilindən asılılığını azaltmış və beləliklə dayanıqlı inkişaf  artıq reallığa çevrilmişdir. Həmçinin sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi isə 14 faizdən çox artmışdır.
Ölkəmizə altı ay ərzində 12,7 milyard manat sərmayə qoyulmuşdur ki, bu da çox böyük rəqəmdir və bu birinci altı ayda xarici investisiyalar üstünlük təşkil edir. Son illərdə  daxili investisiyalar üstünlük təşkil edirdisə, bu ilin birinci yarısında isə xarici sərmayə üstünlük təşkil edir. Bu da müsbət haldır, çünki bu rəqəm yenə də göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur.
2015-ci ilin altı ayı ərzində inflyasiya cəmi 3.5 faiz olmaqla bir rəqəmli səviyyədə qalmış və əldə edilmiş davamlı iqtisadi inkişaf  insanların  rifah  halının yaxşılaşmasına xidmət göstərmişdir. Həyata keçirilən islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir. Dövlət başçısının qeyd etdiyi kimi, respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin artması davam etdikcə, sosial sahəyə ayrılan vəsaitlərin həcmi də artacaq, maaş və pensiyaların, təqaüdlərin qaldırılması siyasəti davam etdiriləcəkdir.
Əhalinin pul gəlirləri 6.2 faiz olmaqla təxminən iki dəfə inflyasiyadan artıqdır və  bu ilin birinci yarısında da əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və pensiyaların qaldırılması nəticəsində orta əməkhaqqı və orta pensiya daha da  artacaqdır.
Dövlət başçısı tərəfindən aparılan tarazlaşdırılmış siyasətin, regional və qlobal enerji layihələrinin gerçəkləşdirilməsi, inkişaf etmiş ölkələrlə bərabər səviyyəli əməkdaşlıq, iqtisadi inkişaf tempinin uğurla davam etdirilməsi Azərbaycan xalqının mənafeyinə xidmət göstərməklə bərabər daha firavan gələcəyini də təmin edir. Elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər bir fərdin maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir. Sosial sahə insanların rifah halını, rahat yaşamasını təmin edən sahə olduğu üçün Azərbaycan dövləti bu sahəni daim diqqət mərkəzində saxlayır. Neftin dünya bazarında qiymətinin enməsinə baxmayaraq, gəlirlərimizin  azalmasına baxmayaraq, əvvəlki illərdə əldə edilmiş maliyyə resursları, eyni zamanda, düşünülmüş siyasət, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi imkan verir ki, hətta azalan gəlirlərlə bütün sosial öhdəliklər yerinə yetirilsin və ölkə üçün vacib olan infrastruktur layihələr icra edilsin. Cənab Prezidentin qeyd etdiyi kimi, ”bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə biz yeni təşəbbüslər haqqında fikirləşirik”.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə əhalisinin real gəlirlərinin artmasına, yoxsulluğun aşağı salınmasına, məşğulluğun gücləndirilməsinə, əmək resurslarından səmərəli istifadə olunmasına, müharibə əlilləri və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına, tibbi-sosial reabilitasiya sisteminin müasir tələblər səviyyəsində qurulmasına, əhaliyə ödənişlərin artırılmasına yönəlmiş sosial siyasəti 2015-cü ilin birinci yarısında da uğurla davam etdirilmişdir.Cari  ilin birinci yarısında aztəminatlı əhalinin sosial-iqtisadi problemlərinin həlli, onların yaşayış səviyyəsinin qaldırılması və sosial yardımların ünvanlılığının təmin edilməsi sahəsində ciddi addımlar atılmışdır. Bu dövrdə respublika üzrə orta hesabla 112  min ailənin 490 min nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 faiz az olmaqla, normal azalma meylini özündə əks etdirir. Ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği isə 150 manat olmuşdur.        
Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Birinci yarımildə sahibkarlığın inkişafı istiqamətində görülən əsas tədbirlər sırasında biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi kimi prioritet məsələlər mühüm yer tutmuşdur. Sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə cari ilin ilk altı ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96,0 milyon manat həcmində güzəştli kreditlər verilmişdir.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair “Dövlət Proqramı”nın icrası davam etdirilərək hesabat dövrü ərzində kənd təsərrüfatı sahəsində 7.3 faiz artıma nail olunmuş, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam  etdirilmişdir. Ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi, neft-yanacaq kompleksinin yenidən qurulması, qeyri-neft sektorunun çoxşaxəli inkişafının təmin olunması, özəl sektora dövlət dəstəyinin artırılması, milli sahibkarlığın ixrac potensialının gücləndirilməsi, sosial infrastrukturun tamamilə yenilənməsi və digər mühüm istiqamətlər üzrə yeni vəzifələr müəyyən olunmuşdur. Hazırda aparılan islahatlar, işlərin təkmilləşdirilməsi və düşünülmüş siyasət, yaxın illərdə bu sahədə daha da sürətli artıma təkan verəcəkdir. Taxılçılıqda məhsuldarlıq böyük dərəcədə - təxminən 20 faiz artmışdır. Əgər əvvəllər hər hektardan 22 sentner məhsul götürülürdürsə, indi 30 sentner məhsul götürülür. Həmçinin dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir. Eyni zamanda əlbəttə, gələcəkdə daha da ciddi işlər aparılacaq ki, həm məhsuldarlıq artsın, həm də torpaq fondumuzdan maksimum dərəcədə istifadə edə bilək.
Ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Həyata keçirilən davamlı islahatlar nəticəsində bərqərar olmuş iqtisadi sabitlik, infrastruktur layihələr, sosial proqramlar 2015-ci ilin birinci yarımili ərzində müsbət nəticələrə gətirib çıxarmışdır. Bir sıra inkişaf etmiş ölkələrdə işsizliyin sayının artımı fonunda Azərbaycanda iş yerlərinin bağlanması kimi mənfi meyl olmamış, əksinə hesabat dövründə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan da 48 mini daimi iş yeridir. Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun nəticəsidir ki, Azərbaycanda işsizlik hesabat dövründə 5 faiz səviyyəsində olmuşdur.
Həmişə olduğu kimi, sosial sahələrin inkişafı yenə də diqqət mərkəzində saxlanılmış, birinci yarımil ərzində regionlarda 20-dən çox  məktəb, 30-dan çox tibb müəssisəsi və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 300-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir. Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində isə, hesabat dövründə 10 təhsil, 8 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşmışdır və 100-ə yaxın təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektdə işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər aparılan məqsədyönlü siyasət nəticəsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da gücləndirilmişdir. Burada inzibati tədbirlərlə bərabər, eyni zamanda bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında elektron xidmətə keçid məsələləri də mühüm əhəmiyyət kəsb etmişdir. Bu səbəbdən özündə bir çox amilləri- innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik və müasirliyi cəmləşdirən  “ASAN xidmət” mərkəzləri paytaxt və regionlarda fəaliyyət göstərir. Orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədə olmaqla bərabər,eyni zamanda cəmiyyət tərəfindən çox müsbət qarşılanır.
Mötəbər beynəlxalq qurumlar, Dünya Bankı, Dünya İqtisadi Forumu, Valyuta Fondu Azərbaycanda gedən sosial-iqtisadi prosesləri təqdir edirərək, yüksək qiymətləndirmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, dünyanın əsas reytinq agentlikləri Avropanın bəzi ölkələrinin kredit reytinqlərinin aşağı salındığı  bir dövrdə Azərbaycanın kredit reytinqini artırmışlar. Ölkəmizdə investisiya iqlimi çox müsbətdir. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə isə Azərbaycan MDB məkanında liderlik rolunu saxlayır.Ötən dövr ərzində ölkəmizin beynəlxalq nüfuzu da gündən-günə artaraq dünya birliyinin etibarlı, dəyərli üzvünə çevrilmişdir.
2015-ci ilin müvafiq dövründə ölkəmizin xarici iqtisadi siyasətinin möhkəmləndirilməsində də nəzərəçarpan addımlar atılıb. May ayında Bakıda 67 ölkənin üzv olduğu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının keçirilməsi Asiya və Sakit okeanı regionunda iqtisadi inkişafın və təkamülün təmini istiqamətində növbəti bir mərhələ olmaqla yanaşı, ölkəmizin Asiya dövlətləri ilə hərtərəfli əməkdaşlığının genişlənməsinə böyük imkanlar açıb. Azərbaycan öz dini, milli, mənəvi dəyərlərinə sadiq olaraq müasirlik yolu ilə uğurla, inamla gedir. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurmuşuq və bizə göstərilən hörmət, əlbəttə ki, bizi sevindirir. Dövlət, hökumət başçılarının Azərbaycana səfərləri, beynəlxalq tədbirlərdə cənab Prezidentin iştirakı bunu bir daha əyani olaraq göstərir. Azərbaycan bu gün dünya miqyasında öz güclü yerini tutmuş ölkədir və ölkəmizin dünya miqyasında hörməti getdikcə artır. Eyni zamanda, dövlət başçısı ilin əvvəlində dünyanın iki aparıcı iqtisadi və siyasi forumları olan və məhdud sayda qonaqların dəvət edildiyi Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransında iştirak etmişdir. Bu tədbirlərdə dünyanın həm üzləşdiyi problemlər açıq və qapalı şəkildə müzakirə edilir, həmçinin orada imkan yaradılır ki, hər bir iştirakçı öz baxışlarını ifadə etsin, öz fikirlərini bölüşsün. Azərbaycanın mövqeyi bir çox məsələlərlə bağlı çox böyük önəm daşıyır. Təkcə enerji siyasəti deyil, ümumiyyətlə, geosiyasi məsələlər, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və sabitlikb mühüm əhəmiyyət kəsb edir. Çünki indi dünyanın hər bir yerində qarşıdurma, müharibə, ziddiyyət, böhran, çevrilişlər və digər xoşagəlməz hallar müşahidə edilsə də, Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır və təbii ki, bu, dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Əlbəttə, antiazərbaycan qüvvələri bizə qarşı durmadan fəaliyyət göstərir. Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə də bilməz. Sabitlik, inkişaf, xalqla iqtidar arasındakı birlik bir daha onu göstərir ki, bizə qarşı aparılan kampaniyalar, yaxud da ki, burada hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur və ola da bilməz, Azərbaycan inamla inkişaf edir və bu səylər davam edəcəkdir.
   2015-cü ilin birinci yarımilində ölkəmizin milli enerji təhlükəsizliyinin möhkəmlənməsi istiqamətində enerji sektorunda da önəmli hadisə baş vermişdir. Fevralın 12-də “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilmişdir. Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan bu layihələrin də icrasında liderlik keyfiyyətlərini nümayiş etdirir. Mart ayında Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməl daşı qoyulmuşdur.
     Həmçinin hesabat dövrü ərzində yeni sənaye müəssisələrinin inşası davam etdirilmiş, sənaye texnoparkları layihəsi ilə bağlı işlər sürətləndirilib, xarici sərmayəçilərin bu sahəyə cəlb olunması istiqamətində razılaşmalar əldə olunmuşdur. Sevindirici haldır ki, sənaye istehsalı birinci yarımildə də artmışdır. Bildiyimiz kimi, son illər ərzində neftin hasilatının bir qədər düşməsi nəticəsində biz sənaye istehsalında artımı müşahidə etmirdik. Son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsində sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft  sənayesi isə 14 faizdən çox artmışdır. Əvvəlki illərdə müasir sənaye komplekslərinin, texnoparkların yaradılması, kiçik və orta sahibkarlığın inkişafı sayəsində sənaye potensialımızın güclənməsi  nəticəsində Azərbaycanda sənaye istehsalı artır. Sənayenin inkişaf etdirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq iri şəhərlərdə və bölgələrdə sənaye texnoparklarının, yüksək texnologiyalar parklarının yaradılması, sənayenin infrastrukturunun yenidən qurulması işləri davam etdirilir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin qaçqınlara və məcburi köçkünlərə daim həssas, diqqətli və qayğıkeş münasibəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daha dolğun şəkildə davam etdirilir. Ulu Öndər Dövlət Neft Fondunun ilk vəsaitini bu sahəyə yönəltməklə bir daha göstərdi ki, bu, Azərbaycanın bir nömrəli, prioritet problemidir və bu gün də qalmaqdadır. Ölkəmizin iqtisadi, ictimai-siyasi həyatında növbəti uğurlu dövr hesab olunan 2015-ci ilin birinci yarımilində də öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbəri cənab İlham Əliyevin diqqət mərkəzində olmuş, bu sahə ilə bağlı qəbul edilmiş Dövlət proqramları və ona Əlavələrin icrasının uğurla davam etdirilməsi sayəsində hər il orta hesabla 20 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülür.
Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, gündən-günə artır və cəbhə bölgəsində keçirilmiş təlimlər həm praktik nöqteyi-nəzərdən, eyni zamanda, gücümüzü nümayiş etdirmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malik məsələlərdir. Ordu quruculuğu bizim üçün daim prioritet məsələdir və xüsusilə qeyd etmək lazımdır ki, Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri, Hərbi dəniz qüvvələri bazası, bu il Azərbaycanda istifadəyə verilmişdir. Bütün digər lazımi tədbirlər görülür, hərbi şəhərciklər, bazalar tikilir, təmir olunur, əsgərlər, zabitlər üçün gözəl şərait yaradılır. Təbii ki, silah-sursat, maddi-texniki təminat daim diqqət mərkəzindədir. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın yeganə güc vahidi olmaqla, dünya miqyasında güclü ordular sırasındadır.
Cənubi Qafqaz regionunun lider ölkəsi, müasir beynəlxalq münasibətlərin güclü və nüfuzlu faktoru olan Azərbaycan özünün səmərəli xarici siyasət kursu ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verən ölkəmiz, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edir. Ümumiyyətlə, son zamanlar regionda, bütövlükdə Avrasiya geosiyasi məkanında baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Eyni zamanda, növbəti dəfə aşkar oldu ki, ölkəmiz öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları əsasında davam etdirir. Daha dəqiq desək, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni, istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.
Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş hələ ki, yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Bəllidir ki, Azərbaycan diplomatik səylərini gücləndirdiyi və lazımı addımları atdığı halda, işğalçı Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir, ancaq Ermənistan buna məhəl qoymur və bu dövlətlər bu bəyanatlardan başqa heç bir konkret addımlar da atmırlar. Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün bundan sonra da fəal səylər göstərəcəkdir və münaqişə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əgər Qərb dünyası postsovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edirsə, bizim münaqişə də öz həllini bu prinsiplər üzərində tapmalıdır. Çünki Ermənistan Azərbaycanın tarixi, qanuni torpaqlarını işğal edibdir.
Milli-mənəvi dəyərlərin qiymətləndirilməsi, insan kapitalının qorunub inkişaf etdirilməsi, hüquq və azadlıqlarının, milli həmrəyliyin təmin edilməsi və ən başlıcası vətəndaş cəmiyyətinin qurulması ölkə Prezidentinin fəaliyyətinin  prioritet istiqamətlərindən biridir. Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifah halının yaxşılaşması naminə dövlət tərəfindən görülən işlər Azərbaycanın tərəqqisini və xalqımızın rifahını yüksəldir. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin davamı olaraq bu işə xidmət edən, genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olan Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə qeyd etmək zəruridir. Fond tərəfindən Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına gətirib çıxarmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin, mədəniyyətin və incəsənətin inkişafı ilə bağlı gördüyü işlərin hər biri Azərbaycanın sivil bir dövlət olaraq inkişafına əhəmiyyətli dərəcədə kömək göstərmişdir.
Ölkəmizin 2015-ci ilin birinci yarımilliyinin ictimai-sosial və iqtisadi həyatının ən əlamətdar hadisəsi sözsüz ki, Bakıda ilk Avropa Oyunlarının keçirilməsi olmuşdur. Müstəqillik tariximizin qürurverici səhifələrindən birinə, ölkə üzrə ümummilli həmrəyliyin göstəricisinə çevrilən bu möhtəşəm idman bayramı müstəqil Azərbaycanın yetirmələri olan gənc idmançılarımızın doğma azarkeşlərə bəxş etdikləri hədsiz qələbə sevinclərini, onların əzmli mübarizəsini və gücünü nümayiş etdirməklə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən ən mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha sübut etdi.Onilliklər ərzində ideya kimi qalan Avropa Oyunlarının tarixdə ilk dəfə təşkil olunmasında, köhnə qitənin 50 ölkəsindən ən güclü atletlərin bir araya gətirilməsində və Oyunların bütün beynəlxalq standartlara cavab verən yüksək təşkilatçılıq səviyyəsində keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin peşəkar komanda işi, fədakar fəaliyyəti və yüksək vətənpərvərliyi xüsusi qeyd olunmalıdır.
Azərbaycan Respublikası regionlarının sosial inkişafına dair Dövlət Proqramlarının uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, “Dövlət Proqramı” çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş “Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunun inzibati ərazisinə daxil olan strateji əhəmiyyətli “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar layihə smeta sənədləri hazırlanmış və hələlik maliyyə vəsaiti ayrılmaması səbəbindən  yolun  çəkilişi müvəqqəti olaraq dayandırılmışdır. 
“2014-cü ildə Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran  vəzifələr barədə” 20 fevral 2015-ci il tarixdə keçirilmiş hesabat yığıncağında qeyd olunan nöqsan  və təkliflərlə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq  uzunluğu 5.6 km  olan Xocavənd qəsəbəsinin giriş və mərkəzi yolu asfalt örtüyü ilə asfallanmışdır. Xocavənd qəsəbəsinin abadlaşdırılması, Bayraq Meydanının, İdman zalının tikintisi, Xocavənd  qəsəbəsində telefonlaşma işləri, eyni zamanda Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrinin telefonlaşması üçün tikinti işləri davam etdirilir.
  2015-cü ilin altı ayı  ərzində idarə, müəssisə və təşkilatlar tərəfindən rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmiş rayon üzrə 2834 ədəd ağac əkilmişdir. Eyni zamanda “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərşivəsində həyata keçirilmiş ağacəkmə kampaniyasına uyğun olaraq rayonun giriş yollarının kənarlarında  750 ədəd ağac əkilmiş və bu işlər gələcəkdə  də davam etdiriləcəkdir.
         Rayon  Məşğulluq  Mərkəzinə 2015-ci ilin birinci yarımilliyində 52 nəfər  işaxtaran (28 nəfəri qadın) vətəndaş müraciət etmişdir ki, müraciət edən vətəndaşlardan 47 nəfəri işlə təmin olunmuşdur (onlardan 4 nəfəri əvvəlki illərdə mərkəzdə qeydiyyatda olanlardır). Mərkəzə müraciət etmiş işaxtaran vətəndaşların işlə təmin olunması mümkün olmadığı üçün 4 nəfərə işsizlik statusu verilərək qanuna müvafiq qaydada müavinət təyin edilmişdir. Məcburi köçkün əhalinin məşğulluğunun təmin edilməsi və maddi-rifah halının yüksəldilməsi məqsədi ilə cari övr ərzində 39 yeni iş yeri açılmışdır. Son on  ildə  isə rayonda  1343 iş yeri açılmışdır  ki, onlardan 700-ü daimi  iş yeridir. 
2015-ci ilin altı ayı ərzində  rayonun yerli gəlirləri dotasiya ilə birlikdə 2510.8  min manata qarşı 2511.7 min manat yerinə yetirilmişdir ki, bu da illik proqnozun 100 faizini təşkil etmişdir.
      2015-ci ilin  ikinci rübündə  xərc 5521.5 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 380.4 min manat az olmuşdur. Rayon üzrə orta aylıq əmək haqqı  isə 253.1  manat təşkil etmişdir.                                           
        2015-ci ilin altı ayı ərzində  Xocavənd Rayon Vergilər Şöbəsi tərəfindən qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı tədiyyə növləri üzrə 388.3 min  manat proqnoza qarşı 382.5 min  manat dövlət büdcəsinə vəsaitin köçürülməsi təmin edilmiş  və proqnoza 98.5  faiz əməl olunmuşdur.
Büdcəyə vergi və digər daxilolmalar 2014-cü ilin müvafiq dövrü ilə  müqayisədə 38.7 min manat az olmuşdur.
  “Azərpoçt” MMC-nin Xocavənd Rabitə Qovşağının əsas fəaliyyət növü poçt rabitəsi olmaqla əhaliyə bir sıra ənənəvi, qeyri-ənənəvi poçt, bank və maliyyə xidmətləri göstərir. 2015-cü ilin altı ayı ərzində poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkşafında və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülmüşdür. Görülmüş işlərin nəticəsi olaraq filial üzrə altı aylıq tarif gəliri tapşırığına 140 faiz yerinə yetirilmişdir.
   
             Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər
2015-ci ilin birinci yarımili ərzində rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2007,  o cümlədən  inək və camışlar 1055 baş, qoyun və keçilər 14276 baş olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı ( diri çəkidə) 1531,0 sentner, süd istehsalı (fiziki çəkidə) 7202,0 sentner, yumurta istehsalı (min ədədlə) 162,0 ədəd, yun istehsalı (fiziki çəkidə) 362,0 sentner  olmuşdur. Bundan başqa  01 iyul 2015-ci il tarixi vəziyyətinə 3230,0 hektar  buğda sahəsindən hər hektara 31,2 sentner olmaqla 100776,0 sentner məhsul əldə olunmuşdur. Həmçinin 317,0 hektar arpa sahəsindən hər hektara 25,6 sentner olmaqla 8115,2 sentner, 15,0  hektar  kartof sahəsindən hər hektara 115,0 sentner olmaqla 1725,0 sentner, 18,7 hektar tərəvəz sahəsindən isə 1772,2 sentner məhsul əldə olunmuşdur ki, bu da hər hektara 94,7 sentner məhsul deməkdir.

                        Əhalinin sosial müdafiə məsələləri
Hesabat dövrü ərzində DSMF Xocavənd Rayon Şöbəsi müəssisələrdən, təşkilatlardan, idarələrdən, kooperativlərdən, vətəndaşlardan və fərdi əməklə məşğul olan şəxslərdən sosial sığorta ayırmalarının yığılması istiqamətində zəruri işlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə büdcə və qeyri-büdcə gəlirlər plan proqnozu 480.7 min manat, o cümlədən 454.6  min manat  büdcə, 26.1 min manatı qeyri-büdcə təşkil etmişdir. Büdcə üzrə plan proqnoz 454.6  min manata qarşı 406.5  min manat  (89.4%), qeyri-büdcə üzrə 26.1 min manata qarşı  16.2 min manat (62%) əməl edilmişdir. Ümumilikdə isə məcburi dövlət sosial sığorta haqları üzrə plana 88 faiz əməl olunmuşdur.
01 iyul 2015-ci il tarixə Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon Şöbəsində 1120 nəfər təqaüdçü qeydə alınmışdır ki, bunlardan 1028 nəfəri işləməyən, 92 nəfəri isə işləyən təqaüdçülərdir. Altı ay ərzində   işləyən və işləməyən  əhaliyə  müavinətlərin  ödənilməsi  üçün  1104.3  min  manat  vəsait  xərclənmişdir.
2015-ci ilin altı ayı ərzində vətəndaşlar tərəfindən Xocavənd Rayon Əhalinin Sosial  Müdafiəsi  Mərkəzinə təqdim edilən sənədlər diqqətlə öyrənilərək sosial yardıma ehtiyacı olan ailələr müəyyənləşdirilmiş və  ünvanlı sosial yardım almaq üçün müraciət edən 72 nəfərə təyinat aparılmışdır. Rüb ərzində 152 nəfər 619 ailə üzvünə ÜDSY verilmişdir. Ümumulikdə ÜDSY aylıq məbləği 22243 manat olmuş,  bir nəfərə düşən ünvanlı sosial yardım  isə 35.93 manat təşkil etmişdir.
Şəhid ailələrinə təyin edilmiş 100 manat Prezident təqaüdü  üçün 68 şəhid ailəsinə 77106.0 manat təyinat aparılmışdır. Altı ay ərzində  Mərkəz  531 nəfərə sosial müavinət vermişdir ki, onlardan 2 nəfəri yaşa, 22  nəfəri  ailə başçısını itirdiyinə, 110 nəfər əlilliyə görə, eləcə də 53 nəfəri 18 yaşadək əlil, 320 nəfər müharibə veteranı olmuşdur. 01 iyul 2015-ci il tarixə  büdcədən mərkəzə sosial müavinət və uşaq müavinətlərinin  ödənilməsi məqsədilə 269257 manat vəsait daxil olmuş və  müavinət alan 531 nəfərə faktiki xərc edilmişdir. 01.07.2015-ci il tarixə  mərkəzin müavinət alanlara ödənilməmiş borcu olmamışdır.   
  Əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı məqsədi ilə “Xocavənd”,“Yeni Xocavənd”, “Yeni Qaradağlı”, “Yeni Tuğ” və 320 ailəlik qəsəbələrdə elektrik enerjisi və qaz təminatı yaxşıladırılmış, sayğaclar quraşdırılmışdır. Verilən elektrik enerjisi və qaz  hər bir qaçqın və məcburi köçkün üçün ayrılmış enerji sərfiyyatından artıq olduğu halda bu fərqin ödənilməsi vətəndaşlar tərəfindən həyata keçirilir və bu prosesə rayonda yaradılmış  qərargah üzvləri tərəfindən mütəmadi nəzarət olunur.
                         
                            İctimai-siyasi və humanitar  məsələlər                                       
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası mühüm istiqamətlərdən olmuşdur.
         Bu gün müstəqil Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət göstərilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Təhsil İslahatı Proqramı bu gün möhtərəm Prezident cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı fərman və  sərəncamlarla, həyata keçirilən proqramlarla uğurla davam tdirilir.  Respublikanın hər bir vətəndaşının keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması dövlətin təhsil siyasətinin prioritet sahələrindəndir. Xocavənd rayonunun  ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri tərəfindən də təhsilin  məzmununun yeniləşdirilməsi, keyfiyyətcə yaxşılaşdırılması, gənc nəslin bir şəxsiyyət kimi formalaşdırılması, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində  mütəmadi olaraq  işlər görülmüşdür.
2015-ci ilin müvafiq dövrü ərzində Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 11-i orta, 2-si əsas, 4-ü isə ibtidai məktəblərdir. Eyni zamanda 3 uşaq bağçası və 2 məktəbdənkənar müəssisə vardır.
2014-2015-ci tədris ilində bütün ümumtəhsil məktəbləri üzrə təhsilə cəlb edilmiş 1886 nəfər (2013-2014-cü tədris ilində 1884) şagirdin təlim-tərbiyəsi ilə 345 müəllim məşğul olur. Yeni tədris ilində rayonun ümumtəhsil məktəblərinin I sinfinə  228 nəfər (2013-2014-cü tədris ilində 239 nəfər) şagird qəbul olunmuş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ibtidai siniflərə pulsuz olaraq məktəbli forması,  Heydər Əliyev Fondu tərəfindən I sinif şagirdlərinə məktəbli çantası hədiyyə olaraq paylanmışdır. 16 iyun 2015-ci il tarixdə IX və XI siniflərdə keçirilmiş buraxılış imtahanlarında IX sinfi bitirmiş və imtahana buraxılmış 140 şagirddən 68 nəfəri, yəni 48.57 %-i (Respublika üzrə göstərici 64.62%, 2014-cü ilin müvafiq dövründə isə 52.7%), XI sinif üzrə isə 109 şagirddən 65 nəfəri, yəni 59.63%-i(Respublika üzrə göstərici 64.91%, 2014-cü ilin müvafiq dövründə isə 79.2%)  müsbət qiymət almışdır. Buraxılış imtahanlarında 2 saylı, 3 saylı və Əmirallar kənd tam orta  məktəblərinin şagirdləri yüksək nəticə əldə etdiyi halda, Qaradağlı 1 saylı tam orta məktəbi, Muğanlı 1 saylı tam orta məktəbi, Axullu kənd  ümumi məktəbi, 10 saylı ümumi, Tuğ 1 saylı tam orta, Qaradağlı kənd tam orta məktəblərinin şagirdləri Respublika üzrə göstəricilərlə müqayisədə çox aşağı nəticə göstərmişdirlər.
Rayon ümümtəhsil məktəblərinin şagirdləri 2015-ci ilin I yarımili ərzində müxtəlif müsabiqə və olimpiadaların qalibi olmuşlar. Belə ki, 2015-ci ilin yanvar  ayının 11-də Rayon Təhsil Şöbəsinin şəbəkəsinə daxil olan ümumtəhsil məktəblərində fənn olimpiadasının ikinci rayon turu keçirilmişdir. Turnirdə rayonun 11 tam orta məktəbi üzrə 82 şagird iştirak etmişdir. Turnirin nəticələrinə uyğun olaraq 18 şagird yüksək nəticə göstərərək yarımfinala vəsiqə qazanmışdır. Yarımfinal turunda  Əliyev Fərahim Rövşən oğlu və Əliyeva Ləman Şahruz qızı II yerə layiq görülmüşlər.
Bununla yanaşı 14-22 fevral 2015-ci il tarixlərdə Uşaq Gənclər Şahmat məktəbinin şagirdi Süleymanova Çiçək Nizami qızı Şirvan şəhərində keçirilmiş  Şahmat üzrə respublika birinciliyinin zona yarışında II yerə, 26 fevral və 06 mart 2015-ci il tarixlərdə Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş Şahmat üzrə Respublika turnirində III yerə layiq görülmüşdür.
I Avropa Oyunlarının proqramına daxil olan idman yarışlarında da idmançılarımız yüksək nəticə göstərmişlər.  Belə ki, Şirvan şəhərində 20-22 aprel 2015-ci il tarixdə keçirilən sərbəst güləş üzrə zona yarışında 2 nəfər II yerə, 3 nəfər isə III yerə,  24-25 aprel 2015-ci il tarixdə keçirilən karate üzrə zona yarışında 3 nəfər I, 3 nəfər II, 2 nəfər isə III yerə, Ağcabədi rayonunda keçirilən taekvando üzrə yarışda 1 nəfər III yerə sahib olmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tarix dərsləri tədris olunmuşdur. Xocavənd rayonunda dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xüsusi qrafik tərtib olunmuş, 115  nəfər  XI sinif şagirdinin  dərslərdə iştirakı təmin edilmişdir. Müvafiq Dövlət Pqroqramlarına əsasən Xocavənd rayonunda da bütün regionlarda olduğu kimi, yeni təhsil müəssisələrinin  tikintisi, mövcud  məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir   avadanlıqlarla,  laboratoriyalarla  təminatı,  istilik  sisteminin  bərpası istiqamətində   mühüm  addımlar  atılır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkün ailələri üçün inşa edilmiş  320 ailəlik müasir tipli yeni qəsəbədə 270 yerlik  müasir avadanlıqlarla təchiz edilmiş məktəb istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 19 yanvar tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən rayonda hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi,  təhsil muəssisələrinin reytinq sisteminin yaradılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yuksəldilməsi, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması sahəsində dövlət siyasətinin icrası qarşıya əsas məqsəd kimi qoyulmuşdur.
Həmçinin Fəaliyyət Planında nəzərdə tutulduğu kimi, əsas prioritet istiqamətlərdən olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması,  erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması,  məktəbəqədər təhsil üzrə nümunəvi kurikulumların tətbiqi  qarşıda duran əsas vəzifələrdir.
Xocavənd Rayon Mərkəzi Xəstəxanasında və tabeçiliyində olan sahə, kənd tibb məntəqələrində 31 ali təhsilli müxtəlif ixtisaslı həkim və 103 nəfər orta ixtisaslı tibb işçisi, 143 nəfər isə texniki işçi çalışır. Vətəndaşların sağlamlığının qorunması sahəsində hesabat dövrü ərzində xəstəxananın tibb işçiləri tərəfindən əhali arasında, məktəblərdə və uşaq bağçalarında 44 reyd keçirilmiş, tibb işçilərindən ibarət yaradılmış briqada mütəmadi olaraq əhali ilə profilaktiki söhbətlər apararaq məktəblərdə olmuş və maarifləndirmə işləri aparmışdır. Hesabat dövründə rayon üzrə poliklinika və ambulator gəlişlərin sayı 34385 nəfər olmuşdur. Hesabat dövründə stasionar şöbələrdə 337 nəfər müalicə olunmuş, uşaq və ana ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən Rayon İcra Hakimiyyəti başçısının  02 fevral 2015-ci il tarixli 02 saylı sərəncamı ilə işçi qrupu  və 12 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər  olmaqla 2 briqada  yaradılmış,  rayonda  müayinənin mütəşəkkil qaydada təşkili üçün  bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün aidiyyati şəxslərə müvafiq tapşırıqlar verilmiş, Mərkəzi Xəstəxana tibbi ləvazimat və yardımçı vasitələrlə təmin edilərək müayinəyə tam hazır vəziyyətə gətirilmiş və əhalinin məskunlaşdığı  ərazilər və kollektivlər nəzərə alınmaqla xüsusi qrafik  tərtib olunmuşdur. Hesabat dövrü ərzində 9179 nəfər pulsuz  tibbi müayinədən yararlanmışdır ki, onların da  6154  nəfərini   18 yaşdan yuxarı  əhali təşkil edir. Tibbi müayinədən keçənlərin 169 nəfəri ambulator müalicəyə, 25 nəfər stasionar müalicəyə  cəlb olunmuş, 13 xəstə isə Bakı şəhər və digər ətraf rayon xəstəxanalarına müayinə və müalicə üçün göndərilmişdir. Stasionar və ambulator müalicəyə cəlb olunan xəstələr xəstəxana tərəfindən lazımi dərman preparatları ilə təmin olunmuşdular. Hazırda əhalinin icbari dispanserizasiyası yüksək səviyyədə davam etdirilir.
        Xocavənd rayonunda əhalinin asudə vaxtlarının səmərəli keçməsi və onlar arasında milli mədəniyyətimizin təbliğ edilməsi məqsədi ilə  Mədəniyyət  və  Turizm  Şöbəsi  1 rayon, 6 kənd mədəniyyət evi,  13 kənd kulubu, 1 Rayon  Mərkəzi Kitabxana Sistemi, 5 kitabxana filialı  və 2 uşaq musiqi məktəbinin gücündən istifadə edir ki, bu müəssisələrdə 160 nəfər mədəni-maarif işçisi çalışır. 2015-ci ilin I yarımili ərzində  rayon Mədəniyyət və Turizm Şöbəsində müxtəlif mövzularda tədbirlər keçirilmiş, bu tədbirlərin əksəriyyəti milli  adət-ənənələrimizin qorunub saxlanması, mədəni irsimizin təbliğ olunması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, tarixi günlərin və əlamətdar hadisələrin qeyd edilməsi mövzusunda olmuşdur.
Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi məqsədilə  kənd kitabxana filiallarının Mərkəzi Rayon Kitabxanasına birləşdirilərək  7 şöbədən  və 5 kitabxana filialından ibarət yaradılmış Xocavənd Rayon Mərkəzi Kitabxana Sistemi hazırda sürətli internet, tələbata uyğun olaraq kompüter, digər inventar  avadanlıqlarla təmin olunmuş, MKS-nin  kadrlarının ixtisaslarının artırılması, elektron kataloqda işləmək qaydalarının öyrənilməsi məqsədilə 5 nəfər ixtisasartırma kursuna göndərilmişdir.
“Dövlət Proqramı”na uyğun uyğun olaraq  www.khojavend.cls.az  internet saytı yaradılmış və həmin saytın elektron kitabxana bölməsində 176 ədəd  müxtəlif elektron ədəbiyyat yerləşdirilmişdir. Ümumilikdə, kitabxanaların kitab fondunda  42,38 min nüsxə kitab mövcuddur ki, onlardan  26,866 min nüsxə  latın qrafikası ilə yenidən nəşr olunmuş kitablardır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xocavənd MKS-nin avtomatlaşdırılmış kitabxana–informasiya sistemi (AKİS) ilə təchiz edilməsi  planlaşdırılmış və bu istiqamətində işlər aparılır. Gələcəkdə kitabxana proseslərini avtomatlaşdıran və sadələşdirən,  dünya kitabxana sistemləri ilə  inteqrasiyasını mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşıya əsas məqsəd kimi qoyulmuşdur.
2015-ci il ərzində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra işlərin həyata keçirilməsini təmin edilmişdir. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Qeyd etmək lazımdır ki, 2015-ci ilin I yarımili Xocavənd gəncləri üçün uğurlu olmuşdur. Belə ki, 10 fevral tarixdə Salakətin kənd tam orta məktəbin idman zalında yeniyetmələr arasında sərbəst güləş üzrə keçirilmiş rayon birinciliyində 50 nəfər idmançı iştirak etmişdir ki, onlardan  I, II və III yerin qalibləri diplomla təltif olunmuşdur. 07 mart 2015-ci il tarixdə Xocavənd qəsəbəsində “05 mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş həvəskar komandalar arasında voleybol birinciliyi keçirilmiş və  9 voleybol komandasının (106 nəfər) iştirak etdiyi yarışın qalibləri  diplomla təltif olunmuşdur. 30 yanvar–01 fevral tarixlərdə İsmayıllı rayonunda keçirilən VKC karate idman növü üzrə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş Azərbaycan çempionatında Xocavənd rayonunu təmsil edən 2 idmançı I yerə, 2 idmançı isə II yerə sahib olmuşdur. Bundan başqa “Şahin” hərbi-idman oyununun zona birinciliyində Xocavənd rayon komandası 2-ci yeri tutaraq Respublika turuna vəsiqə qazanmışdır.
Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və sağlamlığının qorunması, həmçinin idmanın müxtəlif  növlərinin kütləviləşdirilməsinə nail olmaq məqsədilə rayonda 10 idman klubu yaradılmış və  335 nəfərin bu klublarda məşq etməsinə şərait yaradılmışdır. 2015-ci ilin birinci yarımili ərzində 16 yarış keçirilmiş və bu yarışlarda 647  nəfər idmançı  iştirak etmişdir.
         2015-ci ilin birinci yarımili  ərzində ictimai qurumlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, əhalinin siyasi maariflənməsi, cəmiyyətdə gedən ictimai-siyasi proseslərin əsas meyllərinin və inkişaf perspektivlərinin təhlili davam etdirilmiş, ölkə həyatında baş verən siyasi hadisələr, möhtərəm Prezident cənab İlham Əliyevin xarici və daxili siyasətinin əhali arasında təbliği aparılan ideoloji işin tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlanılmışdır. Rayon üzrə yaradılmış 7 təbliğat qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərinin öyrənilməsi və təbliği istiqamətində həftə görüşləri təşkil etmiş, qabaqcıl və nüfuzlu ziyalılar əhalinin müxtəlif zümrələrinin iştirak etdiyi toplantılarda məruzələrlə çıxış etmişlər. Bu məqsədlə mütəmadi olaraq əhalinin sıx məskunlaşdığı ərazilərdə dövlət siyasətinin təbliği ilə bərabər, xalqımızın tarixində müstəsna əhəmiyyət kəsb edən əlamətdar günlərin təntənəli şəkildə qeyd olunması üçün maksimum səy göstərilmişdir. Dövlətin ümummilli strateji siyasətinə uyğun olaraq rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, habelə ictimaiyyətin bütün təbəqələri arasında müvafiq ideoloji maariflənmə işinin aparılması işi təşkil olunmuşdur. Gənclərin cəmiyyətdə gedən ictimai-siyasi və demokratik dövlət quruculuğu proseslərində yaxından iştirak etməsinə hərtərəfli köməklik göstərmək, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunması, gənclərin tərbiyəsinin gücləndirilməsi məqsədilə təhsil ocaqlarında, hərbi hissələrdə və hərbi xidmətə çağırış yaşlı gənclər arasında müvafiq mövzularda tədbirlər həyata keçirilmiş, izahat və təbliğat işləri aparılmışdır.
       Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının rəsmi internet saytı  (www.xocavend-ih.gov.az) vasitəsilə rayonda görülmüş işlər və həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq  ictimaiyyətə geniş məlumatların operativ şəkildə çatdırılması təmin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələri  və milli-mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının orqanı olan “Xocavənd” ictimai-siyasi qəzetində mütəmadi olaraq  işıqlandırılır və bu məsələ ümdə vəzifə kimi qəbul olunur.
       Hesabat dövründə rayon ictimaiyyətinin iştirakı ilə milli adət-ənənələrimizin qorunub saxlanması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi məqsədi ilə Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar günlər, bayramlar təntənəli şəkildə qeyd olunmuş, xalqımızın yaddaşında silinməz izlər buraxmış 20 Yanvar, 31 Mart,  Xocalı və Qaradağlı soyqırımlarına  həsr olunmuş geniş toplantılar, rayon məktəbliləri arasında inşa yazı, bədii qiraət üzrə müsabiqələr və Qarabağın tarixinə həsr olunmuş bilik yarışları  keçirilmiş, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu tarixlərin mahiyyəti bir daha dəyərləndirilmiş, Ermənistanın işğalçılıq siyasətini geniş şəkildə əks etdirən tarixi və sənədli materiallar sosial şəbəkələrdə yerləşdirilmişdir.
Bakıda Atəşgahda alovlandırılan “Bakı-2015” Avropa Oyunları məşəlinin mayın 9-da  Xocavənd rayonunda Qarşılanma Mərasimi olmuşdur. 4000 nəfərdən çox  məcburi köçkün tərəfindən böyük coşqu və alqış sədaları ilə qarşılanan məşəli dünya çempionu Bəxtiyar Abbasov qəbul etmiş, 10 nəfər məşəlçi 3,2 km məsafədə bir–birinə ötürmüş və Alov estafetinin sonuncu iştirakçısı–dünya çempionu Şəhriyar Abbasov səhnəyə qaldırmışdı. Məşəlin alovu ilə yandırılan çırağı Salakətin kənd tam orta məktəbinin şagirdi Aytac Rüstəmli rayon ictimaiyyətinə təqdim etmiş və yarışların sonuna kimi saxlanılması üçün Rayon icra hakimiyyətinin əməkdaşı Məmləkət İbrahimovaya təhvil vermişdir. Tədbir bayram konsert ilə davam etdirilmişdir.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə  bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış  Dini İşlər üzrə Komissiya hesabat ili ərzində rayonda dini proseslərə nəzarətin gücləndirilməsi, radikal dini qrupların zərərsizləşdiriləsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi-dini abidələrin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Görülmüş məqsədyönlü işlərin nəticəsidir ki,  rayon ərazisində radikal dini cərəyan, vəhhabi təriqəti və xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyəti qeydə alınmamışdır.
Hesabat dövründə rayonda yalnız bir siyasi partiya, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı fəaliyyət göstərmişdir. 1993-cü ildə yaradılan və hal- hazırda öz sıralarında 758 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyasının Xocavənd Rayon Təşkilatı üzvlərindən 365 nəfərini qadınlar, 367 nəfərini  isə gənclər təşkil edir. Rayon təşkilatı yarandığı gündən ölkəmizdə keçirilən siyasi kampaniyalarda Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sadiqliyini daim nümayiş etdirmişdir.
          Azərbaycan  Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması  haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına, Azərbaycan Respublikasının «Hərbi vəzifə və hərbi xidmət haqqında»  qanuna  əsasən  2015-ci ilin birinci yarımili ərzində  Respublikanın  ərazi  bütövlüyünün qorunması, rayonda həqiqi hərbi  xidmətə  çağırışın  mütəşəkkil  keçirilməsi  təmin  edilmişdir.
2015-ci ilin birinci yarımilində ümumilikdə həqiqi-hərbi xidmətə çağırışın vəziyyəti aşağıdakı  kimi olmuşdur. Çağırış yaşlı gənclərin sayı  51 nəfər  (2014-cü ilin I yarımili  54 nəfər),  o cümlədən  onlardan həqiqi  hərbi xidmətə  göndərilib 18 nəfər (2014-cü ilin I  yarımili  16), təhsilə  görə  möhlət verilib  21 nəfər (2014-cü ilin I yarımili 24 ), əlavə  tibbi müayinəyə  göndərilib 12 nəfər (2014-cü ilin I yarımili 14 nəfər). Ötən çağrışlardan  möhlət  hüquq  almış 9 nəfər gənc 2015-ci ilin I yarımilində həqiqi hərbi xidmətə getmiş, ümumilikdə 2015-ci ilin I yarımilində Xocavənd rayonu üzrə 27 nəfər həqiqi hərbi xidmətə getmişdir.
Hüquq-mühafizə orqanları və digər dövlət qurumları ilə sıx, səmərəli və işgüzar əlaqələrin yaranmasının  nəticəsində  rayonda davamlı olaraq ictimai-siyasi sabitlik qorunub saxlanılmış, cinayətlərin bütün təzahürləri ilə mübarizədə müsbət nəticələr əldə olunmuşdur. Xocavənd  Rayon  Polis  Şöbəsinin  şəxsi heyəti əvvəlki dövrlərdə olduğu  kimi  2015-ci ilin birinci yarımili ərzində də  rayon  ərazisində  cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində zəruri işlər görmüş, əməliyyat şəraitinə nəzarət etməklə profilaktiki fəaliyyət funksiyasını  yerinə  yetirilməsi nəticəsində 2014-cü ilin müvafiq dövrü ilə  müqayisədə Rayon Polis Şöbəsinə daxil olmuş cinayət xarakterli müraciətlərin sayı azalmışdır. 2015-ci ilin birinci yarımili ərzində  Rayon Polis Şöbəsinə altı cinayət  xarakterli müraciət daxil olmuşdur (2014-cü ilin I yarımili 7).
2015-ci ilin birinci yarımili ərzində yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin, sağlamlığının qorunması, həyat şəraitinin yaxşılaşdırılması, tərbiyəsi, təhsili, istirahət vaxtının səmərəli keçirilməsinə nəzarət məqsədi ilə rayonun məktəbəqədər tərbiyə müəssisələrində və ümumtəhsil məktəblərində  müntəzəm olaraq görüşlər keçirmişdir. Keçirilən görüşlər zamanı yetkinlik yaşına çatmayanlara sağlam həyat tərzinin təbliği, zərərli maddələrdən sui-istifadə, tütün məmulatları və spirtli içkilərdən istifadənin zərərləri, narkomaniya və yeniyetmələrin mənəviyyatına xələl gətirən bir çox mənfi hallar, insan hüquqları, o cümlədən, qadın hüquqları, insan alveri və reproduktiv sağlamlıq  barədə geniş məlumat verilmişdir. Hesabat dövrü ərzində azyaşlılar arasında cinayət və hüquq pozmalarının, eləcə də nəzarətsizliyin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq  rayonda azyaşlılar  arasında cinayət hadisələrinin törədilməsi faktları qeydə alınmamışdır.
  Hesabat dövrü ərzində Polis şöbəsinin  Qeydiyyat  Şəxsiyyət  Vəsiqəsi  Qrupu tərəfindən  545  nəfər  vətəndaş  şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Onlardan  170 nəfər  16  yaşa  çatmamış, 138 nəfər 16 yaşın tamam olması ilə əlaqədar, 92 nəfər 25 yaşın tamam  olması ilə  əlaqədar, 35  yaşın tamam olması  ilə  əlaqədar  67  nəfər,  50 yaşın  tamam  olması  ilə əlaqədar isə 78 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Şəxsiyyət vəsiqəsinin itməsi ilə bağlı 14 nəfər müraciət etmiş və müraciətlərin hər biri  müsbət  həll edilmişdir. 

               Vətəndaş müraciətlərinə baxılması, səyyar qəbulların təşkili barədə
2015-ci ilin birinci yarım ili  ərzində  Xocavənd rayonu İcra Hakimiyyəti başçısının aparatı  öz işini  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında  Əsasnamə ”-nin  tələblərinə uyğun quraraq  bu istiqamətdə  bir sıra tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Hesabat dövrü ərzində Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, Prezident Administrasiyası rəhbərinin və administrasiyanın struktur bölmələrinin tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə  müvafiq tədbirlər həyata keçirmiş, icra ilə bağlı arayışların təqdim olunması təmin edilmişdir.
       Tərtib olunmuş qrafikə uyğun olaraq həftənin ayrı-ayrı günlərində İcra Başçısı, müavinlər, şöbə və sektor  müdirləri tərəfindən vətəndaşlar qəbul edilmiş, bununla belə rayon əhalisinin Respublikanın müxtəlif rayonlarında pərakəndə şəklində məskunlaşdığını nəzərə alaraq bu qəbullara vaxt məhdudiyyəti qoyulmamışdır. Hesabat dövrü  ərzində Xocavənd rayon İcra hakimiyyəti başçısı tərəfindən 35 nəfər(2014-cü ildə 49 nəfər), ayrı-ayrı şöbələr tərəfindən isə 311 nəfər rayon sakini qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər  yerindəcə öyrənilmiş və müvafiq köməkliklərin göstərilməsi təmin edilmişdir.
        Rayon  İcra  hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşlardan 17-si (48,6 %)  işlə təmin olunma, 2-si (5,7 %) kənd təsərrüfat məsələləri, 4-ü (11,4 %) mənzil məsələləri, 2-si(5,7 %) ünvanlı sosial yardım, 2-si( 5,7 %) maddi köməklik,
2-si ( 5,7 %) ayrı təsərrüfat olma ilə bağlı, 6-sı (17,2 %) nəfəri  isə digər məsələlərlə bağlı müraciət etmişdir. Müraciət edən hər bir vətəndaş lazımi səviyyədə dinlənilmis və qaldırılmış problemlərin həll edilməsi  üçün mövcud imkanlardan istifadə olunmuşdur. 
   Səyyar qəbulların  səmərəli təşkili və daha çox rayon vətəndaşının bu görüşlərdə iştirak etməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki,  altı ay  ərzində səyyar görüşlər həftədə bir dəfə olmaqla təşkil edilmiş, görüşün keçirilmə vaxtı, yeri barədə sakinlər əvvəlcədən məlumatlandırılmış, qəbullar zamanı vətəndaşların səsləndirdiyi hər bir məsələ ilə bağlı tədbirlər görülmüş və  vətəndaşlara qanuna müvafiq qaydada  cavablar  verilmişdir. Hesabat  dövrü  ərzində məcburi köçkünlərin məskunlaşdığı  10 rayonda 23 səyyar qəbul  keçirilmişdir. Keçirilmiş  görüşlərdə ümumilikdə 583 nəfər rayon sakini iştirak etmiş və bu görüşlərdə müxtəlif problemlərlə bağlı 43 məsələ barədə müraciətlər olunmuşdur.
    Eyni zamanda 3 məsələ  barəsində Mərkəzi İcra orqanları qarşısında,  kollektiv formada 2, fərdi qaydada 24 müraciətlə bağlı Yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış, 14 müraciətin  icrası ilə bağlı isə rayon təşkilatlarına tapşırıqlar verilmişdir.
    Yerli icra hakimiyyəti orqanları  qarşısında qaldırılmış 26,  rayon təşkilatlarına tapşırılmış 14 müraciətin icrası tam şəkildə öz müsbət  həllini tapmışdır.  Mərkəzi İcra orqanları qarşısında qaldırılmış 3 müraciətin icrası isə nəzarətdə saxlanılır.   
Yerlərdə keçirilən səyyar görüşlər Azərbaycan Respublikası Prezidenti  Administrasiyasının Regional  idarəetmə və yerli özünüidarəetmə  orqanları  ilə iş  şöbəsinə əvvəlcədən təqdim olunmuş qrafikə uyğun olaraq keçirilmişdir. Keçirilmiş hər bir səyyar qəbul Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən protokollaşdırılmış, verilmiş tapşırıqlar aidiyyəti şöbələrdə  araşdırılaraq   nəticə ilə bağlı vətəndaşa və rayon İcra hakimiyyəti başçısına məlumat verilmişdir. Hər ayın sonunda keçirilmiş səyyar qəbullar və bu qəbullar zamanı qaldırılmış məsələlərin icrası ilə bağlı  məlumatlar  İnformasiya təminatı və təhlil sektoruna təqdim edilməsi təmin edilmişdir.
        Rayon İcra hakimiyyəti başçısı aparatına daxil olan vətəndaş müraciətləri ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-I Q nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınmış,  təlimata uyğun olaraq araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Hər bir vətəndaşın öz  hüquqlarından istifadə edərək İcra Başçısına, onun Aparatına, müvafiq ərazi dairəsi üzrə  nümayəndəliklərinə,  idarə və təşkilat rəhbərlərinə  müraciət etməsi üçün lazımi şəraitin yaradılması təmin edilmişdir.
        2015-cü ilin birinci yarım ili ərzində İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan 72  (bunlardan 10-u təşkilat daxili ) müraciəti daxil olmuşdur. (Bu rəqəm 2013-cü ilin müvafiq dövrü ərzində 154, 2014-cü ildə isə 110 olmuşdur.)
  Yazılmış müraciətlərdə vətəndaşlar daha çox öz gündəlik qayğılarını əhatə edirlər ki, onlardan 10-u (13,9%) (2014-cü ildə 14-ü) Azərbaycan Respublikası Prezident Administrasiyasından, 3-ü (4,2%) (2014-cü ildə olmamış ) Milli Məclisdən, 6-sı (8,3%) (2014-cü  ildə 18-i) Nazirlər  Kabinetindən, 11-i (15,3%)  (2014-cü  ildə 8-i)  Mərkəzi  İcra orqanlardan və  digər rayonlardan,  42-si (58,3%)  (2014-cü  ildə 70-i) isə  birbaşa Xocavənd rayonu İcra hakimiyyəti başçısı aparatına daxil olan  müraciətlərdir.
Müraciətlərin 2-si(2,8%) kənd təsərrüfatı (2014-cü ildə 4 müraciət ), 5-i (6,9%) təhsil məsələləri(2014-cü ildə 10 müraciət), 36-sı(50%) əmək və əhalinin sosial müdafiəsi (2014-cü ildə 50 müraciət), 16-sı (22,2%) mənzil məsələləri(2014-cü ildə 16 müraciət ), 4-ü (5,6%) hüquq məsələləri (2014-cü  ildə 2 müraciət ), 3-ü(4,2%) ailə və məişət(2014-cü ildə 15 müraciət), 6-sı(8,3%)isə bu və ya digər məsələlərlə (2014-cü ildə 13 müraciət)  bağlı  olmuşdur.
   2015-ci  ilin birinci yarım ili   ərzində rayon İcra hakimiyyəti  aparatının rəsmi saytına  (www.xocavend-ih.gov.az)   bir müraciət daxil olmuşdur. 
Ümumi  müraciətlərin  56,9 faizi (41 müraciət) müsbət həll edilmiş, 2,8 faizi (2 müraciət)qismən həll edilmiş, 34,7 faizi (25müraciət) ilə bağlı müvafiq izahat işləri aparılmış, 4,2 faizi (3 müraciət) əsassız sayılmış, 1,4 faizi (1 müraciət)  icradadır.(2014-cü ilin müvafiq dövrü ərzində  daxil olan  müraciətlərin 55,5 faizi  (61 müraciət)müsbət həll edilmiş, 4,5 faizi(5 müraciət)  qismən həll edilmiş, 30 faizi  (33müraciət)barədə müvafiq izahat işləri aparılmış,9,1 faizi(10 müraciət)   əsassız sayılmış, 0,9 faizi(1 müraciət)  isə icrada olmuşdur ).
Rayon İcra hakimiyyəti başçısı aparatına daxil olan müraciətlərin 79,2 faizini (57 müraciət)ərizələr, 20,8 faizini(15) şikayətlər (2014-cü ilin müvafiq dövrü ərzində  müraciətlərin 82,7 faizini(37müraciət)ərizələr, 17,3 faizini(19 müraciət) şikayətlər)  təşkil etmişdir.
Vətəndaş ərizələrinin 63,2 faizi (36 müraciət) müsbət həll edilmiş, 3,5 faizi (2 müraciət) qismən həll edilmiş, 31,6 faizi (18 müraciət) müvafiq izahat işləri aparılmış, 1,7 faizi (1 müraciət)  əsassız sayılmışdır.
Şikayət xarakterli müraciətlərin 33,3 faizi (5 müraciət) müsbət həll edilmiş,46,7 faizi (7 müraciət) müvafiq izahat işləri aparılmış, 20 faizi (3 müraciət)  əsassız sayılmışdır.
       Azərbaycan  Respublikası Prezidentinin  tapşırıq və tövsiyələrinə uyğun olaraq 2008-ci  ildə  Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində vətəndaşların müraciətlərinə baxılması işini təkmilləşdirmək məqsədilə  müasir  elektron  informasiya  sistemi  yaradılmışdır. Belə bir sistemin şəhər və rayon icra  hakimiyyətlərində də tətbiqi Azərbaycan Prezidenti tərəfindən zəruri hesab edilmiş və "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə  vahid  elektron  informasiya  sisteminin  yaradılması  haqqında" 2015-ci  il  29 aprel tarixli 503 nömrəli Fərman  imzalamışdır. Vahid  elektron  informasiya  sistemi   təsisçi-administratora  imkan verir  ki, respublikanın  bütün  şəhər  və  rayonlarında  vətəndaşların  müraciətlərinə, ərizə və  şikayətlərinə  baxılmasını, həmçinin respublika  üzrə  sistemə daxil edilən bütün məlumatları mərkəzi server vasitəsilə müşahidə etsin.
      Ötən dövr ərzində Fərmanın icrasının təmin olunması məqsədilə  Xocavənd rayon İcra hakimiyyəti aparatında xeyli işlər görülmüşdür. Belə ki, informasiya sisteminin fəaliyyətinin təşkilini, istifadəsini və təhlükəsiziyinin təmin edilməsi, habelə informasiya sisteminin tətbiqi üçün tələb olunan texniki vasitələr alınmış və normal iş şəraitinin yaradılması məsələləri  öz həllini tapmışdır. “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Xocavənd rayon icra Hakimiyyəti başçısı tərəfindən 08 may 2015-ci il tarixli 33 nömrəli sərəncam imzalanmışdır. Sərəncama əsasən informasiya sisteminin məsul şəxsi, informasiya sisteminin istifadəçiləri (üç nəfərdən ibarət)  müəyyən edilmiş və  artıq 2015-ci il iyulun 1-dən bu sistemin tətbiqinə başlanılmışdır.
       2015-ci  ilin birinci yarım ili  ərzində  səyyar görüşlər zamanı qaldırılmış problemlərin icrası,  həmçinin vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinin vəziyyəti araşdırılmış, təhlillər aparılmış və  görülmüş işlərlə bağlı rayon İcra hakimiyyəti başçısına  məlumat verilmişdir. Aparılmış təhlillərdən 2-si Xocavənd rayonu İcra hakimiyyəti başçısı  yanında  Şura  yığıncağında  müzakirəyə çıxarılmışdır.  Belə ki, 27.02. 2015-ci il tarixli 04 saylı Şura yığıncağında   “2014-cü il ərzində rayon İcra hakimiyyəti başçısının Respublikanın müxtəlif rayonlarında keçirdiyi səyyar  görüşlərin təşkili və bu qəbullar zamanı qaldırılmış məsələlərin icra vəziyyəti”, 11.03.2015-ci il tarixli 05 saylı Şura yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə  və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun  “Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq” ilə bağlı analitik informasiya  xarakterli  təhlildən irəli  gələn vəzifələr və 2014-cü il ərzində  vətəndaşlar  tərəfindən rayon İcra hakimiyyəti başçısı aparatına,  qəsəbə  və kənd   inzibati ərazi dairələrinə, idarə və təşkilatlara daxil olmuş müraciətlərə baxılma vəziyyəti” bərədə məsələlər müzakirəyə çıxarılaraq  mövcud çatışmazlıqlar geniş formada müzakirə edilmiş və bu istiqamətdə görüləcək işlərlə bağlı şöbə müdirlərinə, sektor müdirlərinə, icra nümayəndəliklərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. 
        Xocavənd rayonu İcra hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şurada  rayonunun iqtisadi, sosial-mədəni və digər yerli  əhəmiyyətli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə iclasların hazırlanıb keçirilməsinə xüsusi əhəmiyyət verilmiş və bu qərarların icrası daim nəzarətdə saxlanılmışdır. 2015-ci ilin birinci yarım ili ərzində Xocavənd rayonu İcra hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şura ayda iki dəfə olmaqla, Şura üzvlərinin yekdil iştirakı təmin olunmaqla keçirilmişdir. Keçirilmiş  Şura  iclaslarında  20 məsələnin müzakirə edilməsi nəzərdə tutulduğu halda 24 məsələ müzakirəyə çıxarılmışdır. Şura yığıncağının gündəliyinə çıxarılan məsələlər geniş şəkildə  müzakirə edilərək  müvafiq  qərarlar qəbul olunmuş, qəbul olunmuş qərarlar aidiyyəti üzrə ünvanlara çatdırılmış və  icrasına nəzarət olunmuşdur. Həmçinin idarə və təşkilatlarda keçirilən toplantılarda, eləcə də kənd icra nümayəndəliklərinin əhali ilə keçirdikləri tədbirlərdə bu barədə geniş məlumatlar verilmişdir.  Hesabat dövrü ərzində  Şuranın  1  səyyar iclası keçirilmişdir. 
         Ötən altı ay ərzində müxtəlif mövzularda 20 tədbir keçirilmişdir ki, bu tədbirlərdə ümumilikdə 8758 nəfər iştirak etmişdir. Keçirilmiş tədbirlər təlimata uyğun protokollarla rəsmiləşdirilmişdir.
Xocavənd rayonunun Azərbaycanlı əhalisi 01 iyul 2015 -ci il tarixə  2981 ailə olmaqla 11985 nəfərdir. Rayonumuzun ərazisi işğal altında olduğu üçün soydaşlarımız Respublikanın 36 şəhər və rayonunda məskunlaşmışlar. Əhalimiz əsasən Beyləqan rayonu ərazisində yerləşən “Yeni Xocavənd “, Qaradağlı ,“Yeni Tuğ”, “Xocavənd”, 320 ailəlik qəsəbədə və Ağcabədi rayonu ərazisində yerləşən yeni tikilmiş “Hündürmərtəbəli yaşayış massivində”  kompakt şəkildə məskunlaşmışlar. Rayonun azərbaycanlı əhalisi Beyləqan rayonu ərazisində 1214 ailə olmaqla 4897 nəfər, Ağcabədi rayonu ərazisində 503 ailə 2136 nəfər, Sumqayıt şəhəri üzrə 119  ailə 481 nəfər, Bakı şəhərinin on bir rayonu üzrə 861 ailə 3377 nəfər, Respublikanın digər şəhər və rayonlarında 284 ailə olmaqla 1094 nəfərdir. Rayon əhalisinin 179 nəfəri isə müvəqqəti olaraq xarici ölkədə yaşayırlar.
2015-ci ilin altı ayı  ərzində Xocavənd rayonu üzrə doğulan uşaqların sayı 87 (2014-cü ilin ikinci rübü ərzində 85), vəfat edən vətəndaşların sayı isə 28 (2014-cü ilin ikinci rübü ərzində 25) nəfər olmuşdur. Əhalinin təbii artımı 59 nəfər təşkil edir.  Altı ay  ərzində rayona qeydiyyata düşən vətəndaşların sayı 77 (2014-cü ilin ikinci rübü  ərzində 135)  nəfər, ailə vəziyyətləri ilə bağlı qeydiyyatdan çıxan vətəndaşların sayı isə 37 (2014-cü ilin ikinci rübü ərzində 26) nəfər təşkil etmişdir. Əhalinin miqrasiya artımı 40 nəfər olmuşdur. 2015-ci ilin altı ayı   ərzində Xocavənd rayonu üzrə 17 (2014-cü ilin ikinci rübü ərzində 11) nəfər arasında rəsmi nigah bağlanmış  və 11 (2014-cü ilin iknci rübü ərzində 11)  nigahın  pozulması faktı qeydə alınmışdır.

   2015-ci ilin birinci yarımili ərzində informasiyanın toplanması və zəruri məlumatların verilməsi istiqamətində rayonda görülmüş işlər qənaətbəxş sayıla bilər. Tələb olunan  məlumatlar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq şöbələri və Statistika İdarəsi ilə birlikdə təhlil edildikdən sonra Mərkəzi Serverə göndərilmişdir.Hesabat dövrü ərzində Aparatın müvafiq şöbələrindən rayonun idarə, müəssisə və təşkilatlarının 2015-ci ilin I yarımilinin yekunlarına dair aylıq,rüblük və yarımillik hesabatlar toplanaraq müqayisəli təhlil aparılmış və Prezident Administrasiyasının Analitik şöbəsinə göndərilməsi təmin edilmişdir. Məlumatlarda aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və növbəti dövr üçün işin təkmilləşdirilməsi məqsədi ilə aidiyyəti şöbələrin rəhbərləri ilə mütəmadi qaydada iş aparılmışdır.
    İnformasiyaların  toplanması  və təhlili istiqamətində görülmüş işlərin vəziyyəti barədə görülmüş müsbət işlərlə bərabər bəzi çatışmazlıqlar da mövcuddur. Belə ki, rayon üzrə  toplanmış məlumatların bəzi şöbələr tərəfindən sahələr üzrə təhlil olunması sahəsindəki işlər hələ də günün tələbləri səviyyəsində deyildir. Məlumatların vaxtlı-vaxtında göndərilməsi ilə bərabər təhlil edilməsi, məlumatların toplanmasında təyin edilmiş vaxtdan daha əvvəl verilməsini vacib edir. Məlumatların və formaların təyin edilmiş müddətdə göndərilməsində gecikmələrin və verilən məlumatlara bəzi hallarda məsuliyyətsiz yanaşmanın mövcudluğu halları işimizin yüksək səviyyədə qurulmasına mane olan amillərdəndir. Ötən dövrlərdən qazanılmış müsbət tendensiya  davam etdirilməli, əldə olunmuş statistik rəqəmlərin vaxtlı-vaxtında təhlil olunması və bu təhlillərin nəticələrinə əsaslanaraq gələcək fəaliyyətimizin daha  yaxşı qurulması  üçün mütəmadi qaydada  tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır. 
          Xocavənd rayonunun ictimaiyyəti 2015-ci ilin birinci yarımili ərzində Respublikamızda qarşıya qoyulan vəzifələri, regionların sosial-iqtisadi inkişafının sürətlənməsi, ordu quruculuğu istiqamətində həyata keçirilən böyük işləri, ictimai-siyasi asayişin qorunub möhkəmləndirilməsi, eləcə də ölkə daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətləri  ürəkdən bəyənir, müdafiə edir və dəstəkləyirlər.
Həmçinin qeyd etmək lazımdır ki, görülmüş işlər və qazanılmış uğurlarla bərabər bir sıra nöqsanlar da vardır. İnanırıq ki, rayonumuzun fədakar, zəhmətkeş və  əməksevər insanlarına güvənərək yol verilmiş nöqsanların aradan qaldırılmasına və qarşıya çıxan problemlərin həllinə nail olunacaq, ölkəmizin daha da inkişaf etməsi yolunda tarixin sınaqlarından üzüağ çıxmış xocavəndlilər öz imkanlarından maksimum dərəcədə istifadə edəcəklər.  
Xocavənd sakinləri bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirərək Vətənimizin-müstəqil Azərbaycanın  daha da  çiçəklənməsi və qüdrətlənməsi naminə əllərindən gələni əsirgəməyəcəklər.             

Keçidlər