Şriftin ölçüsü :

Saytın rəngi :

25 avqust 2023-cü il tarixdə "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib

25 avqust 2023 | 10:00
25 avqust 2023-cü il tarixdə "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
25 avqust 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin , rayonun idarə, təşkilat və müəssisələrinin məsul əməkdaşları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və qətiyyəti ilə hələ 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsində və müstəqillik illərində Azərbaycan dilinin inkişaf etdirilməsində misilsiz xidmətlərindən, 1995-ci ildə qəbul edilən Konstitusiyamızda Azərbaycan dilinin milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilməsindən geniş məlumat verdi. Əfsanə Quliyeva Ulu öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanının Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsi olmasını, onun siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamızda həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçdiyini bildirdi.
“Heydər Əliyev və Azərbaycan dili” mövzusuna həsr olunmuş tədbirdə digər çıxış edənlər Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi, dilimizin yad təsirlərdən qorunması, dilimizin saflığı və təmizliyi istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin bu gün Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən tərəfindən uğurla davam etdirildiyini qeyd etdilər.
Keçidlər