25 fevral 2024-cü il tarixdə Fevral Şəhidlərinin xatirəsi yad edilib.
25 fevral 2024 | 09:05
Fevral Şəhidlərinin xatirəsi yad edilib.
25 fevral 2024-cü il tarixdə Ermənistan silahlı qüvvələrinin 2017-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımız - Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşımlı, Zülfü Qədimov və Zakir Cəfərovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Tədbir iştirakçıları öncə Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmiş, əziz xatirələrini yad etmişlər.
Anım tədbirində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Mais Bərxudarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissəsinin hərbi qulluqçuları, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatları zamanı ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.