Şriftin ölçüsü :

Saytın rəngi :

25 noyabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov sakinlərlə növbəti səyyar qəbul keçirmişdir.

25 noyabr 2022 | 09:46
   25 noyabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 44 günlük Vətən müharibəsi haqqında danışaraq qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş döyüş əməliyyatları nəticəsində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə döyüş meydanında son qoyulmuşdur. Rəhbər, ordu xalq birliyi nəticəsində əldə olunmuş tarixi Zəfər bütün dünyaya Azərbaycan xalqının necə böyük və qüdrətli xalq olduğunu bir daha nümayiş etdirdi. Başçı əldə olunan şanlı qələbədən sonra növbəti mərhələnin Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasından ibarət olduğunu bildirmişdir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Qısa zamanda məcburi köçkünlərin doğma torpaqlara qayıdışının təmin edilməsi üçün bütün qüvvələrin səfərbər edildiyini diqqətə çatdıran Eyvaz Hüseynov, prosesin 2023-cü ildə daha da sürətləndiriləcəyini qeyd etmişdir. Başçı Azərbaycan dövlətinin qələbəsi nəticəsində regionda yaranan yeni şəraitin ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd etdiyini əminliklə qeyd etmişdir.
   Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər