Kuropatkin kənd uşaq bağçasında “Sülh nəğməsi” başlığı altında tədbir keçirilmişdir.
“Sülh aylığı” çərçivəsində 16 sentyabr 2015-ci il tarixdə Xocavənd rayon Kuropatkin kənd uşaq bağçasında “Sülh nəğməsi” başlığı altında tədbir keçirilmişdir. Valideylərin, rayon ictimaiyyəti nümayəndələrinin, bağça uşaqlarının iştirakı ilə keçirilən tədbir fidan balaların ifası ilə səslənən dövlət himni ilə açıq elan olundu. Məsələ barədə çıxış edən Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva “Beynəlxalq Sülh Günü” nun yaranma tarixindən məlumat verərək bildiridi ki, sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Dünyanın bir çox yerində münaqişələrin davam etdiyini, günahsız uşaq və gənclərin odsaçan silahların qurbanlarına çevrildiklərini vurğulayan Ə.Quliyeva əbədi mövzu olan sülh mövzusunun bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Əfsanə Quliyeva təəssüf hissi ilə bildirdi ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər gördüyünü bildirən Ə.Quliyeva yaxın vaxtlarda işğal altında olan öz doğma torpaqlarımıza qayıdacağmıza əminliyini qeyd etdi.
Daha sonra tədbir bağça uşaqlarının sülhə, vətənə aid söylədikləri şeir parçaları və hazırladıqları səhnəciklələ davam etdirildi.